Qadin.NET / Sənə fayda verən şeyə səy göstər

Sənə fayda verən şeyə səy göstər

Sənə fayda verən şeyə səy göstər

Əbu Hureyre (ra)-dan rəvayət edildiyinə görə, Rəsulullah Əleyhissalam belə buyurmaqdadır:
''Qüvvətli mömin Allaha zəif mömindən daha xeyirli və daha məqbuldur. Amma hər birində xeyir vardır. Sənə fayda verən şeyə səy göstər. Allahdan kömək dilə və aciz olma! Başına bir şey gəlirsə "belə etsəm, belə olardı" demə! Lakin (Bu) Allahın qədəridir. O nə diləsə onu edər".
İstər ruhi sahədə, istərsə fiziki sahədə olsun, bir insan özünü çox güclü hiss edər. İnsanın özünü güclü hiss etməsi Allah yolunda olmadıqdan sonra o güc heç bir işə yaramaz. Əhəmiyyətli olan adamın gücünün ibadət sahəsində özünü göstərməsidir. Bir insan fiziki olaraq özünü güclü hiss edərsə, bir çox ibadətləri daha asan şəkildə görər...
Güclü bir mömin çox rahat bir şəkildə cihadın çətinliklərinə dözər. Beləliklə, Allahın məmnun olacağı bir əməl işləmiş olar. Bədən olaraq güclü olan adamın hər zaman hərəkət halında olması asan olar. Güc istəyən bəzi ibadətləri asanlıqla işləyər. Özü üçün ibadət edilməsini sevən Allah o qulunu sevər...
Güclü möminin sevilməsi gücsüz olan möminin sevilməyəcəyini göstərməz. Əfəndimiz əleyhissalam ola biləcək bir səhv başa düşülmə haqda baxın necə deyir: ''Amma hər birində xeyir vardır ...''
Gücsüz olan bir mömin Allah qatında daha sevimli bir hala gəlmək istəyirsə, güclənmək məcburiyyətindədir. Gücsüz olan bir insan bəzi ibadətlərində "dad" almaya bilər ... Kök bir insanla arıq bir insanın səcdədə qalma müddəti bir olmaz. Çox kilolar səcdədə qalma müddətini minimuma salır. Səcdədə az qalmaq daha çox dua etməyə mane olar. Bu vəziyyət (kilo halı) ibadətə verdiyi zərərlərdən yalnız biridir ...
Hədisimizin davamında möminlərin güc toplaması tövsiyə edilir, istiqamətləndirilir;
''Sənə fayda verən şeyə səy göstər ...'' Hədisimizin bu qismini daha rahat anlaya bilməyimiz üçün az öncə etdiyimiz müzakirəyə fikir verək: Kök bir mömin ilə arıq bir möminin namazda səcdədə qalma müddətlərinin eyni olmaması misalı... Artıq çəkinin səcdə halındaykən mömini çətinliyə salması və bir an əvvəl səcdədən qalxmağa məcbur etməsi...
Köklük səbəbindən səcdədə çox qala bilməyən bir möminə əfəndimiz belə deyir: "Sənə fayda verən şeyə səy göstər...'' Yəni səcdədə qalmaq sənə fayda verər və sən səcdədə uzun müddət qalmaq üçün səy göstər... Kök bəndənin etməsi lazım olan şey dərhal arıqlayıb səcdə nemətindən faydalanmaqdır... Bu, hədisimizin vermək istədiyi mesajlardan yalnız biridir ...
"Sənə fayda verən şeyə səy göstər''. Sənə fayda verən şey... Bəllidir ki, bu fayda ibadətin özüdür. Bəli. İbadət insana fayda təmin edir. Bəzi ibadət növləri vardır ki, xüsusi bir səy, xüsusi bir səbir, xüsusi bir vaxt istər...
Əhəmiyyətli olan şey səni fayda ilə təmin etməsidir. Fayda təmin edəcəyini düşünüyün an o şeyə səy göstər... Elm kimi... Cihad kimi...
Səy göstərməyə çalışdığınız ibadətdə yorğunluqlar ola bilər. O halda sən Allahdan kömək dilə və aciz olma! Çətinlikləri asanlaşdıran tək varlıq Allahdır. O halda sən Allahdan kömək dilə. Əsla imtina etmə. Bir gün mütləq öhdəsindən gələrsən. Allahdan kömək diləmək çətin deyil. Allah özündən kömək istəyənlərin həm duasını eşidir, həm də öz varlıqlarının fərqindədir.
İstər ibadət halında olsun, istər normal ictimai bir həyatda olsun, başa gələcək bir müsibət qarşısında başıma bir şey gəlirsə, "Belə etsəm belə olardı" demə!

 

Sənə fayda verən şeyə səy göstər

 

İnsan hər vəziyyətdə müsibətlərlə sınanır. Buna hazırlıqlı olmalı və "qədər" deyib üsyan etməməlk lazımdır. Müsibətlər Allahın diləməsiylə olar ancaq.
İnsan yaradılış etibarilə səhv etməyə meyllidir. Hər an səhv edə bilər. Hər an ilahi xəbərdarlıqları unudar. Bu unutqanlıq anını şeytan çox yaxşı qiymətləndirib sanki insanın taleyi ilə oynayar. Bir də baxıb görərsiniz ki, qədərə olan imanınız zərər görub.
"Belə etsəm belə olardı" deməklə nə nəzərdə tutulmuş ola bilər, indi bu sualınızı cavablandırmağa çalışaq. Bir insan düşünün - təhlükəsizlik kəmərini bağlamır və qəzaya uğrayır. Düşdüyü bu qəzada bədəni zərər görür. Qəza edən adama şeytan bu zərfi göndərir: "Təhlükəsizlik kəmərini bağlasaydın, bədənin zərər görməzdi". Halbuki, təhlükəsizlik kəməri bağlı olanda da qəzalarda ölən insanlar var.
Təhlükəsizlik kəmərini bağlamaq bir tədbirdir. Təhlükəsizlik kəməri iradəli bir varlıq deyil. Allah o adama zərər vermək istəmiş olsa, təhlükəsizlik kəməri maneə törədə bilməz. Təhlükəsizlik kəməri bağlamamış bir insan qəzaya düşdükdən sonra: "Təhlükəsizlik kəmərini bağlasaydım, zərər görməzdik" deməklə baş verən bir "filmi" başa düşə bilməz. Əgər zamanı geriyə qaytarmaq gücünə sahib olsaydıq, "O zaman belə etsəydim, belə olmazdı" deməklə haqlı çıxardıq... Lakin zamanı geri almaq gücümüz yoxdur ...
Biz yalnız başımıza gələnlərdən dərs çıxararıq, vəssəlam... İnsana fayda və zərər verən tək güc Allahdır. Allah dilədiyi quluna müsibətlər göndərərək sınayır. Baxın Uca Rəbbimiz nə buyurur:
''Hər canlı ölümü dadacaqdır. Bir sınaq olaraq sizi xeyirlə da, şərlə də imtahan edərik. Və siz ancaq Bizə qaytarılacaqsınız".
''Əgər Allah sənə bir sıxıntı versə, onu özündən başqa heç kəs qurtara bilməz. Və əgər sənə bir xeyir versə (bunu da geri alacaq yoxdur). Şübhəsiz ki, O hər şeyə qadirdir.'' [ 3 ]
Biz buna inanırıq:
İnsanın başına gələn hər bir müsibət (istəsə öz əliylə özünə zərər vermək istəmiş olsun) Allahın izni ilə baş verər. Buna inanan bir insan müsibət anında qədərinə üsyan etməyib gərək səbr etsin.
[1 ]İbn Macə, Müqəddimə 10 (79 ); Beyhəqi, Sünənül- Kübra, 10/ 89; İbn Hibban, Səhih, (5722) 
Sənə fayda verən şeyə səy göstər

22 noyabr 2013
GO BACK