Qadin.NET / Səmimi möminlərin üzündəki "səcdə izi"

Səmimi möminlərin üzündəki "səcdə izi"

Səmimi möminlərin üzündəki "səcdə izi"

Allah Özünə səmimi qəlblə iman edənlərə qatından bir gözəllik, sevimlilik və nur bəxş edir. Bu insanlar daxil olduqları hər mühitə özləri ilə gözəllik və əmin-amanlıq gətirirlər. Üzlərinə baxmaq, səslərini eşitmək, Allaha olan dərin imanlarını hiss etdirən səmimi söhbətlərinə və davranışlarına şahid olmaq ətraflarındakı insanlar üçün bir nemətdir. Quranda səmimi möminlərin bu xüsusiyyətlərinə və bunu ifadə edən üzlərindəki “səcdə izi”nə diqqət çəkilir: 

"Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir..." (Fəth surəsi, 29).

Yenə başqa bir ayədə səmimi müsəlmanların simasına diqqət çəkilmişdir: 

"Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən" (Mutaffifin surəsi, 24).

Səmimiyyətsiz davranan insanlar isə möminlərdən fərqli olaraq üzərlərində mənfi enerji daşıyırlar. Bu insanların mənəvi dünyalarında yaşadıqları təvəkkülsüz, kədərli, sıxıntılı və gərgin ruh halları olduqları hər mühitdə mənfi aura yaranmasına səbəb olur. Heç bir söz söyləməsələr, heç bir şey etməsələr də olduqları yerdən  ətraflarına neqativ enerji yayırlar. Gərgin ruh halları, əzab dolu simaları və səslərindəki narahatçılıq insanlara təsir edir. Səmimi olmadıqca, Allaha qarşı qəti şəkildə dürüst davranmadıqca onlara qarşı olan antipatiyadan qurtula bilməzlər. Ətrafındakılara sevimli görünmək üçün nə edirlərsə etsinlər, müsbət təsir meydana gətirə bilmirlər. 

Səmimi möminlərin üzündəki "səcdə izi"

Bu, Allahın insanlar üzərində yaratdığı möcüzəvi bir haldır. Bəzən belə mənfi halın səbəbi tam olaraq təsvir edilə bilməsə də, çoxları belə insanları tanıyır və onlarla bir məkanda olmaq istəmirlər. Bu da mənfi enerjili insanın dünyada daxilən yaşadığı sıxıntılardan biridir. 

Lakin həmin insan qəlbini təmiz saxlayıb Allaha qarşı səmimi olmağı niyyətləndiyi andan etibarən üzərindəki bu xoşagəlməz hal Allahın diləməsi ilə dərhal nurlu bir sima ilə əvəz olunar. Bura qədər sadaladığımız xüsusiyyətlər Allahın gerçək imana üz tutmayanlara verdiyi qarşılıqlardan sadəcə bir neçəsidir. Unutmamalıyıq ki, Allahın gücü sonsuzdur. Əgər yaranan bütün bu aşkar əlamətlərə baxmayaraq, insan necə böyük zərərə uğradığını  görməməzlikdən gəlir və Allaha sığınmırsa, Allah daha da şiddətli qarşılıqlar verə bilər. Heç kim “Onsuz da iman edirəm, ibadətlərimi yerinə yetirirəm” deyərək  özünü aldatmamalıdır. Heç bir halda səmimiyyətsizlik etmədən Allah üçün qəlbini təmizləməlidir. Allahın Xeyr! İnsan özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə doğrudan da həddini aşır (Ələq surəsi, 6-7 ) ayəsində bildirdiyi vəziyyətin yaranmasından Allaha sığınmalıdır.

18 sentyabr 2013
GO BACK