Qadin.NET / Din nədir?

Din nədir?

Din nədir?

Din, Allah tərəfindən qoyulmuş bir qanundur. İnsanlara, yaradılış məqsədini və yaranma hikmətini bildirər. Uca Rəblərinə qarşı nə şəkildə ibadət edəcəklərini öyrədər. Yaxşı və faydalı şeylər etməyi əmr edər, zərərli işlərdən də saxlayar.

Din insan ağılının öz-özünə soruşduğu "Mən kiməm, haradan gəlib, hara gedirəm?" suallarının yeganə cavab qaynağıdır.

Din imkanların tükəndiyi, ümidlərin söndüyü yerdə başlayan imkan yolu və ümid işığı, dərmanların kəsə bilmədiyi ağrıların dərmanı, könüllərin sığınacağıdır.

Din ədalət, yaxşılıq, fədakarlıq, düzgünlük, fəzilət kimi duyğuların həyat mənbəyi, insan vicdanındakı inanma ehtiyacının tam qarşılığıdır.

İnsanlar dinləri peyğəmbərlərdən öyrənmişlər.

Peyğəmbərlər vəhy yoluyla Allahdan aldıqları dini hökmləri aldıqları şəkildə insanlara bildirmişlər. Bu baxımdan dinlərin həqiqi sahibi Allah Təaladır. Peyğəmbərlər isə dinin hökmlərini insanlara bildirən bir elçidirlər.

İnsan həyatında dinin yeri

Din inancı insanla birlikdə doğulmuşdur. Çünki insanlıq tarixinin heç bir dövründə din duyğusundan məhrum bir millətə rast gəlinə bilməməkdədir. Harada insan varsa, orada bir cür iman, ibadət və din duyğusu görülmüşdür.

Bundan da aydın olur ki, din, insanlığın yaradılışından gələn fitri və zəruri ehtiyacıdır. İnsanoğlu var olduqca din də var olacaq.

Filosof Auguste Sabatier bu mövzuda deyib ki: "Din çox qüvvətli bir ağac kimi insaniyyətin keçirdiyi inqilabların hamısında həyatını mühafizə etmiş və edəcək. İnsan həyatı dinlə başladığı kimi dinlə də qüvvət tapacaq və dinlə də bitəcək".

Benjamin Konstan isə belə deyib:"Din insanlıq tarixinə ən çox hakim olmuş bir varlıqdır. Dini həyat təbiətimizin dəyişməz xüsusiyyəti və ondan ayrılmayan bir xüsusiyyətidir. İnsanın mahiyyəti düşünülüncə zehnə dərhal bir də din fikirinin gəlməməsi mümkün deyil..."

Qərbli elm adamlarının bu fikirləri göstərir ki: Din duyğusu insan təbiətinin zəruri bir ehtiyacıdır. Tarixin heç bir dövründə dinsiz, yəni, inancsız və mənəviyyatsız bir insan olmamışdır.

Din cəmiyyət həyatını təşkiledici və intizamedicisi olaraq da, insanlıq üçün lazımlı bir müəssisədir.

Din duyğusu insandan heç bir vaxt ayrılmayan, onu daim nəzarəti altında saxlayan mənəvi bir gözətçidir. Bu gözətçi vicdanlar üzərində son dərəcə təsirli olduğu üçün həm insanı gizli-aşkar bütün pisliklərdən qoruyar, həm də hər növü yaxşılıqlara yönləndirər.

Din sayəsində Allahın hər şeyi biləcəyini, heç bir şeyin ondan gizlənə bilməyəcəyini idrak edən insanda qüvvətli bir iradə hasil olar. Belə qüvvətli iradə sahibi kəslərdən meydana gələn bir cəmiyyətdə isə asayiş və sabitlik, nizam və ahəng olar.

Din hər cür əxlaqi fəzilətin qaynağıdır. İnsanlıq üçün dinin gətirdiyi əxlaqi sistemin əhəmiyyəti çox böyükdür.

Dindar kəslərdə mövcud olan iman, əxlaq üçün çox qiymətli bir istinad nöqtəsidir. (Aleksi Betran)

Dinlər neçə yerə ayrılır?

İslam alimləri dinləri başlıca iki qismə ayırırlar:

1. Haqq dinlər

2. Batil dinlər

Tək Allaha imanı əsas olan və yalnız Ona qulluq və ibadəti əmr edən dinlərə Haqq dinlər deyilir. Haqq dinlər Allahın göndərmiş olduğu dinlərdir. Bu səbəblə bunlara səmavi dinlər də deyilir. Haqq dinlərə təməlini Allahın birliyinə iman və yalnız Ona ibadət əsası təşkil etdiyi üçün Tövhid dini adı da verilər.

Allah tərəfindən göndərilməmiş, insanların özlərindən uydurduqları, tək Allaha iman əsasını daşımayan inanc və fikirlərə isə batil dinlər deyilir. Haqq dinlərin bəziləri sonradan insanlar tərəfindən pozulmuş, içinə dinin əslindən olmayan xurafatlar və batil inanclar qoyulmuşdur. Bu kimi əsli haqq ikən sonradan pozulan dinlərə Təhrif olunmuş dinlər deyilir (Xristianlıq kimi). Bunlar başlanğıcda Haqq din ikən sonradan içlərinə xurafatlar və tövhidə zidd fikirlər girməsiylə pozulmuş və bir təhrif olunmuş din olmuşlar.

Təhrif olunmuş dinlər də, batil dinlərdən sayılır. 

İnsanlığın ilk dini hansı dindir?

İnsanlığın ilk dini ilk insan və ilk Peyğəmbər Hz. Adəm (ə) göndərilən və Allahın bir olduğu inancına söykənən Tövhid dinidir. Allahın göndərdiyi bütün peyğımbərlər tarixboyu Onun tövhidini yaymağa və təbliğ etməyə çalışmışlar.

Elm və din

Elm maddə aləminin, həyatın və xüsusilə insanın necə var olduğunu araşdırar, bu aləmdə cərəyan edən İlahi qanunları tapıb çıxarar. Bu qanunlar sayəsində insanlığın texnika və mədəniyyətdə daha çox irəliləməsinə imkan hazırlayar. Din isə kainatın və maddə aləminin nə üçün yaradıldığını və yaradıcısının kim olduğunu ortaya qoyar. Xüsusilə insanın varlıqlar içindəki müstəsna mövqeyini, yaradılış məqsədini və bu dünyadakı vəzifəsinin mahiyyətini ifadə edər. 

Bu halda elm ilə din üçün varlıq aləminin sirr və müəmma qutularını açan iki açardır deyilə bilər. Biri varlıqların yaradılış şəklini, maddi  mahiyyətini ortaya qoyarkən digəri də yaradılış səbəbini və məqsədini açıqlamaqdadır. Bu baxımdan ortada bir-birləri ilə zidd düşən bir vəziyyət yoxdur. Əksinə din ilə elm bir-birini tamamlayır.

Elm irəlilədikcə dini görüşlərin zəiflədiyini düşünənlər yanılırlar. Əksinə, elmin irəliyə doğru atdığı hər addım, hər yeni görüş, düşünən insanlığı dini əqidələrə biraz daha yaxınlaşdırmış və Allahın böyüklüyünü bir az daha yaxından göstərmişdir. Belə ki, kainatda mövcud qüsursuz bir nizamın söykəndiyi qanunların kəşfindən və bu qanunlardan istifadə yollarının araşdırılmasından ibarət olan elmlər bu möhtəşəm nizamı quran və işlədən Allahın varlığına ən qüvvətli şahidlərdir. O uca Yaradanın varlığını, bənzərsiz qüdrətini inkar etmək ancaq gözlə görülən mövcud nizamı inkar etməklə mümkün olar. Nizamın inkarı halında isə ortada elm qalmaz. 

Digər tərəfdən elmlər Allahın yaratdığı varlıqlar aləmini araşdırdıqlarından, yaradılışdakı möcüzələri incə hesab və ölçüləri ortaya qoymaqda və varlıqlar üzərində təcəlli edən İlahi ad və sifətləri meydana çıxarmaqdadırlar. Bu baxımdan elmlərin Allahın adlarına ayna olduqlarını və hər bir elmin Allahın bir adına söykəndiyini və həqiqətini o addan aldığını söyləyə bilərik. 

Elm-Din əlaqəsinə aid bəzi gözəl sözlər:

- Elm insanlığa teleqrafı, elektriki, diaqnozu və bir sıra xəstəliklərin müalicə çarələrini verdi. Din də fərdlərdə ruhi sükunəti və əxlaqi müvazinəti təmin etdi.

- Elm və din kainatın xəzinələrini açmaq üçün istifadə etdiyimiz həqiqi iki açardır.

- İnsan elmdən istifadə edər, lakin din ilə yaşar." (William Ceyms) 

- Bir təbiət qanununu ifadə edən hər düstur Allahı tərifləyən bir İlahidi mesajdır. (Maria Mitchell) 

- Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaq: "İman et!" İman, elm adamının imtina edə bilməyəcəyi bir xüsusiyyətdir. (Max Planck) 

- Kainatın Yaradıcısına olan inanc elmi araşdırmanın ən qüvvətli gücüdür. (Albert Eynşteyn) 

- Vicdanın ziyası dindir. Ağılın nuru isə elmdir. İkisinin əlaqəsi ilə həqiqət təcəlli edər.

-  Dinsiz elm kor, elmsiz din topaldır. (Albert Eynşteyn) 

 İnsanlığın son dini tövhid dini olan İslam dinidir.

2 sentyabr 2014
GO BACK