Bu ayın 7-sindən ölkəmizdə Məhərrəmlik başlayıb.Məhərrəmliyın 10-cu günü Aşurə olur.Aşurə on gün deməkdir.Həmin gün Kərbala şəhidlərinin qətlə yetrildiyi gündür.Həmin gün həm də İslamın qələbə çaldığı gündür.Aşurə günü İmam Hüseyn və onun 72 tərəfdarı qətlə yetirildi. Onlar öz şəhidlikləriylə sübut etdilər ki, Allaha necə bağlıdırlar.Onlar sübut etdilər ki, haqla-nahaq üz-üzə gəldikdə ,nahaq nə qədər sayca çox olsa yenə əhəmiyyəti yoxdur.İmam Hüseyn(ə) bu azlıqla yenə qələbə çaldı.
Məhərrəmlik ayında olar olmazlar:
-Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar
-Dinimizə görə, məstediсi-spirtli içki içmək olmaz. Bu həm Ramazan, həm Məhərrəm, həm də digər aylara aid bir məsələdir.
-Bu günlərdə sabun istifadə etmək, evdə təmizlik işləri aparmaq, paltar yumaq olar.
-Dinimiz təmizlik dinidir və İslam şəriəti istənilən halda təmizliyə riayət etməyi vaсib sayır
-Həmin günlər (alevi) müsəlmanlar toy etməz,nişan taxmaz, sünnət etməzlər.Onlar həm də susuz qalarlar ki,Kərbəla şəhidlərinin nə çəkdiyini yaxşı anlasınlar.
-Aşura günü məscidlərdə zəncirlə özünü vurub qan çıxartmaq heç də düzgün sayılmır.Bunun əvəzinə həmin gün qan vermək olar.Həm öz sağlamlığınıza xeyir olar,həm də kiminsə həyatın qurtarmış olarsız.
-Məhərrəm ayının 10-cu günü hər mömin müsəlman oruc tutmalıdır ki, bunun da adı "Məhərrəm orucu"dur.
Allah şəhidlərimizə Rəhmət eləsin.
(xəbərin müəllifləri Zərish və Bahar83)