Qadin.NET / Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

 

Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

 

əl-Kafirun (Kafirlər) surəsi 
(Məkkədə nazil olmuşdur, 6 ayədir) 
Bismillahir rəhmanir-rəhim! 

1. (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək - deyən müşriklərə) de: "Ey kafirlər!

2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

 

4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

6. Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!"

 

Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

 

ən-Nəsr (Kömək) surəsi 
(Məkkədə nazil olmuşdur, 3 ayədir) 
Bismillahir rəhmanir-rəhim! 

1. (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

2. İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

Qurani Kərimin əl-Kafirun və Ən-Nəsr surələri

 

3. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, "Sübhanəkə Allahümmə və bihəmdikə" kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

11 noyabr 2014
GO BACK