Qadin.NET / Ailə, uşaq və gözəl əxlaq

Ailə, uşaq və gözəl əxlaq

 

Ailə, uşaq və gözəl əxlaq

Cəmiyyətdəki ən kiçik, ən təməl vahid olan ailənin quruluşu nə qədər güclüdürsə, millət və dövlət də o qədər güclü olar. Dəyərlərini itirən, fərdləri arasında sevgi, hörmət və birlik duyğuları korlaşan ailələrdən ibarət olan dövlətin güclü olması çətindir. Ailə quruluşu çökən dindən uzaq cəmiyyətlər sürətlə mənəvi və əxlaqi degenerasiyaya doğru yol alır.

Din əxlaqına sahib insanların yaşadığı mühit, həsrət duyulan, hüzur və güvən içində olur. İslam barışdır, nurludur; insana əsl sevgini, şəfqəti, mərhəməti, dostluğu təsvir edər, sevməyin sənətini öyrədər. Onun sərhədləri içində yaşayan insan da hər vaxt və hər mühitdə dürüst, səmimi, hörmət və sevgi dolu davranışlar "sərgiləyər".
Din yalnız müəyyən ibadətlərdən meydana gəlmir. Gerçək din həyatın hər anını əhatə edir və insanlara Quranın nurunda gözəl əxlaq xüsusiyyətləri qazandırır. Gözəl əxlaq xüsusiyyətləri də ibadətdir, bunu şüurlu şəkildə anlayan insan Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranla bildirilən üstün əxlaqı yaşamağa səy göstərir.
Müasir  cəmiyyətdə ana və ataya itaətsiz, təcavüzkar uşaqlara və onlara doğrunu, səhvi izah etməyən, onlarla maraqlanmayan, bir-biriylə də dolanışıqsız, davamlı mübahisə edən ata-analara çox sıx rast gəlirik. Bu evlərdə itaət, sevgi, hörmət, anlayış və şəfqət yerinə döyüş, təhqir və üsyan hakimdir.
Quran əxlaqına uyğun həyat sürən bir ailədə isə bu ailələrdəki problemlər yaşanmır. Bu evlərdə, ana-ataya itaətli, Allahın buyruğu gərəyi onlara "off" belə deməyən, pisliklərdən uzaq dayanan vicdanlı uşaqlar yetişir. Bu ailələrin ana-ataları uşaqlarının xeyirli insanlar olmaları üçün səy göstərən, bir-birlərinə də sevgi və hörmət göstərən, davranışları ilə nümunəvi insanlardır.
Ailə, uşaq və gözəl əxlaq
Hər ata-ana "yaxşı" deyil
Hər cəmiyyətdə olduğu kimi, bizdə də əxlaqdan xaric yaşayan, uşaqlarını da öz həyatlarına çəkməyə çalışan valideynlər vardır. Uşaq, ana-atası olduğu üçün bu kəslərin fikirlərinə boyun əymək məcburiyyətində deyil. Allah Quranda, əxlaqdan xaric davranan ana-ataya itaəti qadağan edir.
(Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) "Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr, onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm"(Ənkəbut Surəsi, 8)
Bu gün cəza evləri oğurluq etmiş, insanlara və dövlətə zərər vermiş, cinayət işləmiş valideynlərlə doludur. Bu ana-ataların uşaqları, onlarla birlikdə yaşamaq məcburiyyətində deyil. İnsanların ümumiyyətlə söylədiyi kimi hər ana-atanın, uşaqlarının yaxşılığını və sağlamlığını düşünərək hərəkət etdikləri fikiri gerçək deyil. Hər ailə uşağa uyğun etibarlı bir mühit təqdim edə bilmir. Bu gün qadın sığınma evləri, ailə üzvlərindən ya da yoldaşından şiddət görmüş qadınlarla doludur.
Bir çox ailə uşaqlarının düşüncələrinə və inanclarına hörmət göstərmir. Qızını istəmədiyi biriylə evləndirərək sanki mal kimi satan ya da biriylə danışarkən görüldüyü üçün uşağını faciəvi şəkildə döyən, hətta öldürən ailələr vardır. Bu gün hələ davam edən adət cinayətləri də bunun dəhşət verici nümunələrindəndir. Qısaca hər ailə mühiti uşaqlar üçün dinc və etibarlıdır demək mümkün deyil.
Ailə, uşaq və gözəl əxlaq
Ailədə degenerasiya
Ailədə sevgi, hörmət, həmrəylik, fədakarlıq və sədaqət duyğuları korlaşdıqda artıq o millətin də varlığının davamı çətinləşir. Bu vəziyyət yalnız ailə ilə məhdud qalmır, cəmiyyətin digər seqmentlərinə yayılır. Yoldaşlıq əlaqələrində, iş mühitində, məktəblərdə qısqanclıq, ikiüzlülük, lağ-lağalıq, dedi-qodu kimi pis davranışlar ortaya çıxır. Əlaqələr gözləmə və çıxarılar üzərinə qurular.
Ailə içində din əxlaqı mövzusunda öyrədilməmiş olan və xüsusilə televiziya proqramlarının sıx təlqinlərindən təsirlənən gənclərin, hətta uşaqların şiddətə meylli olduqlarını görürük. Bu vəziyyət elə yayılmışdır ki, kiçik uşaqların əllərinə silah götürdüklərinə, cinayət işlədiklərinə şahid oluruq.
Allahdan qorxmayan ana-atalar, uşaqlarına da Allahın əmr etdiyi mərhəmətli, ədalətli, xoşgörüşlü, ağıllı, gözəl əxlaqı öyrədə bilməz, Allah sevgisi və qorxusu olmayan zalım nəsillər yetişdirərlər. Hz. Nuhun Quranda danışılan bu mövzudakı duası, inkarçıların ortaq zalım xarakterlərini göstərir:
Və Nuh dedi: "Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma! 
Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər.
Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır". (Nuh Surəsi, 26-28)
Ailə, uşaq və gözəl əxlaq
Nə etməli?
İmam Qəzali uşağın ürəyini "tərtəmiz, bomboş, saf, hər şeyi götürməyə qabiliyyətli və yönəldildiyi hər şeyi etməyə meylli" olaraq tərifləyir. Qəzali,ruhun fitrəti etibarilə gerçəkləri qəbul etməyə qabiliyyətli və Allahı tapıb qavrayacaq gücə sahib olduğunu söyləyir. Bu səbəbdən uşaqlara Allah inancı kiçik yaşlarda öyrədilməlidir. Dinin özü gözəl əxlaqdır. Allah qatında bəyənilən üstün əxlaq xüsusiyyətləri, xüsusilə uşaqlıq dövründə formalaşır. Son zamanlarda bəzi qərbli psixoloqlar tərəfsiz və ön mühakimədən uzaq olaraq etdikləri araşdırmalar nəticəsində dinin, uşağın ruhuna səsləndiyi və onun ruhi quruluşuna uyğun olduğu fikrində birləşmişlər.
Quranda bildirilən geniş əhatəli təhsil anlayışını ailəsində həyata keçirmək istəyən hər vicdan sahibi insan, elmi mövzularda da özünü inkişaf etdirməlidir. Elm, kainatı və varlıqları araşdıraraq Allahın yaratma sənətindəki qüsursuzluğu, bənzərsizliyi, üstünlüyü açıqlanmalıdır. Valideynlər şəxsiyyətlərini, davranışlarını, danışma formalarını Quranda bildirilən üstün əxlaqa yaraşar bir hala gətirmədə cəhd göstərdikləri qədər, elmi mövzularda da özlərini inkişaf etdirməlidirlər. Uşağa ilk təbliği verəcək olanlar ana-atalardır və əldə etdikləri məlumatlar onlara bu mövzuda köməkçi olacaq.
Şübhəsiz bu təhsil müddəti dua mahiyyətində edilərsə, daha məqbuldur. Ürəklərə təsir edəcək və hidayətə çatdıracaq olan yalnız Allahdır. Ancaq ana-ata, əxlaqı, şəxsiyyəti və xarakter xüsusiyyətləriylə yaxşı bir müsəlman modeli meydana gətirirsə, yaxşı bir nümunədir və Allahın diləməsiylə uşaqlarının gözəl əxlaq xüsusiyyətlərini qazanmasına vəsilə olarlar.
Bədiüzzaman insanın ən birinci ustadının və ən təsirli müəlliminin anası olduğunu söyləyər və həyatında anasının əhəmiyyətini bu cümlələrlə ifadə edər:
"Mən bu səksən il ömrümdə, səksən min şəxsdən dərs aldığım halda, and içirəm ki, ən əsaslı və sarsılmaz və hər vaxt mənə dərsini təzələyər kimi, mərhum anamdan aldığım təlqin və mənəvi dərslərdir ki, o dərslər fitrətimdə, sanki maddi bədənimdə çəyirdəklər hökmündə yerləşmişdir. Sair dərslərimin o çəyirdəklər üzərinə bina edildiyini eynilə görürəm. Demək, bir yaşımdakı fitrətimə və ruhuma mərhum anamın dərs və təlqinatını, indi bu səksən yaşımdakı gördüyüm böyük həqiqətlər içində bir çəyirdəyi əsas müşahidə edirəm."
Rəbbinin hüzurunda hesabını verə bilməyəcəyi işlər etməkdən, Onun razılığını, rəhmətini və cənnətini itirməkdən içi titrəyərək qorxu duyan insanlardan ibarət olan ailələrin çoxalması cəmiyyətin gələcəyi üçün ən əhəmiyyətli zəmanətlərdən biridir.
Quran əxlaqını gerçək mənada yaşayan ailələrdə yetişən uşaqlar cəmiyyətə, dövlətinə, millətinə faydalı bir yurddaş, ailəsini sevən, hörmətli bir övlad, fədakar bir yoldaşdır. Bu quruluşdakı fərdlərin meydana gətirdiyi bir millətin dinc, xoşbəxt və birlik ruhuna sahib güvən dolu bir həyatı olar. Quran, birlik içində və güclü olmanın sirrini belə xəbər verir:
Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.
Allaha və Rəsuluna itaət edin və çəkişib bir-birinizə düşməyin, həll edilib yılğınlaşırsınız, gücünüz gedər. Səbr edin. Şübhəsiz Allah, səbr edənlərlə bərabərdir. (Ənfal Surəsi, 46)
O halda, dini gerçək mənada yaşayan vicdan sahibi bir nəsil üçün uşaqlarımıza Rəsulullahın (s.ə.v) hədisində tövsiyə etdiyi ən gözəl mirası buraxaq:
"Bir ata uşağına gözəl əxlaqdan daha üstün bir miras buraxa bilməz." (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 2.cilt, Akçağ Nəşrləri, Ankara, s. 512)
9 sentyabr 2013
GO BACK