Allahu-Təala xəlq etdiyi bəndələrə mehribandır. Allahu-Təalanın bəndələrlə hesabatı hər iki dünyada ədalətlə həll olunur. Lakin insanların günahları ədalətlə hesablaşmağa layiq deyil. Əgər Allah insanlarla güzəştsiz hesab aparsaydı, onda insanlar hədsiz günahlarına görə faciəli müsibətlərə məruz qalardılar. Odur ki, Allah xəlq etdiyi bəndələrə rəhm və güzəşt edir, bir çox şeyləri asanlaşdırıb, səbəblər vasitəsilə günahları bağışlayır. Sonra da insanlara rəhm, güzəşt ədalət ilə hesabat aparır. Həmin asan güzəşt səbəblər bunlardır:
Hər hansı bir şəxs sidq qəlblə "Lə İləhə İlləllah" zikr edirsə, bir il günahı bağışlanır və ya bir şəxs "Bismillahir-rəhmanir-rəhim" deməklə 4000 günahı əməl dəftərindən silinər. Yaxud da ki, şəxs fikri başqa bir yerə yayınmadan bir saat Allah haqqında düşünərsə ona 60 il ibadət savabı yazılır.
İslam dininin əməllərini yerinə yetirmək, insanı həm bu dünyada, həm də qəbirdə bütün çətinliklərdən xilas edir. Qəbrə qoyulan şəxs dənizdə boğularkən, fəryad edib kömək gözləyən adama bənzər; o gözləyir ki, kimsə gəlib onu xilas edəcək. Ölülər də qəbirdə dirilərin Qur'an, dua, səlavat və ehsanlarını beləcə gözləyirlər. Ölülərin alqışları da, qarğışları da tez qəbul olunur. Odur ki ölülərinizə tez-tez səlavat, dualar, Quran oxuyun və ya oxtdurun ki, onların ruhu sizə duaçı olsun, qarğışçı olmasın. Dirilərin yemək-içməyə təlabatı olduğu kimi, ölülərin də Quran ayəsinin səsinə təlabatı var. İnsan Quran, dua oxuduqca özünün, ailəsinin və ölənlərinin günahi bağışlanır və xeyir-bərəkət, şəfa tapır.
Həzrət Muhamməd s.ə.v. buyurur:
Nə zaman fitnə-fəsad sizə düçar olsa dərhal Qurandan yapışın, ona sığının. Çünki, Quran kimin haqqında şəfaət göstərsə qəbul olur. Kim gəncliyində Quran oxuyarsa, Quran onun ətinə və qanına hopar, qiyamət günü peyğəmbərlərin cərgəsində olar.
Xəta bəla günahdan törənir. Günəş qarı əritdiyi kimi, Quran da günahı o cür əridər. Qiybət, böhtan da gözəl əməlləri o cür əridir, məhv edir. İnsan hər gün, hər an günah edir, hər gün də ibadət edib, bağışlanmalıdır...
Quran oxuyanda Allah insanla danışır. Yəni, Allah öz əmrini göydən yerə Quran sədası ilə insanlara çatdırır, onlara davranış yolunu öyrədir, dua oxunub Allaha yalvaranda isə insan Allah ilə danışır, yəni insanın yalvarış sədası yerdən göyə qalxır. Bu iki sədanın göydən yerə, yerdən göyə qalxmasının mahiyyəti bir olub Allah ilə insan arasında bir münacat rabitəsi yaradır.
Yəni deyəcəyim odur ki, Allaha yaxın olmaq öz əlimizdədir. Allah hamımızın səsini eşidir, qarşılığını da verir.