Qadin.NET / İmanın əsasları-10

İmanın əsasları-10

İmanın əsasları-10

Qeybi və bununla bağlı məsələləri bilməyi iddia etmək

Qeyb, keçmişdə, hazırda və gələcəkdə ağıllara və gözlərə gizli qalan hər bir şeyə deyilir. Nöqsansız olan Allah bunu yalnız Özünə aid

etmişdir. Uca Allah buyurur: “De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz” (ən-Nəml, 65). O, həmçinin buyurur: “Allah qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır” (ər-Rəd, 9).

Demək, qeybi Allahdan savayı, nə göndərilmiş bir peyğəmbər, nə də yaxın olan bir mələk bilmir. O ki qalsın, onlardan qeyriləri!?

Uca Allah Nuh (ə) barəsində demişdir: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm” (Hud, 31). Hud barəsində isə buyurur: “Hud dedi: “Bu haqda bilgi ancaq Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm” (əl-Əhqaf, 23). Uca Allah rəsulu Muhəmmədə (s.a.s) belə buyurur: “De:–Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm” (əl-Ənam, 50). Həmçinin Uca Allah buyurur: “Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra

onları mələklərə göstərib dedi:–Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin! Onlar dedilər:–Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!” (əl-Bəqərə, 31-32). Uca Allah bəzi

bəndələrinə vəhy vasitəsilə müəyyən qeybi məsələləri bildirir. O buyurur: “O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı

elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki, hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ

etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır” (əl-Cin, 26-28).

Allahın bildirdiyi qeybin bu növü bəzi insanların bilib, digərlərinin isə bilmədiyinə görə nisbi qeyb sayılır. Mütləq qeybə gəlincə isə, bunu Allahdan başqa heç kəs bilmir. Allah qeybi yalnız Özünə məxsus etdiyi halda, kim bunu bildiyini iddia edə bilər?!

Odur ki, hər bir müsəlman Allaha iftira yaxan, yalandan qeybi iddia edən yalançılardan uzaq durmağa çalışmalıdır. Bu cür sehrbaz, yalançı və münəccimlər həm özləri haqq yoldan azırlar, həm də bir çox insanları azdırırlar.

Bu məqamda qeyb bildiyini iddia edənlərin, avam insanları çaşdıranların, onların əqidələrini və imanlarını korlayanların etdikləri əməllər barəsində söhbət açacağıq.

1. Sehr

Lüğəti mənada sehr gizli qalan və səbəbi incə olan mənasındadır. İstilahi mənada isə sehr bədənlərə və qəlblərə təsir edib, Allahın izni ilə insanı xəstələndirən, öldürən, yaxud ərlə-arvadı bir-birindən ayıran cadulara, ovsunlara və düyünlərə deyilir.

Sehr küfrdür və sehrbaz Əzəmətli Allaha qarşı küfr etmiş sayılır, Axirətdə isə onun heç bir payı olmur. Uca Allah buyurur: “Onlar Süleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş onu heç kəsə öyrətmirdilər. Yəhudilər ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş bunu biləydilər! ” (əl-Bəqərə, 102).

Düyünlərə üfürmək də sehr sayılır: “De:–Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd apardığı zaman paxılın şərindən!” (əl-Fələq, 1-5). 

İmanın əsasları-10

2. Münəccimlik

Bu, göydə baş verən hadisələrin yerdə olacaq məsələlərlə əlaqələndirilməsinə deyilir. İbn Abbas Rəsulullahın (s.a.s) belə dediyini rəvayət etmişdir: “Ulduzlar barəsində elm alan sehrdən elm almış olar. (Elmi) artdıqca (sehr) də artar.” Hədisi Əbu Davud rəvayət etmişdir. ("Sünən Əbu Davud", 3905.)

3. Quş uçurmaq və yerə xətt çəkmək

Qətən ibn Qəbisə atasından rəvayət etmişdir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişəm: “Quş uçurmaq, onu uğursuzluq

əlaməti saymaq və yerdə xətt çəkmək sehrdəndir.” ("Sünən Əbu Davud", 3907; "Müsnəd Əhməd", 3/477.) Quş uçurmaq dedikdə, onun adlarını, səslərini və uçduğu istiqamətlərini uğursuzluq əlaməti saymaq, yerdə xətt çəkmək dedikdə isə, yerdə xətt çəkib və ya daş atıb onunla qeybi iddia etmək nəzərdə tutulur.

4. Kahinlik

Bu da qeybi iddia etməyə deyilir. Bu əslində cinlərin mələklərdən bəzi xəbərləri oğurlayıb kahinin qulağına pıçıldaması ilə baş verir. Əbu Hureyra t Peyğəmbərin r belə dediyini rəvayət etmişdir: “Kahinin yanına gəlib onun dediklərinə inanan kəs Muhəmmədə (s.a.s) nazil olana qarşı küfr etmiş olur.” Hədisi Əbu Davud, Əhməd və Hakim rəvayət etmişlər. ("Sünən Əbu Davud", 3904; "Müsnəd Əhməd", 2/429; "Müstədrək əl-Hakim", 1/50.)

5. Əbcəd hərflərini yazmaqla olan sehr (Kabala)

Bu, hər hansı hərfə müəyyən miqdarda rəqəmlər qoyub onlara əsaslanaraq insan, zaman və məkan adlarını tutuşdurmaqla bunun uğurlu və ya uğursuz olacağına dair hökm verməyə deyilir. İbn Abbas (r.a) əlifba hərflərini yazan və ulduzlara baxıb qeybdən xəbər verən bir qövm haqqında demişdir: “Bu əməlləri edənin Allah yanında bir payı olacağını güman etmirəm”. Hədisi Abdurrəzzaq “əl-Musənnəf” əsərində rəvayət etmişdir. ( "əl-Müsənnəf", 11/26.)

6. Ovuca və ya fincana nə isə oxumaq

Bununla bəziləri gələcəkdə baş verəcək ölümü, həyatı, yoxsulluğu, var-dövləti, xəstəliyi, sağlamlığı və başqa bu kimi şeyləri bildiklərini iddia edirlər.

İmanın əsasları-10

7. Ruhların çağırılması

Bunu edənlər ruhları çağırmaqla onlardan ölülər barəsindəki xəbərləri–onların nemət və ya əzab içində olub-olmadıqlarını soruşduqlarını iddia edirlər ki, bu da yalan və şeytani şarlatanlıqdan başqa bir şey deyildir. Bununla onlar insanların əqidəsini və əxlaqını korlamış və avam insanların başlarını tovlayıb mallarını haqsız olaraq yemiş olurlar.

8. Xurafata inanmaq

Bu, quşun, ceyranın və ya digər heyvanın hər hansı bir istiqamətə getməsini uğurlu və ya uğursuzluq əlaməti saymağa deyilir. Bu şeytanın vəsvəsələri və qorxutması ilə olan şirkdir. İmran ibn Husayn (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət etmişdir: “Quş uçuran və bunu tələb edən, fala baxan və baxdıran, sehr edən və etdirən bizdən deyil. Kim falçının yanına gəlib onun dediklərinə inanarsa, Muhəmmədə (s.a.s) nazil olana küfr etmiş olur.” Hədisi Bəzzar rəvayət etmişdir. ("Müsnəd əl-Bəzzar", 9/3578.)

Allah istəyirik ki, müsəlmanların işlərini yoluna qoyub onlara dinlərini öyrətsin ki, onlar şeytanın dostlarının və hiyləgərlərin toruna düşməsinlər.

Saleh əs-Suheymi

Abdur-Rəzzaq əl-Bədr

İbrahim ər-Ruheyli

"Quran və Sünnə işığında İslamın əsasları"

Növbəti xəbərimizdə artıq Ad və sifətlərin (Allahın) tövhidindən danışacayıq.

17 sentyabr 2014
GO BACK