Qadin.NET / Məhəmməd Peyğəmbərin (s.ə.s) vəsiyyətləri-1

Məhəmməd Peyğəmbərin (s.ə.s) vəsiyyətləri-1

Məhəmməd Peyğəmbərin (s.ə.s) vəsiyyətləri-1

1. Cənnəti qazanacaq gözəl əməllər işləyin.

2. Əsla namazı tərk etməyin.

3. Ən fəzilətli qadınlardan olun.

4. Yoldaşınıza əziyyət verən qadınlardan olmayın.

5. Sədəqə verin.

6. Nemətlərə laqeyd yanaşmayın.

7. Zəkatınızı verin.

8. Qul borcu ilə ölməyin.

9. Heyvanlara da mərhəmətli davranın.

10. Ər haqqı üstündür.

11. Xəstəlik günahları tökər.

12. İnsanlara kömək edin.

13. Tebareke surəsini oxusanız, qəbir əzabı görməzsiniz.

 

Məhəmməd Peyğəmbərin (s.ə.s) vəsiyyətləri-1

 

14. Əməl niyyətə görə qiymətləndirilər.

15. Etdiyiniz yaxşılığı gizli edin.

16. Anaya yaxşılıq ən öndədir.

17. Uşaqlarla şəfqətli davranın.

18. Hirsinizə hakim olun.

19. Zikr məclislərinə, zikrə davam edin.

20. Hər iki dünyada yaxşılıq istəyin.

21. Dərdlərin dərmanı vardır, Ona sarılın.

22. Allahın mərhəməti çox böyükdür.

23. Kəlmeyi-şəhadətin ağırlığı çoxdur.

24. Allahdan ümidinizi kəsməyin.

25. Övlad ağrısına səbr edin.

26. Kişi ilə qadın arasında savab bərabərdir.

27. Dünya işləri üçün kədərlənməyin.

28. Axirəti unutmayın.

20. Sükut edin; Az danışın ki, rahatlayasınız.

21. Beş şeyin qiymətini bilin.

Peyğəmbər (s.ə.s) buyurur ki: Beş şey gəlmədən əvvəl, beş şeyin qiymətini bil: Yaşlılıq gəlmədən gəncliyin, xəstəlik gəlmədən səhhətin, kasıblıq gəlmədən zənginliyin, ölüm gəlmədən həyatın, məşğuliyyət gəlmədən boş zamanın.

22. Bu beş şeyi unutmayın.

Məhəmməd Peyğəmbərin (s.ə.s) vəsiyyətləri-1

Peyğəmbər (s.ə.s) buyurur ki: Bir zaman gələcək ümmətim; beş şeyi sevib, beş şeyi unudacaq: Dünyanı sevib axirəti unudacaqlar, həyatı sevib ölümü unudacaqlar, sarayları sevib qəbirləri unudacaqlar, malı sevib hesabı unudacaqlar, xalqı sevib, Xaliqi (Yaradanı) unudacaqlar.

23. Şeytanın düşmən olduğu 20 adamı tanıyın.

İbn Abbas bildirdiyinə görə Peyğəmbər (s.ə.s) deyib.

Peyğəmbər (s.ə.s) Şeytana soruşdu:

- Ümmətimdən düşmənlərin neçə dənədir?

İyirmi dənədir. Birincisi sənsən, ya Məhəmməd! Heç şübhəsiz mən sənə nifrət edərəm. Elmiylə əməl edən alim, içindəkilərlə əməl edən Quran hafizi, Allah rizası üçün gündə beş vaxt namaza azan oxuyan, kasıbların, miskinlərin və yetimlərin dostu olan, mərhəmətli bir ürəyə sahib olan kimsə, haqq üçün təvazö edən, Allahu Təalaya ibadət edərək böyüyən gənc, halal yeyən kimsə, Allah rizası üçün bir-birini sevən iki gənc, namaza və camaata düşkün olan kimsə, insanlar yatarkən gecə qalxıb namaz qılan kimsə, özünü haramdan qoruyan, nəsihət verən və ya ürəyi təmiz olduğu halda qardaşlarına dua edən, daim dəstəmazlı dayanan, comərd olan, əxlaqı gözəl olan, Allahın özü üçün zamin olduğu şeydə Allahı təsdiq edən, məsturə olan dul qadınlara yaxşılıq edən, ölümə hazırlıq edən adam.

13 avqust 2014
GO BACK