Qadin.NET / 14 Fevral mübarək mövlud günüdür

14 Fevral mübarək mövlud günüdür

 

MƏRHƏMƏTLİ və RƏHİMLİ ALLAHın adıyla

Fevralın 14-ü mubarək gündü.Bu gün müsəlman dünyasının ən müqəddəs günlərindəndir.Peyğəmbərimizin anadan olduğu günə təsadüf edir bu gün.Bu gözəl gündə hər kəsin dualarının qəbul olunmasını o böyük Yaradandan istəyirəm.Amin. Allahın salamı hər zaman bizim üzərimizdə olsun.Qoy hər zaman müsəlman dünyası parlasın.Nəinki bu həftə hər saat, hər an vəhdət, birlik arzu edir və Allahdan bu günün əzəmətinə xatir Azərbaycanımızı bəlalardan qorumasını diləyirəm. Əziz müsəlman bacılarım. Bu həftə bəşəriyyətin əşrəfi, insanlara rəhmət olaraq göndərilən əziz İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s)-i zikir edib, dualar edəcəyik. Bu mübarək günlərdə Məhəmməd peyğəmbərin qadınlar haqqında soylədiyi mübarək kəlamları yad etməyimiz yaxşı olar.

 

1.Qadın hüququ müqəddəsdir. Ona görə də onların haqlı hüququnu özlərinə tapşırın.

 

 

  

 

 

  2.Iffət (namus) qadınların zinətidir.

 

 

  

 

 

3.Qadınların ən yaxşısı; nəcib, mömin, uşaqlarına mehriban, ərinin malına və sərvətinə ürək yandırandır.

 

 

 

 

4.Qadın kişinin yarım tayıdır.

 

 

5.Bilin ki,sizdən mənim üçün ən əzizi o kəslərdir ki, xoş üzlə qəmginliyi şadlığa çevirirlər.

 

 

 

6.Mən sizə xoşəxlaqlılığı öyrətmək üçün peyğəmbər olmuşam.

   

 

 

 

 

 Hər bir kəsi bu mübarək Mövlud Günü münasibəti ilə təbrik edirəm. Bəs siz bu dəyərli günləri necə keçirdəcəksiz?

14 fevral 2011
GO BACK