Qadin.NET / Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

əz-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi 
(Məkkədə nazil olmuşdur, 11 ayədir) 
Bismillahir–rəhmanir-rəhim! 

1. Ürəkləri dəhşətə salan qiyamət!

2. Nədir qiyamət?!

3. Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

5. Dağlar isə didilmiş yun kimi olacaqdır!

6. (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

7. (Cənnətdə) xoş güzəran içində olacaq!

8. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

9. Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

10. Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

11. O çox qızmar bir atəşdir!

 

Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

ət-Təkasur (Çoxluqla öyünmə) surəsi 
(Məkkədə nazil olmuşdur, 8 ayədir) 
Bismillahir–rəhmanir-rəhim! 

1. (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

3. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

4. Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

Qurani Kərimin Əz-Qariə və Ət-Təkasur surələri

5. Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

6. (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

7. Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

8. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

4 noyabr 2014
GO BACK