İbn Abbasın rəvayət etdiyi bir hədisi şərifdə, Allah Elçisi belə buyurmuşdur: "Yer üzünün ən xeyirli suyu Zəmzəmdir. Çünki onda dadın dadı (aclığı doyuran xüsusiyyəti), xəstənin şəfası vardır."
Dünya Sağlamlıq Təşkilatının (WHO) hesabatlarına görə dünyanın ən sağlam sularından olan zəmzəm sununun sirri, günümüz texnologiyasındakı bütün araşdırmalara baxmayaraq həll edilə bilmir.Qaynağı tapılmayan suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyu olmamasına baxmayaraq illərdir qurumaması,
araşdırmaçıları heyrətə salır.. 1.5 metr dərinliyindəki quyudan həcc mövsümündə milyonlarla hacı bütün su ehtiyacını qarşılayarkən, su səviyyəsində də heç bir azalma olmur.
Aclığı aradan qaldırmaq üçün içənin aclığını, susuzluğunu aradan qaldırmaq üçün içənin də susuzluğunu aradan qaldıran suyun sirri elm adamları tərəfindən araşdırılır.
Avropada laboratoriyalarda aparılan araşdırmalarda, zəmzəm sununun çox az kükürd ehtiva etdiyi təsbit edildi. Amerikada edilən test nəticələrinə görə isə zəmzəm, içində mikroorqanizm və bakteriya tapılmayan tək su olma xüsusiyyəti daşıyır.Dünya Sağlamlıq Təşkilatı ( WHO) tərəfindən də zəmzəm, dünyanın ən içilə bilən və sağlam sularından biri olaraq açıqladı.Lakin digər sulara görə çox daha bəsləyici və mineral saxlayan suyun qaynağı isə hələ də araşdırma mövzusudur.
Zəmzəmin elm dünyyasını heyrətə gətirən xüsusiyyətləri:
Zəmzəm Cənnət mənbələrindəndir.
Cənabı Haqqın İbrahim (a.s.)a ikram etdiyi bir nemətdir.
Hərəmi Şərifdəki Ayat-ı Beyyinatdandır.
Hacıların müşahidə etdikləri ən böyük nemət və mənfəətlərdəndir
Yer üzündəki ən xeyirli sudur.
Cəbrayılı Əmin vasitəsiylə zühur etmişdir.
Yer üzündə ən müqəddəs torpaqdan qaynayan sudur.
Peyğəmbər Əfəndimiz (s.ə.v)ın qəlbinin dəfələrlə yuyunduğu sudur.
Acları doyuran sudur.
Dünya davam etdiyi müddətcə bu xüsusiyyəti davam edəcək.
Hər dərdə dərmandır.
Xüsusiylə qızdırma (sıtma)a şəfadır.
Baş ağrısını aradan qaldırar.
Gözün görməsini yaxşılaşdırır.
Nə niyyətlə içilsə ona dərmandır.
Ona baxmaq ibadətdir.
Ondan içmək günahlara kəffarədir.
Qabırğalarını gərdirənə qədər içmək iman əlaməti və nifaqdan xilas olmaqdır.
Qonaqlara ikram ediləcək ən gözəl hədiyyədir.
Məkkədən digər diyarlara daşınması sünnədir.
Ebrarın içkisidir.
İçilməsi sünnədir.
Qonağa əvvəl ikram edilər.
Onunla dəstəmaz almaq sünnədir.
Uşaqlara ikram etmək sünnədir.
İçməkdə böyük savab vardır.
Nə qədər içilər və nə qədər istifadə edilirsə edisin bitməz.
Bədənə qüvvət verər.