Qadin.NET / Salavati-şərifə (2ci hissə)

Salavati-şərifə (2ci hissə)

Salavati-şərifə (2ci hissə)

 

İbn Abbas -radiyallahu anhumə-belə bir hadisə rəvayət edir:

Xeybər yəhudiləri ilə Qatafan qəbiləsi arasında müharibə var idi və Xeybər yəhudiləri nə vaxt onlarla qarşı-qarşıya gəlsələr məğlub olurdular.Axırda:

"Ey Rəbbimiz!Axır zamanda göndərməyi vəd etdiyin o ümmi peyğəmbər haqqı üçün bizə zəfər qazanmağı nəsib et!"-şəklində dua etdilər və bu duanın ardından Qatafan qəbiləsini məğlub etdilər.Lakin Allah təala,onların dualarında zikr etdikləri Rəsululllah-səllallahu əleyhi və səlləm-i peyğəmbər olaraq göndərincə,onun peyğəmbərliyini və gətirdiyi kitabı inkar etdilər.Bundan sonra Allah təala:

"Onlara Allah tərəfindən əllərindəkini (Tövratı) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman (onu qəbul etmədilər).Halbuki əvvəlcə (Muhəmməddən qabaq) kafirlərə (ərəb müşriklərinə) qələbə şalmaq üçün ("Tövratda adı şəkilən axirüzzəman peyğəmbər gəlib bizə yardım edəydi!"-deyə Allaha) yalvarırdılar.Bildikləri (peyğəmbər gəldikdə isə,(paxıllıq edib) ona inanmadılar.Allah kafirlərə lənət eləsin"(əl-Bəqərə,89) ayəsini nazil etdi.(Qurtubi,əl-Cami,2,27; Vahidi,Əsbabu-n-Nüzul,səh.31)

Göründüyü kimi Rəsulullah-səllallahu əleyhi və səlləm-in Allah dərgahındakı xatirinə Allahdan yardım istəyən qeyri-müsəlmanlar belə onunla aləmlərə gələn rəhmət və bərəkətdən istifadə etmişlər.

Allah təala Qurani-Kərimdə Rəsulullah-səllallahu əleyhi və səlləm-ə xitabən:

"(Ya Rəsulum!)Sən onların arasında olduğun müddət ərzində Allah,onlara əzab verməyəcəkdir!.."(əl-Ənfal,33) buyurmuşdur.

Bu ilahi bəyan da,müşriklər haqqında zikr edilmişdir.Məhz müşriklər sırf ona maddi bir yaxınlıq səbəbilə belə bir imtiyaza sahib olurlarsa,möminlərin hansı nemətlərə sahib ola biləcəyini təsəvvür etmək imkan xaricindədir.Üstəlik həmin möminlər yalnız o böyük şəxsiyyətə iman etməklə Rəsulullah məhəbbətindən nəsib alarlarsa...Artıq burada söz də aciz qalır!Həqiqətən də bir möminin qəlbi Rəsulullaha məhəbbətdə hansı zirvəyə çatarsa,dünyada nail olacağı xoşbəxtlik və səadət,axirətdə qovuşacağı məqam da həmin nisbətdə uca olar! 

Sevgili Peyğəmbərimiz haqqında danışılacaq,nümunə götürüləcək,bilmədiklərimiz çoxdur.Mən hələ öyrənə bildiyim və hər kəsin bilməsini istədiyim bu hissəni sizinlə paylaşdım.Sizləri bu yazımla baş-başa qoyarkən,əbədi aləmdə Rəsulullah-səllallahu əleyhi və səlləm-ə qonşu olmaq arzusu ilə tamamlayıram.

21 mart 2011
GO BACK