Qadin.NET / İslamda maddi və mənəvi təmizlik

İslamda maddi və mənəvi təmizlik

İslamda maddi və mənəvi təmizlik

Maddi təmizlik nədir? Mənəvi təmizlik nədir? Maddi təmizlik necə edilər? Mənəvi təmizlik necə edilər? Bədən təmizliyi və ruh təmizliyi.

Dinimiz təmizliyi imanın özü və əlamətlərindən saymışdır. Namazın səhih olmasını üçün bədən, paltar və namaz qılınacaq yerin təmiz olması şərtdir. Bir çox ibadət üçün dəstəmaz və qüslün fərz ya da sünnə qılınması təmizliyə verilən əhəmiyyəti göstərməkdədir. Bunlardan başqa həftəlik təmizlik üçün; "Həftədə bir dəfə yuyunmaq hər müsəlmanın vəzifəsidir." buyurulmuşdur. 

İslamda maddi və mənəvi təmizlik

Peyğəmbərimiz (s.a.s) daxili təmizliyin üzərində də israrla dayanmışdır: "Misvak həm ağızı təmizləyər, Haqqın razılığını qazandırar". Dırnaqların kəsilməsi, bədənin təmizlənməsi, fitrətin bir gərəyi qəbul edilmişdir. Saç baxımı da Peyğəmbərimizin (s.a.s) buyurduğu xüsuslardandır. 

İslam dini təmizlik üzərinə qurulmuşdur. Müsəlman demək təmiz insan deməkdir. Təmiz olanları həm Allah, həm də insanlar sevər.

Dinimiz maddi təmizliyə olduğu qədər mənəvi təmizliyə də çox əhəmiyyət verər. Bir mömin üçün çata biləcəyi ən yüksək mövqeYaradıcısının razılığını qazanmaqdır. Bu isə ibadət və itaət sayəsində reallaşar. İbadətlərin yerinə yetirilə bilməsi üçün maddi təmizlənmənin yanında mənəvi təmizlənmədə vacibdir. Çünki Allahın buyruğuna ancaq təmiz bir ürək, xalis bir niyyət və gözəl əxlaqla çıxıla bilər. 

İslamda maddi və mənəvi təmizlik

Mənəvi təmizlik iman və əxlaqla əlaqəlidir. Peyğəmbər (s.a.s) buyurmuşdur: "Təmizlik imanın yarısıdır.”

Mənəvi təmizlik üçün adam ruh dünyasında bir təmizlənməyə getməli, ürəyini hər cür mənəvi xəstəlilərdən təmizləmək üçün əmək sərf etməlidir.

14 avqust 2014
GO BACK