Qadin.NET / Saçlarım qədər başım olsa

Saçlarım qədər başım olsa

Saçlarım qədər başım olsa 

Bizansa əsir düşmüş  Abdullah ibn Hüzafə əs-Səhmi cox cəsur səhabə idi. Bizanslılar onun cəsarəti və qəhrəmanlığı haqqında cox eşitmişdi. Bu cəsur insanı öz tərəfinə çəkmək istəyən Bizans hökmdarı xaçpərəst olma şərtiylə, ona öz hakimiyyətinə ortaq olmağı təklif etmişdi. Abdullah bin Hüzafə əs-Səhminin cavabı isə qısaca “Xeyr” olmuşdu.Bu etirazına qarşı ona çox ağır işgəncələr çəkdirdilər, dinindən dönməyincə də edamına qərar verdilər. Bu qərarı eşidən Abdullah ağlamağa başladı. Bizanslılar onun axıtdığı göz yaşı qarşısında çaşbaş qalmışdılar. Çünki başını dəfələrlə qaynar  suya soxmuş, atlara bağlayıb süründürmüşdülər. Bütün bu əzab -əziyyətə dözən adamın ağlamağını başa düşə bilmirdilər. Nəhayət, “Qorxursan?” deyə soruşanda, cavabı belə oldu “Xeyr”! Mən bir can verdiyimə görə üzülürəm. Arzu edərdim ki, başımdakı saçlarım qədər başım olsun və mən onların hər birini sevdiyim Allah və Rəsulu yolunda fəda edim. Əfsus ki, bu əlimdə deyil və mən sadəcə olaraq bir canı fəda edə bilərəm.

13 dekabr 2010
GO BACK