Qadin.NET / Səmi və Bəsər Allah

Səmi və Bəsər Allah

Səmi və Bəsər Allah

Səmi (Allahın hər səsi eşitməsi)  

Səmi - Allahın danışılan sözləri, hər səsi və duaları eşitməsi deməkdir. Allah gizli və ya aşkar, yaxşı və ya pis - insanların bütün danışmalarını və sözlərini, hətta pıçıltılarını, dua və niyazları eşidər. Allah da, insanlar da eşidər. Ancaq Allahın eşitməsi ilə insanın eşitməsi eyni deyil. Allahın eşitməsi vasitəsiz və sərhədsizdir. İnsanlar hava və qulaq vasitəsiylə yalnız müəyyən tezlikdəki səsləri eşidib duya bilərlər, gizli və batıq səsləri eşidə bilməzlər, Allah isə hamısını eşidər. İnsan harada nə söyləsə söyləsin, ən gizli yerlərdə, yerin altında və göylərdə belə bir şey danışsa, Allah o danışılanı eşidər. Çünki Allah insanlara yaxındır. 

      "Şübhəsiz Rəbbim duaları eşidəndir." (İbrahim, 14/39)

"Yoxsa biz onların sirlərini və gizli danışmalarını eşitmirik sanırlar..." (Zuxruf, 80).

"...Allah danışmanızı eşidər, çünki Allah eşidəndir, görəndir" (Mücadilə, 58/1) mənasındakı ayələr Allahın hər səsi və hər danışılanı eşitdiyini ifadə etməkdədir. Allahın bu sifətində mükafatlandırma və cəzalandırma mənası da vardır. Məsələn;

"Kim dünya savabını istəsə (bilsin ki), dünya və axirət savabı Allah qatındadır. Allah eşidəndir, görəndir" (Nisa, 4/134) mənasındakı ayədə Allahın eşitməsi və görməsi, yaxşı iş edənlərin mükafatını verməsi mənasındadır. 

Səmi və Bəsər Allah

Basar (Allahın hər şeyi görməsi)

Basar - Allahın işıqlıq və qaranlıqda kiçik və böyük hər şeyi görməsi deməkdir. Allah, gizli və ya aşkar, kiçik və ya böyük bütün varlıqları, bütün edilənləri görər. Allah da, insanlar da görər. Ancaq Allahın görməsi ilə insanın görməsi eyni deyil. İnsan göz vasitəsiylə ancaq müəyyən bir uzaqlıqda, böyüklükdə və işıqlıqda olanı görə bilər. Allahın görməsi isə vasitəsiz və sərhədsizdir. Allah kiçik, böyük, işıqlıqda və qaranlıqda, vasitəsiz və sərhədsiz olaraq hər şeyi görər. İnsanlar harada nə etsələr etsinlər, ən gizli yerlərdə, yerin altında və göylərdə belə bir şey etsələr Allah onları görər. Çünki Allah insanlara yaxındır. 

     "Şübhəsiz Allah qullarının (hər halını) xəbər alandır, görəndir". (Fatır,35/31)

"O hər şeyi görəndir" (Mülk, 67/19) mənasındakı ayələr Allahın bu sifətini ifadə etməkdədir. Allahın bu sifətində mükafatlandırma və cəzalandırma mənası da vardır. Məsələn,

"...Dilədiyinizi edin. O, etdiklərinizi görməkdədir" (Mömin, 40/40) mənasındakı ayədə haqqında danışılan Allahın görməsindən məqsəd quluna etdiklərinin qarşılığını verməsidir.

21 dekabr 2013
GO BACK