Qadin.NET / Zəhranın duası...

Zəhranın duası...

Zəhranın duası...

Hörmətli valideynlər, sizlərə 1-2 kiçik məsləhət vermək istərdim. Çalışın uşaqlarınıza Allaha inamı və sevgini, ibadətə həvəsi aşılaya biləsiniz. Bunun ən gözəl yolu özünüz əməl edərək göstərməkdir. Ailəli, xüsusən də övladı olan analar üçün bu çox çətindir. Bir yandan ev işi, bir yandan uşaqların baxımı, bir yandan da sevimli həyat yoldaşlarımızın kapriz və istəkləri. Bunların hamısını bir arada yerinə yetirmək asan deyil. Lakin qadınlar həqiqətən də güclü və əzmkardırlar.Övladlarımızın Allah sevgisi ilə böyüməsi təqdirə layiqdir. Bununla siz, Cənnətə gedən yolunuzu bir az da qısaldarsınız.Onlara qısa dualar öyrədin.Namaz qılarkən sizinlə bir yerdə namaz qılmalarına icazə verin. Onlara Kəlmeyi-şəhadəti öyrədin. Allah sevgisi ilə böyüyən uşaqlarla, bu hisslərdən məhrum olaraq böyüyən uşaqların psixologiyasında çox böyük fərq olur.

Və sonda 5 yaşlı qızım Zəhranın duası ilə yazımı bitirirəm: "Allahım, atamın, anamın, bacımın və bütün mömin bacı və qardaşların günahından keç. Onları qoru. Ayselin (3 yaşlı bacısı) bütün günahlarından keç."

31 yanvar 2011
GO BACK