Qadin.NET / Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

əl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi 

(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim! 

1. (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

2. Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

3. (Elə bir yük ki) sənin belini bükürdü.

4. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

 

 

5. Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

6. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

7. (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

8. Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)

 

Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

 

ət-Tin (Əncir) surəsi
(Məkkədə nazil olmuşdur, 8 ayədir)
Bismillahir–rəhmanir-rəhim! 

1. And olsun əncirə və zeytuna;

2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

4. Biz insanı ən gözəl biçimdə yaratdıq!

5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

Qurani-Kərimin Əl-İnşirah surəsi və Ət Tin surələri

 

 

6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!

24 oktyabr 2014
GO BACK