Qadin.NET / Şirk nə qədər günahdır?!

Şirk nə qədər günahdır?!

 

Şirk nə qədər günahdır?!


 

Peyğəbərimizin Allah təalaya olan təzimi,onu Allahın birliyi və əzəməti xüsusunda yüksək dərəcədə həssaslıq göstərməyə sövq edirdi.

Çünki o:

"Şübhə yoxdur ki,Allah Özünə sərik qoşanları əvf etməz,amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar.Allaha şərik qoşan şəxs əlbəttə,böyük günah etmiş olurş"(Ən-nisa,4/48) 

"(Ya Rəsulum!)Sənə və səndən əvvəlkilərə(keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur:"Əgər (Allaha şərik qoşsan bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan!Xeyr,Allaha ibadet et və(Onun nemətlərinə) şükür edənlərdən ol!"(əz-Zumər,39/65-66) şəklindəki ilahi təlimatlar istiqamətində,şirkdən uzaq,töhvid inanclı bir həyat yaşamışdır.Buna görə Allah Rəsulu şirk mövzusunda əsla güzəştə getməmiş,şirki andıran ən xırda davranışlara belə dərhal müdaxilə etmiş və lazımi düzəlişlər vermişdir.

Zeyd bin Xalid Əl-Cuhənidən rəvayət olunduğuna görə,Allah Rəsulu-səllallahu əleyhi və səlləm-Hubeydiyədə yağan yağışdan sonra sübh namazı qıldırdı.Namazı qurtaranda camaata tərəf çevrilib soruşdu:

-Bilirsiniz Rəbbiniz nə buyurur?

-Allah və Rəsulu daha yaxşı bilər,-cavabını aldıqda:

-"Buyurdu ki:Bəndələrimdən bəziləri mömin,bəziləri isə kafir olaraq səhərə çıxdı." "Allahın rəhmət və bərəkətilə yağış yağdı",deyən Mənə inanmış,ulduzu inkar etmiş olarl."Filan və filan ulduzun batıb-çıxmasıyla yağış yağdı,"-deyən isə Məni inkar edib ulduza inanmış olar."(Buxari,Azan,156)-buyuraraq qəlblərdə meydana gələ biləcək şirk düşüncələrini dəf etmək istəmişdir.

Mövzu ilə bağlı digər bir hadisə belədir:

   Peyğəmbərimizin oğlu İbrahimin vəfat etdiyi gün günəş tutulmuşdu.Camaat günəşin İbrahimin ölümünə görə tutulduğunu dedi.Buna görə də Sevgili Peyğəmbərimiz,"Ay və günəş Allahın ayələrindən sadəcə iki ayədir.Onlar birinin ölümü və ya doğumu üçün tutulmazlarOnu tutulmuş görəndə açılana qədər Allaha dua edin və namaz qılın."-buyurmuşdur.(Buxar,Kusuf,15)

  Bu iki hadisənin birincisində Peyğəbərimiz Allah təalanın faili-Mütləq olduğunu,heç bir işdə fani varlıqlıqları Ona şərik qoşmamağı,əks təqdirdə bunun Allahı inkar etmək olduğunu qeyd etmişdir.İkincisində isə Allah təalanın əzəməti qarşısında insanların,Peyğəmbərin oğlu da olsa,bəndəlikdən savayı bir dəyərə sahib olmadığını,dolayısı ilə həqiqi hörmətin yalnız Allaha göstərilməli olduğunu vurğulamışdır.

11 fevral 2011
GO BACK