Xanımlar internetdə çox gözəl bir yazı tapdım. Sizinlə paylaşmaq istədim.
Dərhal bir çoxumuz bayramın bitdiyini, gələcək bayramın isə uzaqlarda olduğunu düşünürük deyilmi? Həqiqətən də bayramımız bitdimi? Gələcək bayramımız da çox uzaqlarda varmı?
Məncə xüsusi bayramımız, bitmədi, həm də çox uzaqlarda deyil qarşıdakı günlərimizdə!
İstəsəniz sözü uzatmadan qarşımızda bizi gözləyən günlərimiz necə bayram günümüz olar onu bir nəzərdən keçirək. Əvvəl baş vermiş bir bayram günü nümunəsi ilə baxaq mövzuya.
Bir mənəviyyat böyüyü gecə namazından sonra çıxdığı məscid həyətində camaata əl uzadıb salamlaşaraq 'Bayramınız mübarək olsun' deyirmiş.
- Əfəndi demişlər, keçmiş bayram getdi, gələcək bayram da hələ gəlmədi, indi isə bayram deyə bir gün yox ki, sevinib Bayramlaşaq?
- Xeyr deyər, mənəviyyat böyüyü. Bu gün mənim bayram günümdür. Çünki deyər, mən bu gün günah işləmədim, günah işləmədiyim gün mənim bayram günümdür. Onun sevincini paylaşıram sizinlə.
[/center]
Bunu da xatırladır caamata:
- Əgər siz də deyər, önünüzdəki günlərdə bayram sevinci yaşamaq istəyirsinizsə, səhərdən günahsız yaşamağa niyyət edərək başlayın gününüzə. Əgər gününüzü günahsız tamamlaya bilirseniz o gün sizin də bayramınız olar. Beləcə sənədə iki bayramla qalmaz, günahsız yaşadığınız günlər sayın bayram savabı qazanar, sevinci yaşayarsınız. Bundan başqa, deyər, Peyğəmbərimiz də sizinlə birlikdə olar, günahsız yaşadığınız bu bayram günlərinizdə.
Burada ağla belə bir sual gəlir:
- Günahsız yaşadığımız bayram günündə Peyğəmbərimiz necə bizimlə birlikdə olar?
Bu problemin cavabını da ariflərin sultanı kimi tanınan Xorasansanın mənəviyyat böyüyü Əbu-l Həsən Harkani'den dinləyək. Harkan'daki Xütbələrində mövzunu belə izah edir camaatına:
- Ey Müsəlmanlar deyər, gündəlik həyatınızı Peyğəmbərimiz'lə birlikdə yaşamağı arzu etməyəcəksiniz? Bütün gün ərzində Onun yüksək ruhaniyətinin sizinlə birlikdə olmasını istəyirsinizmi?
- İstəməz olarıqmı? deyərlər, Onunla birlikdə olmaq həyatımızın məqsədidir. Ancaq bu xoşbəxt bərabərlik necə olar?
[center]
Ariflərin sultanı belə izah edir Peyğəmbərimizin ruhaniyyətinin birlikdə olacağı günü:
- Siz deyər, gündəlik həyatınızı, günahsız yaşamağa qərar verin. Günahsız yaşamağa müvəffəq olduğunuz o gün sizin bayram gününüz olar. Belə bir bayram günündə Peyğəmbərimizin ruhaniyyət də sizinlə birlikdə olar. Çünki deyər, Peyğəmbərimiz də gündəlik həyatını günahsız yaşamış, gününü günahsız tamamlayaraq bu sünnəsini əhya edənlərlə birlikdə olacağını xəbər vermişdir! Yetər ki, siz gününüzü günahsız həyata həsr edin, Peyğəmbərimizin günahsız həyata sünnəsini şəxsən əhya etmə sədaqətini göstərmiş olun.
Biz də bu bayram anlayışı içində bu sualları soruşur və deyirik ki:
- Bizi günahsız günlər yaşamağa istiqamətləndirən bu bayram anlayışımıza siz necə baxırsınız? Həqiqətən də günahsız bir gün yaşamağa səhər niyyət edər də, axşama qədər də o günü günahsız tamamlamağa müvəffəq olsaq, bu, Peyğəmbərimizin ruhaniyyətinin də bizimlə birlikdə olduğu gerçək bir bayram günümüz olmaz mı? Axirətdə bizi qurtaracaq xüsusi Bayramlarımız da belə günahsız yaşadığımız günlərimiz sayılmaz mı? Heç olmasa günahsız yaşayacağımız xüsusi bayram günlərimiz də bizi gözləmir mi? Gözləməyinə gözləyir,amma biz bunu anlaya bilirikmi?
Nə deyirsiniz, həqiqətən də bayramımız, bitdi, yoxsa qarşımızda günahsız yaşayacağımız bayram günlərimizin bizi gözlədiyir? Var mı qəlbimizdə günahsız günlər həyata niyyəti, Əfəndimizin ruhu görüşmə arzusu? Yoxsa bu xatırlatmadan sonramı meydana gələcək bu niyyət və arzular?
Təqdiri siz edəcək, cavabı da siz verəcəksiniz. Bizə düşən bayram anlayışımızın anlatma, günahsız həyata günlərimizi düşündrməkdir.