Allaha Həmd və Şükür olsun ki, yenə bir Qurban Bayramına yetişdik.
Qurban Bayramı (Ərəbcə: Ш№ЩЉШЇ Ш§Щ„ШЈШ¶ШЩ‰; 'ДЄd al-'AdhДЃ, Farsca: Ш№ЫЊШЇ Щ‚Ш±ШЁШ§Щ†; Eidə GorbДЃn) Müsəlmanlar tərəfindən Hicri Təqvimə görə Zilhiccə ayının onuncu günündən etibarən dörd gün boyunca qeyd olunan bayramdır. Zilhiccə ayının onuncu, on birinci və on ikinci günlərinə "Əyyamı nahr" (Kəsmə günləri) və bir əvvəlki gün olan Zilhiccə ayının doqquzuncu gününə Ərəfə deyilir. Qurban Bayramı eyni zamanda İslam aləminin hər il Məkkədə həcc fərzinin icra edildiyi vaxtdır.
Necə ki "cümə" günü həftənin digər günlərindən fərqlidirsə, bayram günləri də ilin digər günlərdən fərqlilikləriylə seçilir. Bir yandan da Qurban Bayramı da mənəvi dəyəri və məqsədi ilə digər bayramlardan fərqlidir.
Bayramlar çox xüsusidir… Əvvəlkilərdən fərqli olaraq yaşanan nə varsa alışdıqlarımızdan fərqlənir bu günlərdə… Yalnız insan əlaqələri, həyata rəng-həyəcan qatan duyğular deyil, dini duyğu və düşüncələr də sıxlıq və dərinlik qazanır. Yaşanan mənəvi qıdalanma, "din" və "dinə dair" nə varsa, insanlarla arasındakı maneələri qaldırır, canlanma və təzələnilmələrə zəmin hazırlayır. Buna görə "mübarək" və "xüsusi" olan, gözəlliklərin və yaxşılıqların sıx olaraq yaşandığı Qurban Bayramında adətdən da olsa "bayramınız mübarək olsun" deyirik. Qurban Bayramının hər kəsi mübarək etməsini də diləməyi unutmayaq!
"Yaxınlaşmaq" və "təslim olmaq" mənasını verən "Qurban" sözünün Allaha bir heyvan qurbanı təqdim etməkdən başqa daşıdığı mənasənə Allah belə açıqlayır: "…Unutmayın ki onların nə ətləri Allaha çatar, nə də qanları, lakin ONA çatan, təqvanızdır…Həcc 37". Qurban ilə əlaqəli olaraq ortalıqda sıx rast gəlinən dayaz düşüncələr yerinə dərin mənalar və hikmətlər saxlayan bu ilahi izah üzərində ciddi bir şəkildə düşünmək lazımdır.
Cənabı Allah xüsusilə "təqva"ya vurğu edərək, göstərilməsi lazım olan "şüur" və "həssaslıq"a vurğu edir… Uca Allah qulu ilə yaxınlaşmasına sərhəd qoymamışdır. Yəni yalnız insanlara deyil, bütün yaratdıqlarına bizə sərhədsiz bir şəkildə yaxındır. Bunu müdhiş bir bənzətmə ilə "şahdamarından belə yaxınıq" deyərək açıqlayır. Lakin mal-mülk, övlad, yoldaş, dünyəvi minlərlə məşğuliyyətlər və bu məşğuliyyətlərin mənfi bir çox davranış formalarına çevrildiyi həyat şərtləri, insanoğlunu yaradıcısı ilə arasındakı sərhədsiz yaxınlığı hiss etməkdən uzaqlaşdırır. Qul, yaradıcısı ilə arasına maneələr qoyur! Hətta bir yaradıcı olduğunu da unuda biləcək işlərlə məşğul ola bilir…
Sevimli Peyğımbərimiz (SƏV) "qurbanlarınızla nəfsinizi təmizləyin" deyərkən bu məqama toxunur. Yəni sərhədsiz bir yaxınlığa sahib Allah ilə aramızda maneə ola biləcək "şey"lərlə olan əlaqələrimizi nəzərdən keçirməmizin lazım olduğunu xatırladır. Dünyaya və əhəmiyyət verdiyi şeylərə çata bilmək və yaxınlaşa bilmək üçün insanlar nələrini fəda və qurban etmir ki? Zamanını, sağlamlığını, sevdiklərini, enerjilərini, pullarını, hətta bəziləri qayda-qanun tanımadan müqəddəslərini də fəda edə bilir... "Şüurlu" və "həssas" bir "qul" vəzifəsini yerinə yetirmək üçün, fəda edilməsi lazım olanlar haqqında göstərəcəyimiz səylərdə "Qurban"ın məna və hikmətlərindən faydalanmağımız vacibdir..
Sizlərlə din alimlərindən olan Dr. Əli Şəriətinin çox təsirləndiyim məqaləsindən bir hissəni tpaylaşmaq istəyirəm, çox-çox xahiş edirəm, qulaqlarınızı kənar səslərdən təcrid edərək qəlbinizlə dinləyin bu hekayəni...
"Bu İbrahimin dinidir, qana susamış tanrıların, mazoxistlərin və işgəncə verənlərin deyil. İnsanın mükəmməlliyə çatmasının, eqoizmdən və heyvani arzularından xilas olmasının hekayəsidir yaşanan. İnsanın daha ülvi bir mövqeyə və eşqə və şüurlu bir insan olaraq məsuliyyətlərini yerinə yetirməsinə mane olacaq hər şeydən azad olduğu bir iradəyə yüksəlişidir...
...Hekayə, bir qoçun qurban edilməsi ilə sona ərir. Bu, Uca Allahın tarixin ən böyük insan tragediyasının sonuna bağlı diləyidir - bir neçə ac insanı doyurmaq üçün bir qoç qurban etmək.
Sən də İbrahim kimi öz "İsmayıl"ını gətirməlisən Minaya. Sənin "İsmayıl"ın kimdir? Ancaq sən bilə bilərsən, başqası deyil. Bəlkə yoldaşın, işin, qabiliyyətin, gücün, cinsiyyətin, və s. Nə olduğunu bilmirəm, amma İbrahimin İsmayılı sevdiyi qədər sevdiyin bir şey olmalıdır. Sənin azadlığından oğurlayan, vəzifələrini yerinə yetirməyinə maneə törədən, səni əyləndirən, həqiqəti eşitməkdən və bilməkdən saxlayan, məsuliyyət qəbul etməkdənsə qanuniləşdirici səbəblər çıxardıran və səni yalnız gələcəkdə səndən gələcək kömək üçün dəstəkləyən nə varsa; bax bunlar onun işarələrindəndir. Onu axtarıb tapmalısan. Əgər Allaha yaxınlaşmaq istəyirsənsə, "İsmayıl"ı Minada qurban etmən gərək.
İsmayılın yerinə keçəcək qoçu (fidyə) sən təsbit etmə, burax Allah sənə kömək etsin və bir hədiyyə olaraq göndərsin. O, qoçu ancaq bu şəkildə qurban olaraq qəbul edər. Qoç ancaq İsmayılın əvəzi olduğunda qurbandır, yalnız qurban olsun deyə qoç boğazlamaq isə qəssablıqdır."
Xülasə, Müqəddəsi olmayanın azadlığı da olmaz. Allahın müqəddəs etdiyi Qurban ibadəti dörd ayaqlı bir heyvanı boğazlamaqdan və ət yeməkdən kənar bir ritualdır… Qurban ibadəti, Allahın razılığını qazanma və bütün bağ və əlaqələrdən sıyrılıb tək yaradıcıya dönmə yolunda, içində qəhrəmanlıq, fədakarlıq, könüllülük, itaət, təslimiyyət, azadlıq saxlayan müdhiş bir səfərin qapılarını açır anlayana və ağladanlara... Şahdamarımızdan daha yaxın olan Uca Allah ilə aramıza qoyduğumuz maneələrin qaldırılması adına müdhiş hikmətlərlə yüklü…
Dibinə qədər acizik… Amma sanki başıboşmuşuq kimi, yaxud axirət günündə hesabdan azad olmamıza, şəfaətə ümid edərək bir yerdə ilişib qalmaq yerinə, acizliyimizin fərqində olub Allaha sığınmaq və ONU "Vəkil" təyin etmək daha mənalıdır… "O, əsla bizi özümüzlə baş-başa buraxmayacaq və bizi təkliyə tərk etməyəcək" təslimiyyəti isə imanın ən güclü əlamətidir.
Bunun üçün fəda edə biləcəyimiz və qurban edəcəyimiz öz "İsmayıl"larımızı təyin edib, Allahdan gələcək hədiyyə "qoç"u gözləyək… Bunu da bir bayram sevinci və gözəllikləriylə edək.
Qurban Bayramının xüsusi namazı vardır. Bu namazı camaatla qılmaq daha müstəhəbdir. Bayram namazlarında Azan və İqamə deyilməz. Ramazan və Qurban bayramlarının namazları eyni olduğu üçün təkrarən qeyd etməyə lüzum yoxdur. Burdan baxa bilərsiz:
Qurban Bayramının hər kəsi mübarək etməsi arzusu ilə...