Qadin.NET / Görmədən sevmək dərsləri

Görmədən sevmək dərsləri

Rumda, Əcəmdə aşiq olduğum,

Yəmən ellərində Veysəl Qarani,
Haqq peyğəmbər sevdi və dostum dedi
Yəmən ellərində Veysəl Qarani.
(Yunus Əmrə)

Peyğəmbər(s.v.s) əfəndimiz zamanında yaşamış böyük vəli. Adı Üveys bin Amir əl-Qəranidir. Yəmənin Qarn kəndində doğuldu. Doğum tarixi bilinmir. 657 (H. 37) tarixində şəhid edildi. Peyğəmbər (s.v.s) əfəndimizin sağlığında müsəlman oldu. Lakin görmədiyi üçün Səhabə ola bilmədi. Peyğəmbər(s.v.s) əfəndimiz zamanında Mədinəyə gəlmədi. Təbiinin böyüklərindən olduğu hədisi şərifdə bildirilir. Ömərin xəlifəliyi əsnasında Mədinəyə gəldi. Çox əlaqə və hörmət gördü. Əvvəllər öz məmləkəti olan Yəməndə yaşadı. Sonra Bəsrəyə getdi.

Veysəl Qarani həzrətləri Yəmandə ikən dəvə çobanlığı edər, dolanışığını onunla təmin edərdi. Dolanışığı, yaşaması çox sadə idi. Xəstə, kor və qoca anasından başqa kimsəsi yox idi. Güddüyü dəvələr üçün müəyyən bir ödəniş istəməz, nə versələr, qəbul edərdi. Kasıb olanlardan heç pul götürməzdi. Götürdüyünün yarısını sədəqə olaraq kasıblara paylayar, qalanını da öz ehtiyaclarına və anasına xərcləyərdi.
Müsəlman olduqdan sonra bütün ömrü boyunca sevimli Peyğəmbərimizin (s.v.s) eşqi ilə yanıb alovlandı. Bir an belə Rəbbini unutmadı. Qulluğunda o dərəcəyə yüksəldi ki, hər halı, hər hərəkəti və hər sözü insanlara ibrət və nəsihət oldu. Kimsədən inciməmiş və kimsəni incitməmişdir. Onun ən əhəmiyyətli xüsusiyyəti; Peyğəmbər (s.v.s) əfəndimizə olan eşqi, ibadətə canla başla davamı və anasına hörmətidir. Anasına çox xidmət edib, xeyir-duasını aldı. Rəsulullah (s.v.s.) əfəndimizi görməyi çox arzu edirdi. Dəfələrlə görmək üçün anasından icazə istədi. Anası özünə baxacaq kimsəsi olmadığı üçün icazə verə bilmədi.

Hz. Veysəl Qəraninin yaşı qırxın üzərinə gəlir. Oğlunun könlündə partlayan yanar dağları çox yaxşı hiss edən ana, çarəsiz "Ancaq Mədinəyə gedib dərhal gəlmək, Hz. Peyğəmbəri orada tapa bilməyəcək olsa təşriflərini gözləmədən dönmək." Şərtiylə getməsinə icazə  verir.

Könlü Allah eşqiylə, Peyğəmbər söhbətiylə dolu olan Hz. Veysəl Qarani izn alan kimi dayanmır və Mədinəyə yollanır. Kimsəsiz vadilər, dağlar, təpələr, qızğın səhra çölləri aşar və Peyğəmbər diyarı Mədinəyə çatar. Hz. Peyğəmbərin (s.v.s) evinə gedən Hz. Veysəl Qarani, Peyğəmbərimizi evdə tapa bilməz. Peyğəmbər Əfəndimiz o sırada Təbük Səfərindədir. Peyğəmbərimizi tapa bilməyincə çox kədərlənir. Hz. Veysəl Qurunu, anasına verdiyi sözü xatırlayar. Hz. Aişə (r.a.a) "- Kainatın əfəndisinə salamımı söyləyin. Cənnət səhərlərini xatırladan mübarək üzlərini doya-doya görmək istəyərdim. Lütfən, içimin eşqi Məhəmmədi (S.Ə.V.) ilə yandığını, könülümün bitməz niyazını bildirin." Deyərək ayrılar və təkrar Yəmənin yolunu tutar-gözü yaşlı, ürəyi yanan Veysəl...

Peyğəmbər Əfəndimiz (s.v.s) səfərdən dönüncə Hz. Aişəyə belə xitab etdilər: "- Ya Aişə, evimizə hansı ulu adam gəldi? Bu Rəhmanı qoxular, bu İlahi ləzzət nədir? Ey Allahın Elçisi; Yəmənin Oymağından, Qarn Kəndindən Üveys adında bir şəxs sizi ziyarətə gəldi. Müqəddəs Camalınızın bağrı yanıq aşiqlərindənmiş. Zat-ı Alinizi tapa bilməyincə çox kədərli bir halda ayrıldı. O adam getdikdən sonra evin içində bu ülvi qoxuları hiss etdim.
- Ya Aişə, sən o şəxsi gördünmü?
- Bəli ey Allahın Elçisi. Sağ gözümün ucu ilə baxdım.
- Elə isə o gözünü məndə ziyarət edim. Görüşün və gördüyün mübarək olsun."
Bir müddət sonra Məscidi Nəbəviyyə keçən Rəsulullah, Səhabələrinə səslənər; " - Müjdələr olsun, Üveysi görən gözü ziyarət etdim, gəlin siz də mənim gözümü ziyarət edin. Və buyurdular; "Mənə Yəmən tərəfindən Rəhmanı qoxular gəlir. Şübhəsiz təbiinin ən xeyirlisi Üveysdir."
"Haralıdır?", dedilər, "Qarnlıdır", buyurdu. "O sizi gördümü?" dedilər. "Baş gözü ilə görmədi." buyurdu. "Heyrət, sizə bu qədər aşiq olsun və  xidmət və hüzurunuza qaçıb gəlməsin," dedilər. "İki səbəbdən: Biri hallarına məğlubdur. İkincisi isə mənim dinimə bağlılığından ötəridir. Qoca bir anası vardır. İman etmişdir. Gözləri görməz, əl və ayaqları hərəkət etməz. Üveys gündüzləri dəvə çobanlığı edər, aldığını özünün və anasının vacib ehtiyaclarına xərcləyər" buyurdu. Biz onu görərikmi dedilər. Həzrəti Əbu Bəkirə "Sən onu öz zamanında görə bilməzsən", amma Həzrəti Əliyə və Həzrəti Ömərə "Siz onu görərsiniz. Bədəni tüklüdür. Sol böyründə və ovucunun içində bir gümüş miqdarı ağlıq vardır. Bu baras xəstəliyi ağlığı deyil. Onu tapan kimi, mənim salamımı söyləyin və ümmətimə dua etməsini bildirin" buyurdu.
Veysəl Qarani həzrətləri gecə gündüz ibadət və itaətlə vaxt keçirərdi. Özünü xalqdan gizləyərdi. İlk zamanlar hər kəs ona divanə gözü ilə baxırdı. Sonradan onun böyüklüyünü anladılar, çox ikram və hörmət göstərməyə başladılar. Bunun üzərinə, anasının vəfatından sonra Qarn kəndindən çıxıb Kufə şəhərinə getdi.

Peyğəmbərimizin (əleyhissalam) vəfatı yaxınlaşınca, hırkanızı (əba) kimə verək? dedilər. "Üveysi Qəraniyə verin" buyurdu. Rəsulullahın vəfatından sonra Həzrəti Ömər ilə Həzrəti Əli (belə rəvayət edirlər) Kufəyə gəldiklərində, xütbə əsnasında: "Ey Nəcdlilər, qalxın!" buyurdu. Qalxdılar. Aranızda Qarndan kimsə vardırmı? buyurdu. Bəli dedilər və bir neçə adamı ona göndərdilər. Həzrəti Ömər, onlardan Üveysi soruşdu. Bilirik. O, sizin axtarışınızdan çox aşağı bir kimsədir. Divanədir, ağılsızdır və insanlardan qaçar bir halı vardır, dedilər. "Onu axtarıram, haradadır?" buyurdu. Arne vadisində dəvələrimizə çobanlıq etməkdədir, biz də qarşılığında ona axşam yeməyi verərik, saçı-saqqalı qarışıqdır, şəhərlərə gəlməz, kimsə ilə söhbət etməz, insanların yediyini yeməz; kədər və sevinc bilməz, insanlar gülüncə, o ağlar; insanlar ağlayınca o gülər dedilər. "Onu axtarıram" buyurdu. Sonra Həzrəti Əli, Həzrəti Ömərlə onun olduğu yerə getdilər. Onu namaz qılarkən gördülər. Allahu təala, dəvələrini güdməsi üçün bir mələk vəzifələndirmişdi. Namazı bitirib salam verincə, Həzrəti Ömər, qalxdı və salam verdi. Salamı aldı. Həzrəti Ömər "Adın nədir?" deyə soruşdu. "Abdullah, yəni Allahın qulu" dedi. "Hamımız Allahın qullarıyıq; əsas adın nədir?" deyə soruşdu. "Üveys" dedi. "Sağ əlini göstər" buyurdu. Göstərdi. Həzrəti Ömər; Peyğəmbər əfəndimiz sizə salam etdi. Mübarək hırkasını sizə göndərib, "Götürüb geyinsin, ümmətimə də dua etsin" deyə vəsiyyet etdi, dedi.
"Mən zəif, aciz və günahkar bir qulam. Diqqətli ol, bu vəsıyyət başqasına aid olmasın?" dəyincə.
"Xeyr. Ya Üveys, axtardığımız kimsə sənsən. Peyğəmbər əfəndimiz sənin əşkalini və xüsusiyyətini izah etdi." Cavabını verdi.

Bunun üzərinə, hırkayı şərifi hörmətlə götürdü, öpdü, iylədi, yüzünə, gözünə çəkdi. Sonra: "Siz burada gözləyin" dedi. Yanlarından ayrıldı. Bir az irəlidə hırkanı yerə buraxıb, üzünü yerə qoydu. Cənabı Haqqa belə dua etdi:
"Ya Rəbbi, Sevimli Peyğəmbər əfəndimiz, mən kasıb, aciz quluna hırkayı şəriflərini göndərmiş" dedi. Günahkar olan bütün müsəlmanların əfvi üçün dua etdi. Bir çox günahkar müsəlmanın bağışlandığı bildirilincə hırkayı şərifi hörmətlə geydi.

Veysəl Qaraniyə hədiyyə edilən hırkayı şərifin bir parçası, Van ətrafında İrisən bəylərinə qədər gəlmiş və 1618-ci ildə, Osmanlı padşahlarından Sultan İkinci Osman Xana gətirilib hədiyyə edilmişdir. Sultan Abdülməcid Xan, bu hırkayı şərif üçün Fateh ətrafında məscidini etdirmişdir. Hər il Ramazan ayında vitrin içində xalqa ziyarət etdirilməkdədir.

Təsəvvüfdə böyüklərini görmədikləri halda onların ruhaniyətindən istifadə edərək, feyz alaraq, yüksələnlərə "Üveysi" deyilər. Bu təbir, Veysəl Qərani həzrətlərinin Peyğəmbər əfəndimizi (əleyhissalam) görmədən feyz alıb, Ona tabe olmaq surətiylə təsəvvüfdə yüksək dərəcələrə qovuşmasına bənzədərək deyilmişdir. Üveysi demək, mürşidi olmayan demək deyil. Görmədiyi halda Peyğəmbər əfəndimizin (əleyhissalam) və Onun varisləri olan övliyanın böyüklərindən birinin ruhaniyətindən feyz alıb yüksəlmək deməkdir.
Veysəl Qaranı özünə hırka verildikdən sonra Yəməndən Kufəyə getdi. Kufəyə getdikdən sonra çox az kimsə onu görə bildi.
Görənlərdən biri Hərəm min Hayyandır. Hərəm min Hayyan Üveys Qaranının nəsihətlərindən nəql edir:

"Yatdığın zaman ölümü yastığının altında bil. Qalxınca da qarşında saxla. Günahın kiçikliyinə deyil, onunla üsyankar olmaqlığının böyüklüyünə bax! Günahı kiçik bilərsənsə, onu qadağan edən Rəbbini kiçik tutmuş olarsan. Onu böyük bilsən- Rəbbini böyük bilmiş olarsan".

"Mən və sən, ölülərdənik. Salavat oxuyub, qısa bir dua etdi və: Vəsıyyətim budur ki, Allahın kitabını və onda bildirilən sıratı müstəqimi (doğru yolu) əldən buraxma və ölümü bir an unutma. Qövmünə nəsihət ver və Allahın qullarına öyüd verməkdən geri dayanma. Əhli sünnəyə uyğun gəlməkdən bir addım ayrılma ki, dinini itkin edərsən də xəbərin olmaz və Cəhənnəmə düşərsən".

Veysəl Qərani Məkkədə həcc edib, Mədinəyə gedincə, budur, Rəsulullahın türbəsi burasıdır deyə özünə göstərildi. Özündən keçərək düşüb huşunu itirdi. Ayılınca məni buradan aparın. Rəsulullahın (əleyhissalam) mədfun olduğu bir diyarda mənim üçün yaşamanın dadı olmaz, demişdir.
Rəbbimin Haysəm nəql edir: Üveysi görməyə getdim. Səhər namazında idi. Bitirdi, təsbihlərin sonuna qədər gözləyim dedim. Quşluğa qədər qalxmadı. Qalxdı quşluq namazı qıldı. Günorta oldu, günortanı qıldı. Nəhayət üç gün namazdan qalxıb, çölə çıxmadı. Yemədi, yatmadı. Dördüncü gecə ona qulaq asdım. Gözünə yuxu gəlmişdi. Dərhal münacaata başladı və: "Ya Rəbbi, çox yatan gözdən, çox yeyən qarından sənə sığınaram" dedi. Mənə bu yetər dedim və halını pozmadan qalxıb getdim.
Gecələri heç yatmadığı bildirilir. Bir gecə, "Bu gecə qıyam gecəsidir" deyər, digər gecə, "Bu gecə rüku' gecəsidir" o biri gecə; "Bu gecə səcdə gecəsidir" deyər, bir gecəni qiyam, bir gecəni rüku', bir başqa gecəni səcdə ilə keçirdi. "Ey Üveys, bu qədər uzun gecəni bir halda keçirməyə necə dözürsən?" dediklərində: "Səcdədə, səhər olur, mən hələ bir dəfə Sübhanə Rabbiyəl a’lâ deyə bilmirəm. Halbuki üç təsbih sünnədir. Bunu etməmin səbəbi, mələklərin ibadətini etmək istəməmdir" dedi.
Ona, namazda huşu' nədir? dediklərində: "Böyrünə iynə batırılsa, namazda duymamaqdır" dedi.
Ona necəsən? dedilər "Səhər qalxıb, axşama sağ çıxacağını bilməyənin halı necə olar?" dedi. İş necədir? dedilər. "Ah, yolun uzaqlığından azuqəsizlikdən, ah!" dedi.
Veysəl Qəraniyə, burda bir adam var. Otuz ildir, bir məzar qazıb, kəfənini geyib, o qəbrin başında oturmuş ağlayır, gecəsi-gündüzü yox dedilər. Məni oraya aparın buyurdu. Veysəl Qəranini onun yanına apardılar. Saralmış, zəifləmiş, qurumuş, gözləri ağlamaqdan çuxurlaşmış halda idi. "Ey adam, bu qəbir və kəfən, səni otuz ildir, Allahdan saxladı. Sən Allahı düşünəcək, zikr edəcək yerdə, həmişə kəfəni və qəbiri düşündün" buyurdu. O adam, onun nuruyla o təhlükəni özündə gördü. Fəryad edərək o qəbirə düşüb can verdi.
Bir şəxs, Veysəl Qəraninin ziyarətə getdi. Ona xitab olaraq: Ey Allahu təalanın sevimli qulu. Mənə bir nəsihət et? - dedi Veysəl Qərani həzrətləri: "Allahu təalanı bilərsənmi?" Bəli bilərəm, "Elə isə, Allahu təaladan qeyri şeyləri bilmə. Bu yetər."
Ya Üveys, bir nəsihət daha söylə! "Allahu təala səni bilərmi?" Bəli bilər, "Elə isə, Allahdan qeyrisi səni bilməsin. Allahu təalanın bilməsi sənin üçün kafidir."

Veysəl Qəranini uşaqlar bəzən daşa basardılar. O isə uşaqlara, yavrucaklar mütləq məni daşa tutmanız lazımdırsa, heç olmazsa kiçik daş atın ki, ayaqlarımı qanadıb  namaz qılmaqda mənə çətinlik olmasın deyərdi.
Veysəl Qəranini bir dəfə üç gün üç gecə yemək yeməmişdi. Dördüncü gün səhəri çölə çıxdı. Yolda bir qızıl pul gördü. Bir kimsədən düşmüşdür deyib, götürmədi. Aclığını aradan qaldırmağa çalışarkən baxdı ki, bir qoyun özünə doğru gəlir və ağzında o bir qızılla qarşısında dayanır. Bir kimsənin ola bilər deyib, üzünü çevirdi. Qoyun dilə gəlib: "Mən də, sənin qulu olduğun zatın quluyam. Allahın ruzisini Allahın qulundan götür" dedi. Qızılı götürmək üçün əlini uzadınca onu əlinə buraxdı və qoyun itdi.
Buyurdu ki:
"Allahu təalanı tanıyana heç bir şey gizli qalmaz."
"Ey insan, bu fani həyatda Allah qorxusunu ürəyindən çıxarma! Qurtuluş çarəsi ONA itaətdədir."
"Yüksəkliyi axtardım, təvazödə tapdım. Başçılıq axtardım, xalqa nəsihətdə tapdım. Nəsib axtardım, təqvada tapdım. Şərəf axtardım, qənaətdə tapdım. Rahatlıq axtardım, zühddə tapdım. Zənginlik axtardım, təvəkküldə tapdım."

Veysəl Qaranı... Budur, görmədən sevmənin, aşiq olmanın bariz nümunəsi. Peyğəmbərin (s.v.s) vəfatından sonra neçə Veysəllər olmuşdur, indi də var - Nəbini görmədən sevən ürəklərin sayını Rəbbim bilir.
Veysəl Qaranı həzrətləri həm də, mükəmməl evlad nümunəsi deyilmiydi? Anasına verdiyi sözə əməl etmək müqabilində, çətinliklərdən keçərək gəlib çatdığı eşq qapısından, qəlbinin sevgilisini görmədən ürəyi atəşlər içində geri dönmək - budur Allahı və Rəsulunu sevən evladın Anaya verdiyi dəyər. Bəs bizim üçün Anaya verdiyimiz sözün dəyəri nədir?...
Dəli adlandırılmasına, daşlanmasına baxmayaraq heç qəlb qırmayan Veysəl olmaq, həyatının ən böyük istəyini valideynin bircə sözünə qurban verən, Rəsulu görmədən sevən, dünyanı deyil-bir qəlbə, bir sevgi atəşi qoyan Veysəllərdən olmaq arzusu ilə...

29 sentyabr 2013
GO BACK