Qadin.NET / “Hucurat” surəsinin bir neçə ayəsi barədə düşüncə

“Hucurat” surəsinin bir neçə ayəsi barədə düşüncə

“Hucurat” surəsinin bir neçə ayəsi barədə düşüncə
"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!
Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır.  (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" ("Hucurat", 11-12)
HУ™qiqУ™tУ™n Allah-Taala insanı sevir vУ™ onun yaxşılığını istУ™yir. Buna görУ™ dУ™ sУ™adУ™tli ömür yaşaması Allah, hУ™mçinin, insanlar yanında sevimli olması üçün insana daim gözУ™l У™dУ™b və əxlaq öyrУ™dir. HУ™min У™dУ™blУ™rdУ™n bУ™zilУ™ri yığcam şəkildə bu iki ayədə toplanmışdır:
* Bizdən bəziləri başqa birilУ™rini lağ və mУ™sxУ™rУ™yУ™ qoymamalıdır. Bu, indiki cəmiyyətimizdə adi hal almış bir durumdur. İnsanları alçaltmaq, onları ələ salmaq, məsxərəyə qoymaq insanlıqdan uzaq sifətdir və bunu Allah insanlara qadağan edir. Bilmək olmaz, bəlkə lağa qoyulan lağ edəndən qat-qat üstündür? - "Bir qövm digərini lağa qoymasın."
“Hucurat” surəsinin bir neçə ayəsi barədə düşüncə
* Dostumuzu, qardaşımızı sevmУ™diyi ad vУ™ ya xüsusiyyУ™tlУ™ deyil, öz adı ilУ™ çağırmalıyıq. Ola bilər ki, kiməsə bəyənmədiyi lakin üzümüzə də etiraz edə bilmədiyi ləqəb qoyub onu bu xüsusiyyətlə çağıraq. Əgər həmin şəxsin qəlbi bizdən qırılsa, bu, bizim aqibətimizə təsir edə bilər. Ayədə buyrulur: "Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın"
* Əgər bir nəfər söhbət əsnasında iştirak etmirsə, onun qeybətini etmək qadağandır. Yəni o, söhbət əsnasında olmayarkən onun haqqında xoşagəlməz danışmaq, onun qəbul etməyəcəyi, onu alçaldıcı eyb və nöqsanları müzakirəyə çıxartmaq olmaz. Axı o, söhbət əsnasında yoxdur ki, özünü müdafiə etsin. Əgər o, bu məclisdə iştirak etsəydi, özü haqqında danışılan sözlərlə razı olacaqdımı? Odur ki, ayədə buyurulur: "bir-birinizin qeybətini qırmayın!"
“Hucurat” surəsinin bir neçə ayəsi barədə düşüncə
* Başqalarının pis işlərini axtarıb-araşdırmaqdan çəkinmək lazımdır. Bəzən maraq və s. məqsədlər insanı başqa şəxslərin şəxsi və ictimai həyatlarını axtarıb-araşdırmağa sövq edir. Belə bir mənfi xüsusiyyəti Allah-Taala da qadağan etmişdir. O, buyurur: "(Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın!"
* Bəzən insanlar onlara qaranlıq qalan bir şey haqqında zənnə-gümana qapılırlar və ya görmək istədikləri şeyi görməyə çalışırlar. Bu isə vaxtından əvvəl mühakiməyə gətirib çıxarır ki, sonu xəcalətdir. Yəqin ki, siz həm öz, həm də başqalarının həyatında belə bir hadisələrin dəfələrlə şahidi olmusunuz. Bir insan haqqında zənn və gümana qapılıb onun haqqında pis düşünmək, bəzən də önyarğılı olmağın nəticəsi bu olur ki, məsələ aydınlaşandan sonra görürsən ki, heç də sən düşündüyün kimi olmayıb. Səhv iş görən o olmayıb, sən səhv düşünməklə səhv iş görmüsən. Belə ki, Quranda da buyrulur ki, bu əsası olmayan bir işdir və günahdır: "Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır."
* Başqalarının yanında bir nəfər barədə qeybət etmək, eynilə qeybət etdiyin şəxsin ətini yemək kimi bir şeydir. Sizə maraqlı gələ bilər ki, nə üçün məhz bu ifadə işlədilib? Əksər müfəssirlər deyir ki, məclisdə iştirak etməyən şəxsin məsəli eynən ölmüş insanın məsəli kimidir. Ölmüş insana hər nə etmək istəsən, rahatlıqla etdiyin kimi məclisdə iştirak etməyən şəxs barədə də qeybət edə bilərsən. Ölü insan özünü müdafiə edə bilmədiyi kimi qeybəti olunan kəs də özünü müdafiə edə bilmir. Bu haqda ayədə buyurulur: "Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?!"
İslam mətnləri arasında belə bir hadisəyə rast gəlinir ki, bir gün iki nəfər şəxs dostları Salman və Üsamə barədə qeybət edərək Həzrət Məhəmmədin (s.a.s) yanına gəlirlər. Peyğəmbər onlara deyir ki, "Həqiqətən, mən sizin ağzınızda ət yeməyin əsərini görürəm." Həmin iki şəxs Peyğəmbərə (s.a.s) deyir ki, "Ey Allahın elçisi, biz bu gün ət yeməmişik." Peyğəmbər də buyurur ki, "Yemisiniz, (yemisiniz) Salman və Üsamənin ətini."
Hazırladı: Fərid Abdullah.
12 avqust 2014
GO BACK