Hz Məhəmmədin nümunə əxlaqı:
* Daim fikirli idi.
* Susması danışmağından uzun olardı.
* Lazımsız sözlər danışmazdı.
* Danışarkən nə çox, nə əskik söz işlədərdi.
* Dünya işləri üçün əsəbiləşməzdi.
* Özü üçün heç vaxt əsəbiləşməz və qisas almazdı.
* Pis söz deməzdi.
* Bağışlamaq kimi hissə malik idi, təbii idi, intiqam almazdı.
* Düşmənlərini bağışlamaqla kifayətlənməz, onlara şərəf və dəyər dərsi keçərdi.
* Heç kimlə sözləşməzdi.
* Boş şeylərə vaxt sərf etməzdi.
* Xoşlamadığı bir şey haqqında əsla danışmazdı.
* Heç kimi nə üzünə qarşı, nə də arxasından qınamaz, qeybətin etməzdi.
* Heç kimdə səhv axtarmazdı.
* Kimsəyə haqqında xeyirli olmayan söz deməzdi.
* Yanında ən son danışan adama ilk əvvəl danışan kimi diqqətlə qulaq asardı.
* Hər zaman ciddi idi.
* Danışarkən ətrafındakıları sakitləşdirərdi.
* Sözləri parıldayan inci kimi şirin və aydın idi.
* Gedərkən ayaqlarını yerdən qaldırar, iki yana yellənməzdi.
* Addımlarını geniş atar, yüksək bir yerdən düşər kimi qabağa doğru əyilərdi.
* Təmkinlə, rahat gəzərdi.
* Qapısına kömək üçün gələn kimsəni geri qaytarmazdı.
* Dostlarına belə deyərdi: - Dünyada qərib bir kimsə və ya yolçu kimi ol.
* Hər vaxt qəmgin, ancaq təbəssümlü idi.
* Ağzından ayıb sayılan heç bir söz çıxmazdı.
Çətin hallarında qəlb qırmaz, qışqırmazdı.
* Kasıblarla birlikdə yeyərdi, onlardan ayrılmazdı.
* Sadə paltarlar geyər, nümayişdən xoşu gəlməzdi.
* Danışarkən üzünü başqa tərəfə çevirməzdi.
* Olduğu məclisdə yüksək yerdə oturmazdı.
* Səhərlər evindən çıxarkən belə deyərdi: "İlahi, doğru yoldan qaçmaqdan və qaçırmaqdan, aldadıb və aldadılmaqdan, günah etməkdən və günahlandırılmaqdan, hörmətsizlik etməkdən və hörmətsizlik görməkdən Sənə sığınıb güvənirəm".
* Adi deyildi. Amma adi insanlar kimi yaşayardı.