Qadin.NET / Qurani - Kərimin əs Saffat surəsi-2

Qurani - Kərimin əs Saffat surəsi-2

  1. (İbrahim) xəlvətcə onların tanrılarının yanına gedib (istehza ilə) dedi: Məgər (yanınızda olan bu təamları) yeməyəcəksiniz
  2. Sizə nə olub ki, danışmırsınız?
  3. Sonra bütlərin üstünə yüyürüb sağ əli ilə onlara möhkəm bir zərbə endirdi.
  4. (Bundan xəbər tutan tayfası) yüyürə-yüyürə onun yanına gəldi.
  5. (İbrahim onlara) dedi: Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz?
  6. Halbuki sizə də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!
  7. Onlar dedilər: Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!
  8. Onlar onun üçün belə bir hiylə qurmaq istədilər, Biz isə onları çox səfil (zəlil) bir vəziyyətə saldıq. (Hiylələri baş tutmadı, İbrahimə heç bir şey edə bilmədilər).
  9. (İbrahim oddan xilas olduqdan sonra) dedi: Mən Rəbbimə doğru (Allahın mənə buyurduğu yerə - Şama tərəf) gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!
  10. (İbrahim müqəddəs torpağa yetişdikdən sonra dua edib) dedi: Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!
  11. Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik.
  12. O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! O dedi: Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!
  13. Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman
  14. Biz ona belə xitab etdik: Ya İbrahim!
  15. Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin! (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  16. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi.
  17. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik.
  18. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
  19. (Onu belə yad edirlər: ) İbrahimə salam olsun!
  20. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
  21. Qurani - Kərimin əs Saffat surəsi-2
  22. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
  23. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik.
  24. Biz ona İshaqa (peyğəmbərliklə, övlad çoxluğu ilə) bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!
  25. Biz Musa və Haruna da nemət (peyğəmbərlik) bəxş etdik.
  26. Onların hər ikisini böyük fəlakətdən (Fironun əsarətindən, yaxud suda boğulmaqdan) qurtardıq.
  27. Onlara yardım etdik və onlar (düşmənə) qalib gəldilər.
  28. Onların hər ikisinə (hökmləri) açıq-aydın o kitabı (Tövratı) verdik.
  29. Onların hər ikisini doğru yola müvəffəq etdik.
  30. Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
  31. (Onları belə yad edirlər: ) Musaya və Haruna salam olsun!
  32. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
  33. Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi.
  34. Həqiqətən, İlyas da (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
  35. Qurani - Kərimin əs Saffat surəsi-2
  36. Bir zaman o öz tayfasına belə demişdi: Məgər (bütlərə ibadət etməklə) Allahdan qorxmursunuz?
  37. Məgər siz yaradanların ən yaxşısını (Allahı) qoyub Bələ (Bəl adlı bütə) ibadət edirsiniz?
  38. Həm sizin Rəbbiniz, həm də (sizdən) əvvəlki atalarınızın (babalarınızın) Rəbbi olan Allahımı (tərk edirsiniz)?
  39. Lakin onlar onu təkzib etdilər, buna görə də (qiyamət günü Cəhənnəmə) gətiriləcəklər.
  40. Yalnız Allahın müxlis bəndələrindən başqa!
  41. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq.
  42. (Onu belə yad edirlər: ) İlyasinə (İlyasa) salam olsun!
  43. Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!
  44. Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!
  45. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
  46. (Ya Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
  47. Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun övrətindən) başqa!
  48. Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.
  49. Siz (Şama getdiyiniz zaman) səhər vaxtı onların yurdundan keçirsiniz;
  50. Eləcə də axşam vaxtı. Məgər bir düşünüb-daşınmırsınız?
  51. Həqiqətən, Yunis də (Bizim tərəfimizdən göndərilmiş) peyğəmbərlərdəndir!
  52. (Ya Peyğəmbər!) Yadına sal ki, bir zaman o, (qövmünün küfrü üzündən yük və adamla) dolu bir gəmiyə qaçmışdı.
  53. (Gəmidə olanlar) püşk atmış və (püşk ona düşdüyü üçün) məğlub edilənlərdən olmuşdu. (Yunis gəmiyə mindiyi zaman gəmi yerindən tərpənməmiş, buna görə də sərnişinlər: Yəqin ki, içərimizdə ağasından qaçmış kölə vardır, - demişdilər. Kölənin kim olduğunu bilmək üçün püşk atılmış və o, Yunisə düşmüşdü. Yunis özünü dənizə atmağa məcbur olmuşdu).
  54. (Yunis Allahın izni olmadan qövmünü tərk edib getdiyinə görə) özünü qınayarkən (dənizə atılarkən) balıq onu udmuşdu.
  55. Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı,
  56. Yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.
  57. Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq.
  58. Və (başı) üstündə (ona kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaxud qabaq tağı) bitirdik.
  59. Biz onu yüz min nəfərə və daha çox kimsəyə peyğəmbər göndərdik.
  60. Nəhayət, onlar ona (Yunisə) iman gətirdilər və Biz də onlara müəyyən vaxtadək (ömürlərinin axırına kimi) gün-güzəran verdik.
  61. (Ya Peyğəmbər! İndi o müşriklərdən) soruş: Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?
  62. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?!
  63. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər:
  64. Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır). Onlar, həqiqətən, yalançıdırlar!
      Qurani - Kərimin əs Saffat surəsi-2
  65. Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?!
  66. Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz?
  67. Heç düşünürsünüz?!
  68. Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?!
  69. Əgər doğru danışırsınızsa, kitabınızı gətirin!
  70. (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər.
  71. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən tamamilə uzaqdır!
  72. Allahın müslis (mömin) bəndələri isə istisnadır.
  73. (Ey Müşriklər!) Nə siz, nə də ibadət etdikləriniz
  74. Heç kəsi tovlayıb yoldan çıxara bilməzsiniz;
  75. Yalnız Cəhənnəmə girəcək kimsədən başqa!
  76. (Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: ) Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!
  77. Həqiqətən, biz səf-səf dururuq.
  78. Və (Allahı) təqdis edib şəninə təriflər deyirik.
  79. (Məkkə müşrikləri) təkidlə belə deyirdilər:
  80. Əgər bizdə əvvəlkilərin kitablarından biri olsa idi,
  81. Biz də mütləq Allahın müxlis bəndələri olardıq!
  82. Amma onu (Quranı) inkar etdilər. Onlar (küfrlərinin aqibətini) mütləq biləcəklər.
16 aprel 2014
GO BACK