İki mələk aldıqları əmr üçün dünyaya enərkən yolda qarşılaşırlar.Biri digərinə deyir:
-Əcaib bir vəzifə ilə əmr olundum dedi və vəzifəsini danışdı:
Bir Yahudi son günlərini yaşayır.Ürəyi balıq yemək istəyir.Ancaq o istədiyi balıq onun yaşadığı ərazidə yoxdur.Allah təala mənə o cins balığın olduğu dənizdən bir miqdar tutub,Yahudinin yaşadığı ölkənin dənizinə atmağımı əmr edir.Yahudi o balıqdan yeyəcək və sonra öləcək.
Digər mələk ,ona belə cavab verdi:
-Mən daha əcaib bir vəzifə ilə əmr olundum.Ölmək üzrə olan bir mömin 40 ildir ki,zeytunyağlı bir yemək arzusunda imiş.Bir digər mömin ona istədiyi bu zeytunyağlı yeməyi bişirəcək,mən isə həmin yeməyi dağıdacağam.Beləliklə ölmək üzrə olan möminin o yeməkdən yeməsinə əngəl olacam.
Bu iki mələyin söhbətini eşidən üçününcü mələk məsələni belə izah edir:
-İkinizin də aldığı vəzifə əcaib deyil dedi.Ölmək üzərə olan o yahudi bir yaxşılıq etmişdir.Axirətdə qismət olmadığından elədiyi yaxşılığın mükafatını dünyada görməsi üçün ürəyi istədiyi balıq özünə ehsan buyurulur.Yəni elədiyi yaxşılığın mükafatını dünyada alacaq və axirətdə bir alacağı mükafat olmayacaq .Digər mömin isə bir günah elədiyindən ürəyi istədiyi zeytunyağlı yemək töküləcək,müsibət günahına düçar olacaqdır.