1. Beş vaxt namaz ilə cümə namazı üçün azan və iqamə kişilər üçün sünnədir (qadınlara məkruhdur);
2. Namazın iftitah təkbiri, vitr namazının qunut təkbiri və bayram namazlarının zəvaidi təkbirlərində əlləri qulaqların dibinə qədər qaldırın (Qadınlar barmaq ucları çiyin xəttinə gələcək şəkildə əllərini qaldırarlar);
3. Əllər qaldırıldığı sırada barmaqları nə bitişik, nə də çox açıq saxlamaq, yəni öz halında normal açıqlıqda saxlamaq, əllərin və barmaqların içi qibləyə tərəf tutmaq lazımdır;
4. İmama uyan kimsənin iftitah təkbirinə yaxın olmaq gərəkdir (imamı keçməmək üzrə);
5. Qiyamda əlləri bağlamaq (Kişilər sağ əlin ovcunu sol əlin üzərində və sağ əlin baş və kiçik barmaqları sol əlin biləyində tutur; əllərini göbəyin altında tuturlar. Qadınlar isə sağ əl sol əlin üzərində olacaq şəkildə əllərini sinə üstünə qoyurlar).
6. Qiyamda iki ayağın arasını dörd barmaq qədər açıq saxlamaq vacibdir;
7. Sübhanəkə oxumaq lazımdır;
8. "Əuzubillahi minəş-şeytanir-racim" demək vacibdir.
9. Hər rükətdə fatihədən əvvəl "Bismillahir-rahmanir-rahim" demək lazımdır;
10. Fatihə sonunda imamın və ona uyanlara "Amin" demək lazımdır;
11. "Sübhanəkə, Əuzu-Bismillah və Amin"i içdən oxumaq gərəkdir;
12. Səhər və günorta namazlarında fatihədən sonra uzun, əsr və işa namazlarında qısa, axşam namazında daha qısa müddət oxumaq lazımdır Bu, qonaq olmayanlar üçündür. Səfərdə olan və ya vaxtı az olan kimsə istədiyi ayəni və surəni oxuya bilər;
13. Rukuya gedərkən "Allahu Əkbər" demək lazımdır;
14. Rukuda əllərin barmaqlarını dizlərdə açıq şəkildə tutmaq lazımdır (Qadınlar barmaqlarını açmaz və dizlərinə tutmazlar, yalnız əllərini dizləri üzərinə qoyarlar);
15. Rukuda dizlərini və dirsəklərini dik tutub bükməmək vacibdir(Qadınlar rukuda dizlərini bükük saxlayırlar);
16. Rukuda arxasını dümdüz etmək lazımdır (Qadınlar arxalarını bir az meyilli saxlayarlar);
17. Başını kürəyi ilə bir səviyyədə saxlayıb yuxarıya qaldırmamaq və aşağıya əyməmək;
18. Rukuda üç dəfə "Sühhanə Rahbiyəl-azim" demək lazımdır;
19. Rukudan qalxarkən "Səmiallahu Əlmən həmidəh" demək vacibdir;
20. Rukudan qalxınca "Rəbbəna ləkəl-həmd" demək lazımdır;
21. Səcdəyə qapanarkən yerə; əvvəl dizlərini, sonra əllərini, daha sonra alın və burnunu qoymaq lazımdır;
22. Səcdədən qalxarkən əvvəl başını, sonra əllərini, daha sonra dizlərin üzərinə əllərini qoyaraq dizlərini yerdən qaldırmaq;
23. Səcdəyə gələrkən "Allahu Əkbər" demək lazımdır;
24. Səcdədən qalxarkən "Allahu Əkbər" demək lazımdır;
25. Səcdədə üzünü iki əlləri arasına almaq, əllər geri və uzaqda olmayıb üzə yaxın və üzün xəttində olmalıdır, əllərin barmaqları bir-birinə bitişik olduğu halda qibləyə qarşı əl-ayağı ilə yerə yapışıq olmalıdır lazımdır;
26. Səcdədə üç dəfə "Sübhanə-Rəbbiyal-alə" demək;
27. Kişilərin səcdədə qarnın ortasından, dirsəklərini yanlarından və qollarını yerdən uzaq tutması lazımdır (Qadınlar səcdədə qollarını yanlarına, qarnın ortasına yapışdırıb yerə doğru əyilirlər);
28. İki səcdə arasında oturmaq lazımdır;
29. İki səcdə arasında birinci oturuşda (Qadei-i GLA) və son oturuşda (Qadei-i axır) əlləri budların üzərinə qoymaq lazımdır;
30. Oturarkən sol ayağını yerə yayıb üstündə oturmaq və sağ ayağı yığaraq barmaqlarıni qibləyə qarşı gətirmək lazımdır (Qadınlar ayaqlarını sağ tərəfə yatılı olaraq çıxarıb sol ombaları üzərinə oturarlar);
31. Əttəhiyyatunun sözlərini sağ əlinin şəhadət barmağı ilə işarə etmək lazımdır;
işarə; Kəlmeyi-şəhadətdə "La ilahə" deyərkən sağ əlin şəhadət barmağını qaldırmaq, "İlləllah" deyərkən də endirmək;
32. Əttəhiyyatunu içdən oxumaq lazımdır;
33. Üç və dörd rükətli fərzlərin üçüncü və dördüncü rükətlərində fatihə oxumaq lazımdır (ilk iki rükətlərdə fatihə oxumaq isə vacibdir);
34. Son oturuşda "Əttehiyyatu" dan sonra " Allahumme Salli, Allahummə barik" və bunlardan sonra da dua oxumaq lazımdır;
35. Salam verərkən başını əvvəla sağa, sonra sola çevirmək vacibdir;
36. Salamda "Əssəlamu Aleykum və Rahmətullahi" demək gərəkdir;
38. İmama uyan, salamında camaatı və imamı niyyət etmək vacibdir;
39. Tək başına qılan şəxs salamında mələkləri niyyət etməlidir gərəkdir;
40. İmam sol tərəfə salam verərkən səsini bir az alçaltmaq gərəkdir;
41. İmama uyan adamın salamı, imamın salamına yaxın olmaq vacibdir;
42. İmama sonradan uyan bir kəs öncəkiləri qılmaq üçün imamın ikinci salamını gözləməlidir.