Qadin.NET / Saleh qadın!

Saleh qadın!

Qadın öz adının təmizliyini qorumaqla həm özünə hörmət etmiş olur, həm də ən əsası Allahın ona verdiyi şərəfli ANA adına laiq olur.

Saleh qadın!

Qadın Tanrının yer üzünə bəxş etdiyi ən zərif varlıqdır. Hər bir xanım adının təmizliyini, şərəf və ləyaqətini qoruduğu zaman daha dəyərli olur. Ən əsas da Allah qatında.

Sizlərə Hədisi Şərifdən və Qurani Kərimdən qadınlar üçün olan dəyərli kəlamları topladım.  

1) İslam dini-qadının ləyaqətini, azadlığını, müdafiə edən, üstünlük verən ilk və son sərvətdir.

2) “Cənnət anaların ayaqları altındadır”-əgər ana 2 və ya 3 qız böyüdüb, islamı yaşatdırıb, islami ailə qurdurarsa, İnşallah Cənnət o, anaların ayağı altındadır.

3) Dünya keçici ne`mətlərlə doludur. Ən gözəl ne`mət isə “saleh qadındır”. Həyat yoldaşı evdə olmadıqda izzətini, şərəfini, namusunu qoruyan qadın ən dəyərli qadın kimi mükafatlandırılır.

4) Qadın incidir, inci isə yad nəzərlərdən qorunmaq üçün sədəf içində olur. Məhz İslam dini də qadının inci tək zərif olduğundan, onun sədəfini örpəyi kimi dəyərləndirir. Qadın örtündüyü zaman yad nəzərlərdən, pis fikirlərdən, haramdan, və.s özünü sığortalamış olur.

5) Qadın yerişində müvazinətini gözləməlidir. Nə çox cəld, nə də ki, asta yeriməməlidir. Ən əsas da, danışarkən səs tonuna diqqət etməlidir.

6) Peyğəmbərimiz (s.a.v) buyurmuşdur: Eyni anda ata və ana çağırarsa ilk olaraq anaya cavab vermək lazımdır.

7) İslam-tarixində ən xeyirli və fəzilətli qadın olaraq, Fatimeyi Zəhranı, Məryəmi, Xədicəni, Asiyanı misal göstərmək olar.

Yuxarıda yazılanların hər birində İslam dininin qadına verdiyi yüksək dəyərin şahidi olduq. Həqiqətən də qadın o zaman dəyərli olur ki, o, bütün əxlaq normalarına lazımınca riayət etsin. Qadın öz adının təmizliyini qorumaqla həm özünə hörmət etmiş olur, həm də ən əsası Allahın ona verdiyi şərəfli ANA adına laiq olur.

5 fevral 2011
GO BACK