Qadin.NET / Hikmət xəzinəsi

Hikmət xəzinəsi

Hikmət xəzinəsi

  Allahın Peyğənbərinin (s.a.v) mübarək kəlamları:

 *Adəm övladının xətalarının çoxu dilindədir.

 *Mömini şad edən məni şad etmiş, məni şad edən Allahı şad etmişdir.

 *Müsəlmana hiylə quran bizdən deyildir.

 *Qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir.

 *Qiyamət günü möminin əməl tərəzisinə xoş xəsiyyətdən  üstün olan bir şey qoyulmayacaqdır.

 *Həqiqətən xoş xasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır.

 *Sizlərdən hər biriniz öz (din) qardaşına, özünə etdiyi kimi xeyirxahlıq etməlidir.

 *Gözəl ədəb ağlın zinətidir.

 *Övladlarınıza ehtiram göstərin və onları yaxşı tərbiyə edin ki, həmin gözəl tərbiyə nəticəsində bagışlanasınız.

* Övlad yeddi il ağa, yeddi il qul və yeddi il vəzirdir. Əgər iyirmi bir yaşına kimi xislət və xasiyyətini bəyənsən lap yaxşı , əks təqdirdə özbaşına burax. çünki sən Allah-Təalanın dərgahında üzürlüsən.

* Əsəbi halda ədəb öyrətmək qadağandır.

Hikmət xəzinəsi

 " Ey Əli! Dünyaya oğlun və qızın gələn zaman sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda şeytan ona heç vaxt zərər-ziyan vurmaz.

 *Mömini incidən şəxs, şüphəsiz ki, məni incitmişdir.

*Camaatı incitmə! Çünki incitməmək sənin özün üçün, verdiyin sədəqədir.

* Mənim ümmətim üçün arzu rəhmətdir, əgər arzu olmasaydı heç bir ana övladına süd verməzdi və heç bir bağban ağac əkməzdi.

*Kim öz zamanının imamını tanımadan ölsə cahiliyyət ölümü ilə ölüb.

İmam Əlinin(ə) kəlamları:

*Haqq çətin və ağırdır, batil yüngül və asan.

*Eyiblərin böyüyü odur ki,eyib səndə ola-ola başqasında axtarasan.

*Ən böyük sərvət xalqın malına göz dikməməkdir.

*Günah ilə qabağa gedən şəxs zəfər çalmaz, pislik ilə qalib gələn şəxs məglubdur.

*Günah etməyi asan və kiçik bilmək ən böyük günahdır.

*Həya və abır örtülüdür, birindən bir şey istəmək bu örtüyü açır. Bax gör kimin yanında açırsan bu örtüyü.

8 sentyabr 2013
GO BACK