Qadin.NET / Peyğəmbərimizin etdikləri

Peyğəmbərimizin etdikləri

Peyğəmbərimizin etdikləri

Dəstəmaz aldıqdan sonra qibləyə çönər və su içərdi.

Suyu oturaraq içər və üç qurtumda bitirərdi.

Namazda rükuya gedəndə kürəyi dümdüz olurdu.

Suyu içməyə "Bismilləh" ilə başlayar və qutaranda "Əlhəmdulilləh" deyərdi.

Qəbirstanlıqdan keçəndə salam verərdi.

Dırnaqlarını cümə günü tutardı.

Dırnaq kəsməyə işarə barmağından başlayardı.

Sağ tərəfi üstdə yatardı.

Peyğəmbərimizin etdikləri

Yatmazdan əvvəl dəstəmaz alardı.

Kimsəsizlərə “uşur” verərdi. ”Uşur”-meyvə və tərəvəzin 1/20-ni kasıblara verməkdir.

Yuyunandan sonra çıxanda ayağını yuyardı.

Azan oxunanda ayağa dururdu.

Köynəyinin düymələrini aşağıdan yuxarıya doğru bağlayardı, açarkən isə yuxardan aşağıya doğru açardı.

Namazda sol ayaq üstündə oturardı.

Namazda qiyamdan rükuya əyilərkən sol ayağı sağ ayağın yanına gətirərdi.

Asqıranda "Əlhəmdulilləh", "Əlhəmdulilləh" sözünü eşidəndə isə "Yərhəmukallah" deyərdi.

Hüzür yerinə yemək göndərərdi.

Peyğəmbərimizin etdikləri

 Qozu pendirlə (şəfadır), üzümü çörəklə yeyərdi.

Yemək zamanı gözəl şeylərdən danışardı.

Birisi çağırarkən ona doğru dönərdi.

Yolda başını qabağa əyib gəzərdi.

Müşavirə edərdi.

Mübah olan yerlərə sağ ayaqla girər, sağ ayaqla çıxardı.

Gündə iki dəfə yeməyə çalışardı.

Cənazə namazından sonra ayaq üstə dua edərdi.

Hər gecə yatmazdan əvvəl zikr edərdi.

12 iyul 2014
GO BACK