Qadin.NET / Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

əz-Zilzal (Zəlzələ) surəsi 
(Məkkədə nazil olmuşdur, 8 ayədir) 
Bismillahir rəhmanir rəhim! 

1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

2. Yer öz yükünü çıxardıb atacağı zaman;

3. İnsan (təəccüblə): "Buna (bu yerə) nə olub?" - deyəcəyi zaman -

4. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

əl-Adiyat (Qaçan atlar) surəsi 
(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir) 
Bismillahir rəhmanir rəhim! 

1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

3. And olsun sübh çağı hücum edən atlara;

4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

5 Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

Qurani Kərimin Əz-Zilal və Əl-Adiyat surələri

6. İnsan öz Rəbbinə qarşı çox nankordur.

7. Və o özü də buna şahiddir.

8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!

9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

10. Ürəklərdə olanlar faş ediləcəyi zaman

11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

27 oktyabr 2014
GO BACK