Qadin.NET / Dini hekayələr

Dini hekayələr

Dini hekayələr

Üç ayəni yaddan çıxarma!

Bir şəxs İbn Abbasın yanına gəlib dedi:

- Nə etmək üçün onun hüzuruna gedirlər?

- İstəyirəm insanları yaxşıya dəvət etmək və pislikdən çəkindirmək vəzifəsini yerinə yetirim.

İbn Abbas soruşdu:

- Bu mərtəbəyə çatmısan, qorxmursan ki, Allah kitabının üç ayəsi səni rüsvay etsin?

Müraciət edən şəxs həmin ayələr haqqında sual verdi. İbn Abbas dedi:

- Birinci ayə budur ki, insanları yaxşılığa çağırır, özünüzü unudursunuz. İkinci ayədə buyurulur: Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz sözü danışırsınız? Üçüncü ayə Şüeybin saleh qulunun dilindəndir: Əsla istəmirəm ki, sizi çəkindirdiyim bir işə özüm yol verim. Gücüm çatan islahdan artıq istəmirəm. Əvvəlcə özünü islah etməkdən başla!

Dini hekayələr

Biz bu kafirə 70 ildir ruzi veririk

Allahın mehribanlığı, lütf və kərəmi o qədər əzəmətli və heyranedicidir ki, bəzən Allah kafirləri də heyrətə gətirir.

Bir Kafir həzrəti İbrahimdən (ə) təam istədi. İbrahim (ə) dedi:

- Əgər müsəlman olsan, səni qonaq edib təam verərəm.

Bunu eşidən kafir getdi. Allah-Təala vəhy nazil etdi ki, "Ey İbrahim, biz bu kafirə 70 ildir ruzi veririk, əgər ona bir gecə ruzi verib din istəməsəydin, nə olardı?"

İbrahim (ə) həmin kafirin ardınca gedib onu geri çağırdı və ona təam verdi. Kafir dedi:

- Nə oldu ki, geri qayıtdın, mənə təam verdin?

İbrahim (ə) əhvalatı danışdı. Kafir dedi:

- Əgər sənin Allahın bu qədər mehribandırsa, mənə dinini öyrət, iman gətirib müsəlman olum. 

Allah bizləri hec zaman haqq yolundan döndərməsin. Hər zaman Allah dərgahında Allahın sevdiyi bəndələrindən olaq. Allahın buyurduğu ayələr dilimizdən heç bir zaman əksik olmasın. Amin

24 mart 2014
GO BACK