Qadin.NET / Sevgili ilə bir gün (s.a.s)-1

Sevgili ilə bir gün (s.a.s)-1

Bu, sevgili peyğəmbərimiz Məhəmməd (s.a.s) ilə birlikdə keçirəcəyimiz bir günün başladığı andır.

Peyğəmbər sallahu aleyhi və səlləmin yaradılış özəlliyi

 Rəsulullah (s.a.s) orta boylu və geniş çiyinli idi. Qulaq məməsinə qədər uzun saçları vardı. O, insanlarin ən gözəl üzlüsü  və əxlaqca ən gözəl olanı idi. Boyu nə çox uzun, nə də qisa idi.  Saçları nə çox qıvrım, nə də çox düz idi. Insanların ən yaraşıqlısı idi ,ağ və sevimli bir üzü vardı.Günəş və ay kimi idi, yuvarlaq üzü işıq saçan rəngdə idi. Saqqalının tükləri sıx və gur idi.

   Geniş ağızlı, göz qapaqlari uzun idi. Çəkisi nə kök, nə zəif, boyu nə uzun, nə də qısa idi. Əl və ayaqları iri , ovucları geniş idi.

Peyğəmbər (s.a.s) yuxudan oyanışı, dəstnamaz alışı

 Peyğəmbər (s.a.s) yuxudan oyandığı zaman belə söyləyərdi: “Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Qayıdış ancaq Onadır.”

    Əvvəl dişlərini misvakla təmizləyərdi. Bəzən Ali-İmran surəsini190_cu ayəsindən başlar, surənin sonuna qədər oxuyardı. Sonra dəstnamaz  alardı.

    Ayaqyoluna girəcəyi zaman söyləyərdi: “Allahım! Pislikdən və pis olan şeylərdən (erkək və dişi şeytanlardan) sənə sığınıram.”

    Ayaqyolundan çıxdığı zaman: “ Allahım məni bağışla” söyləyərdi.

 Peyğəmbər (s.a.s) dəstnamaz aldığı zaman əvvəl əllərini üç dəfə yuyar, sonra üç ovuc su ilə üç dəfə ağzını çalxalar, sonra burnuna sağ əli ilə su çəkərdi. Hər bir ovuc suyun yarısıyla ağzını çalxalar, yarısını da burnuna çəkərdi. Sonra başının saç bitimindən saqqalına qədər üç dəfə üzünü yuyardı. Sonra barmaq uclarından dirsəklərinə qədər qollarını üç dəfə yuyardı. Sonra iki əli ilə başına məsh çəkər, başının qabaq qismindən başlayaraq arxasına qədər əllərini çəkər, sonra başladığı yerə geri gətirərdi. Sonra qulaqlarını içinə və çölünə məsh çəkərdi. Sonra aşıq sümükləri ilə birlikdə ayaqlarını üç dəfə yuyardı.

   Peyğəmbər (s.a.s) buyurmuşdur: Sizdən biri dəstnamaz  aldıqdan sonra: “ Allahdan başqa haqqı ilə ibadətə heç bir ilahi olmadığına, Onun bir olduğuna və ortağının olmadığına şəhadət edirəm. Yenə Məhəmməd (s.a.s) Allahın qulu və elçisi olduğuna şəhadət edirəm” belə deyərsə, onun üçün cənnətin səkkiz qapısı açılar, hansından istərsə oradan girər.

   Sonra bunu söyləyərdi: “Allahım! Məni çox tövbə edənlərdən və məni(günah və pisliklərdən ) təmizlənənlərdən say”

(Ardı var)

26 mart 2011
GO BACK