Qadin.NET / Bir Sevgi müşahidəsi...

Bir Sevgi müşahidəsi...

 

Bir Sevgi müşahidəsi...
İstiqlal şairi mərhum Mehmed Akif, həyatının son günlərində İslam coğrafiyasını gəzir. Başındakı qəm və kədəri təmizləmək və Rəsuli Əkrəmə duyduğu yaxınlıq ilə o müqəddəs diyarlarda gəzib-dolaşır. Bəzən Misirdə olur, zaman-zaman Suriyaya və oradan da Mədinəyə gedir, ümmətin dərdləriylə dərdlənir, yaşlılığın verdiyi əzabları, iztirabları və incidici hissləri orada atmağa çalışarkən bir çox şey müşahidə edir. Bu müşahidələrindən birini Mehmed Akif belə təsvir edir:
Ravzas-i Tahirənin yanında dayanmışdım ki, birdən-birə bir səs yüksəldi:
"Ya Nəbi! Bu halıma bax." 
- deyirdi bu səs! Sağıma döndüyüm zaman barmaqlıqlar üzərinə söykənmiş bir Sudanlı gördüm. Öz-özünə bunları Əfəndimiz (əleyhissalatu vəssəlam)a söyləyirdi:
"Necə ki səhraya günəş vurduğu zaman bağrı yanar, mən də Sənin hicranınla illərlə yandıqca yandım
Ya Rəsulullah!
İllərlə arzu etdiyim halda, hərəm-i pakına gəlib başımı ayaqlarının dibinə qoymağı düşündüyüm halda, məmləkətim, övlad-ü iyalim qarşıma çıxdı, bu ziyarətimi gecikdirdi.
Nəhayət hamısını yıxdım, ətrafmı tərk etdim, Sudan diyarından ayrıldım,
Tihame çölü deyə üç ay səhra təpdim dayandım, sənin səhrandır deyə...
Sənin səhranda gəzərkən sənin qoxunu duydum.
Əgər sənin qoxun imdada yetişməsəydi mən bu yolu qət edə bilməzdim Ya Rəsulullah!"
Dəmir barmaqlıqlar üzərində hasbıhal edir Rəsulu Əkrəmlə:
Bir Sevgi müşahidəsi...

"Əlli üç yaşına qədər Sənin hicranının əzabını sinəmdə daşıdım, yanına gəldiyim zaman bu başımı çarpdığım dəmir qəfəs də nədir Ya Rəsulullah!
Hələ də vuslat olmayacaqmı?... 
Tihame çölünü qət etdim, gözlərimə yuxu getmədi.
Arzu etsən ulduzlardan soruş, soruş ki bu üç aylıq zaman içində bu gözlər bir dəfə yatdımı? 
"Yatmadı" deyəcəklər Ya Rəsulullah!
Dağlarla, daşlarla bütün xilqət ilə hasbıhal etdim Ya Rəsulullah.
Dərdimi gecəyə tökdüm, ləyalə dərdimi izah etdim, cibali dedirtdim Ya Rəsulullah!
Nəhayət hüzuruna gəldim, Ya Rəsulullah!"
Akif dərinləşmiş, coşmuş bu Sudanlının səsini, fəryadü fəğanını Rəsulu Əkrəm (əleyhissalatu vəssalam) qarşısında gerçək bir aşiqin necə dolu olduğunu müşahidə edir. Rəsulu Əkrəmin (əleyhissalatu vəssalam) barmaqlıqlarından tutan bu insan, son sözlərini söyləyərkən səsi qısılmağa başlamışdır. Akif belə bitirir:
Qısa bir səssizlikdən sonra belə deyirdi:
"Bu qədər məsafəni təpib hüzuruna gəldim, bu xəstə könülümü bir daha haqqı payından ayırma Ya Rəsulullah! Dözümüm yoxdur artıq..."
Sonra bir səssizlik oldu, bir ah fəryadı duydum. Döndüyüm zaman barmaqlıqların dibində yıxılıb getmişdi, bir Seylanlı gözlərini bağlayırdı.
Bir neçə dəqiqə sonra da bir-iki gassal və bir-iki daşıyıcı gəldi, Cənnət-ül Bakiyə qaldırdılar mübarək cənazəsini. Lakin ruhu çox ehtimal ki, Ravza-i Tahirənin barmaqlıqlarına ilişib qalmışdı. Rəsulullaha ürəkdən aşiq bu gənc: "Artıq bu xəstə könülümü haqqı payından ayırma Ya Rəsulullah!" deyirdi.
Bir Sevgi müşahidəsi...
O müqəddəs diyarlara eşq dolu bir könüllə getmək, ədəblə ziyarət etmək, Əfəndimizin (səs) hüzurunda dayanarkən Kainatın İftixarı qarşısındayıq şüuruyla dayanmaq, ədəblə, ərkanla dayanmaq, eşqlə, şövqlə vəzifəni etmək və elə geriyə dönmək lazımdır. Könüllər, Allahın əlindədir, ölü könüllərə həyat verən Odur.
Könüllərin qibləsi, aşiqlərin qibləgahı Fəxrikainat Əfəndimizin hüzurunda dayanarkən ola bildiyimiz qədər hörmət hissləriylə dayanmaq lazımdır. Cənabı Haqq hər kəsin həccini həcci mebrur etsin. Amin.
Sonda, göz yaşları axıtmadan izlənməsi mümkünsüz olan  "Mədinə" filminə baxmağınızı məsləhət görürəm. Film, ürəyi Rəsulun məzarını ziyarət etmək arzusu ilə yanan yetim kiçik bir qızdan bəhs edir. 

31 oktyabr 2013
GO BACK