Allah-təala haqqında hər hansı təsəvvür əldə etmək üçün Onu tanımağın yollarından xəbərdar olmaq lazımdır.İnsan öz ağlı və qabiliyyəti çərçivəsində hansı vasitələrlə Allahın varlığını,vahidliyini və başqa sifətlərini anlaya bilər?
Yazılanlara görə insanın Allahı tanıması üçün iki əsas yolu vardır:
1.Fitri duyğular(instinkt),yəni qəlb yolu ilə
2.Araşdırma və əsaslandırma,yəni ağıl yolu ilə
Birinci yolda insanın köməyi yalnız onun daxili aləmı və emosiyalarıdır.Bu zaman o,heç bir araşdırmadan istifadə etmir.
Ikinci yolda isə insan ağlin gücünə arxalanır,inkar edilməz və tutarlı dəlillər,məntiqi ve ardıcıl tədqiqatlar vaistəsilə Allahı özü ücün isbat edir.
Namaz!Alləmlərin Rabbi olan Allaha qovuşmağın ən gözəl və ən uca yolu, Onun sevgisinə qarşılığın ən gözəl bir biçimidir. Cənnabı Haqqın huzurunda yalnız namazla durular və yalnız namazla Ona təzim olaraq səcdə edilər. Yalnız Namazla Allahın sevgili qulları üçün yaratdığı uca nemətərə, uca hikmətlərə şükür edilər.
Elə isə,Əziz Qadin.Net istifadəçiləri olan Namaz əhli, Sizlər namaza necə başladınız?İlk Namaz təəsüratlarınız necə olmuşdur? Bizimlə paylaşın...