1. Tanrı üzünü ağ etsin o, adamın ki , bizdən bir söz öyrənir və öyrəndiklərini bilməyənlərə öyrədir.
2. İnsanların dəyərlisi başqaları üçün ən faydalı olanlardır.
3. Əmanətə xəyanət edənin imanı ,Əhdinə vəfa qılmayanın dini yoxdur.
4. Övladınızla xoş rəftar edin ,onun tərbiyəli olmasına diqqət yetirin.
5. Bir yerdə ki, sizi töhmət edəcəklər ora getməkdən çəkinin.
6. Təmkinli və tədbirli hərəkət xeyirlidir.
7. Ağlına gələni danışmaq günahdır.
8. Qonağı qapıya kimi ötürmək ən vacib şərtdir.
9. Ömrünü elmə ,biliyə sərf edənlər cavan qalarlar.
10.Yaxşı xasiyyət insanın xoşbəxtliyi, pis xasiyyət isə bədbəxtliyidir.