Qadin.NET / Qadın, təhsil və din (1)

Qadın, təhsil və din (1)

 

 

Qadın, təhsil və din (1)

 

İslam bütün bəşəriyyət üçün Allah tərəfindən göndərilən dindir! Bu din özündən əvəllki təkallahlılıq dinlərinin və dinsizlərin bir vahid hökmə, tək Allaha və son kitaba, Allahın elçisinə iman gətirməklə - cənnəti, haqq dünyasını qazanmağa çağırır, xidmət edir! Allahın kitabından sitat gətirənlər - hər bir kəlam tam hədisdə mənasında və gücündədir! Onlar bizim anladığımız kimi yox, Allahın buyurduğu kimi qəbul edilməlidir!

Bu gün çox böyük müzakirə və mübahisələrə səbəb olan təhsil haqda sərəncam - hicaba qoyulan yasaq, qadın və insan haqlarının, bəşəri hisslərin, Allah kəlamının ziddinə qərar qəbul edib! Hicaba qadağa qoyulub! Amma qadınların, qızların təhsilini hicab yasağı ucbatından qadağa etmə haqqı bizlərə verilməyib!

Qadın, təhsil və din (1)

Qurani kərimin tam təfsilatı - elm və təhsilin vacibliyini vurğulayır! İslam elmi əsaslandırıldıqda cəhalət və mövhumata qalib gələ bilər!

İslam alimlərinin fikirlərini araşdırsaq, sual qoysa "-Hicab taxa bilməyən qızlar məcburi şərtlərdən dolayı hicabsız təhsil almalıdır yoxsa hicabı seçərək təhsilini dayandırmalıdır?" cavab çoxluqla "Təhsil almalıdır",olacaq!

Qadınlarımızın cəmiyyətdə İslamı dəyərlərə üstünlük verməsi çox sevindirici haldır! Bəşəriyyətin çılpaqlaşmaya meyilli olduğu bu dövrdə iman bizim yeganə xilasımızdır! Amma təhsil olmadan İslamın əsası, özülü zəif olar! Qadınların həyatda öz yerini tapması, öz ayaqları üstə möhkəm dayanması, həm bu dünyada, həm də axirətdə səadət tapması üçün nicat yolu - inamla, elmlə işıqlanmış zehn, ürək vacibdir!

70 il sovet qanunları ilə örtüksüz olan qadınlarımız indiki din məqamındakı çılpaqlaşan qadınlardan min qat üstün olublar! Hicab geyinərək niyyəti və əməlində iman yolunu azanlar da o zamanın qadınlarının ayağına su tökməyə belə layiq deyillər! Kim hökm verib ki, o qadınlar-cəhənnəmə vasil olublar (olacaqlar)!

Allah rəhimli və Rəhmandır! Şəraitin hökmü şəriətin hökmündə güzəştlə qarşılanıb!

Qadınlarımız, qızlarımız - sizi avam, cahil tərbiyə edib, istismar etmələrinə qarşı çıxın, elm öyrənin, İslamı öyrənin! Allah sevgisi ilə örtülün, hicabın çarəsiz açılması isə sizin ismətinizə xələl yetirməz inşAllah!

Qadın, təhsil və din (1)

Cənnətdə kişilərə, yalnız əllərinə baxan, insan və cin üzü görməyən mələklər vəd edilir! Sizə bu dünyada mələk olmaq şansı verilib! Mələk kimi ismətli, ləyaqətli olun! Cənnətdə qadınlar hicabdamı olacaq? Qadınlara cənnətdə nə vəd edilir? Elm və dini savadlanın, bu dünyanı da Allah sevgisi, iman sayəsində cənnətə çevirə biləcək varlıqlar sizsiniz!

20 noyabr 2013
GO BACK