1916 Vyana. Kral və həyat yoldaşı. Müsəlman olduqları üçün deyil, kralın yoldaşı qiymətli və xüsusi olduğu üçün çarşablıdır. Hər hansı sadə biri deyil, kraliça olduğu üçün fövqəladə baxışlardan gizlənir.
Bir də indi azadlıq nərələri atan, "mənim bədənim, mənim qərarım" deyən çılpaq kölələrə baxın. Qısa şortları, açıq göbəkləri və dekolteləriylə çox ümumi görünürlər, təəssüf ki... Bu qədər bayağı bir görünüşü mən heç bir qadına yaraşdırmıram.
Biz uşaq ikən Uğur Dündarın proqramları olardı. Bəzən gizli kameralarla gecələri yol kənarında bədənlərini satan qadınları göstərərdilər. Qadınlar asqılı bluzlar, mini ətəklər və ya taydlar, dikdaban ayaqqabılarla müştəri ovlamağa çalışardılar.
Bədənini satan qadın deyildimi dərhal belə bir paltar gələrdi gözümüzün qarşısına. Hətta pavilyon qadınları da belə geyinərmiş, amma pavilyonda geydikləri paltarları əsla küçələrdə geyməyə cəsarət edə bilməzlərmiş.
Rəhmətlik Timurtaş müəllim küçələrə baxınca qadınların hansının pavilyon qadını, hansının müsəlman qadını aydın olmur deyirdi ha, biz indi daha da pis bir vəziyyətdəyik.
Allahın qiymətli etdiyi bədənlər ümumi bir əmtəə kimi sərgilənir küçələrdə və atalar, ərlər qısqanmır, qoruma ehtiyacı hiss etmir qadın və qızlarını.
Bismilləh: "Ey Adəm oğulları! Şeytan ana-atanızı, ayıb yerlərini özlərinə göstərmək üçün paltarlarını soyaraq cənnətdən çıxardığı kimi sizi də aldatmasın. Çünki o və yoldaşları, sizin onları görə bilməyəcəyiniz yerdən sizi görərlər. Şübhəsiz biz şeytanları inanmayanların dostları etdik. (Ə'raf surəsi: 27)
Cahidə Cilbek
Cahidə xanımın bu yazısını oxuyanda nə vaxtsa oxuduğum bir hekayəni xatırladım:
Bir ingilis müsəlman kişidən soruşur:
- Qadınlarınız niyə özgə kişilərlərlə əllə görüşmür?
Müsəlman cavab verir:
- Siz niyə Kraliça Elizabetlə əllə görüşə bilmirsiniz?
İngilis:
- Hər kəs onunla əllə görüşə bilməz, o bir kraliçadır. Yalnız müəyyən insanlar bunu edə bilər.
Müsəlman da cavab verir.
- Bizim qadınlarımız da bizim kraliçalarımızdır və yalnız müəyyən şəxslər, yəni halalı olanlar bunu edə bilər.
Məncə, bu yazıda hər şey aydın deyilib. Qadın.Netin oxucularının səviyyəsini nəzərə alsaq, açıqlamaya ehtiyac yoxdur.
Hər kəsi öz vicdanı ilə baş-başa buraxıram, Allah qəlblərdəkini görəndir...