Birinə xəyanət qəsdində olmaqdan , öz əməllərmizə qürrələnməkdən ,uzun-uzadı arzulardan Sənə sığınırıq.
Ürəymizdə gizlənmiş sirlərin pisliyindən, kiçik günahları kiçik saymaqdan, şeytanın bizə əl tapacağından, dövrün başımıza gətirəcək bədbəxtliklərdən, padşahın zülümündən Sənə sığınırıq.
Israf etməkdən, ehtiyacımızı ödəyə biləcək ruzini tapa bilməməkdən Sənə sığınırıq.
Düşmənlərin şəmamətindən, özümüz kimilərə möhtac olmaqdan, güzəranın çətinliyindən, axirətə hazırlaşmadan ölməkdən Sənə sığınırıq.
Axirətdə bizi qucaqlayacaq böyük həsrət və təəssüfdən və böyük müsibətdən, ən pis bədbəxtlikdən, cəhənnəm əzabından, mükafatdan məhrum olmaqdan, əzab çağının yetişməsindən Sənə sığınırıq.
Ilahi! Məhəmmədə (s.a.s) və onun sülaləsinə salavat göndər. Mənə və bütün mömin kişilərə və qadınlara öz rəhmətinlə dediklərimizdən sığınacaq ver. Ey Ərhəmərrahimin! AMİN!!!