Bir mömin hansı dövrdə, kimlərlə birlikdə, hansı şərtlərdə yaşayırsa yaşasın, insanları Quran əxlaqına çağırmaqla, onlara yaradılış səbəbini, ölümü, axirəti və hesab günü Allahın hüzurunda tək - tənha sorğuya çəkiləcəyini xatırlatmaqla məsuldur. Əsil mömin bütün bunların qarşılığında heç kimdən bir qarşılıq gözləməz, onun məqsədi yalnız məsuliyyətini ən yaxşı şəkildə yerinə yetirmək və Rəbbinin rizasını qazanmaqdır. Ancaq Quran əxlaqını və möminləri tanımayan bir insan, özünə din əxlaqını səmimiyyətlə və ciddi bir səy ilə təbliğ edən möminə qarşı ön fikirli yaxınlaşa bilər.
Bunun səbəbi, ətrafında olan kəslərin əksəriyyətinin Quran əxlaqına görə yaşamaması və hər şeyi şübhəsiz bir çıxar qarşılığında etmələridir. Bu səbəbdən ağılına, bu adamın din əxlaqını nəyə qarşılıq izah etdiyinə dair bəzi suallar gələ bilər. Başqa bir səbəb də təkəbbürdür ki, özündən razı olan kəs ona təbliğ edilənə ehtiyacı olmadığını düşünər və ya təbliğ edənə yuxarıdan aşağı baxar.
Təbliğ edərkən hər kəsə öz dilində (psixoloji mənada), onun ehtiyacı olduğunu anlatmaq lazımdır. Məsələn, hələ Allahı tanımayan və iman etməmiş olan insana ibadət mövzusunda detallı məlumat vermək və ya ibadətə dəvət etmək səhv olar. İnsan əvvəlcə şübhə etmədən Allahın varlığına inanmalı və iman ürəyinə yerləşməlidir. Ümumiyyətlə isə, hər şeydən əvvəl İslamın özülü olan təslimiyyəti anlatmaq, bunu qavrayan və yaşayan möminin borcudur. Bu istək qəlbə yerləşdikdən sonra ibadətlər onsuz da arxasından gələcəkdir. "Allah, mən də Peyğəmbərlərimiz, İmamlarımız, Hz.Əli, Hz.Fatimə, Hz. Məryəm kimi Sənə təslim olaraq Sənin evliya qullarından olmaq istəyirəm! Allahım, qəlbimdəki dünya sevgisini Sənin Sevginlə əvəz et! Yaradılanları Sənin rizan üçün sevməyi nəsib et Ya Rəbbim!" - öz sözlərimizlə deyə biləcəyimiz bu duanın qəlbə işləməsi yetərlidir ki, dünyanın xoşbəxti olaq və Allahın bütün əmrlərini yerinə yetirək!
"Rəbbinin nemətini artıq anlat. (Duha Surəsi, 11) Bu əmr kainatın Nəbisinədir. Amma, təbii ki, Quranda olan bir çox əmrlərə itaət etmək həm də bütün müsəlmanlara aiddir. Bir tərəfdən də, Peyğəmbərimiz (s.ə.s) kimi Quran əxlaqını yaşamaq və yaymaq hamımızın məsuliyyətidir. Rəsulullah kimi geyinərək, onun sevdiyi yeməkləri yeyərək deyil, onun kimi yaşayaraq onun sünnəsini gərəkdiyi kimi əhya edə bilərik. Xüsusilə yaşadığımız axir zamanda ən böyük problem iman zəifliyidir, imansızlıqdır. İmanın xaricində, sahib olduğu heç bir şey insana axirətdə fayda təmin etməyəcək. Təbliğ, ehtiyac içindəki hər kəsə edilər. Dini, inancı, fikirləri, düşüncə tərzi, peşəsi, karyerası, geyim tərzi hər nə olursa olsun ayrı-seçkilik edilməz. Mömin yaxşılıqları yalnız tövsiyə edər, dəvət edər - hidayət isə Allahdandır. Gözəl sözlə edilən dəvəti rədd edildiyində, möminə düşən, Allahın buyurduğu kimi "Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun Surəsi, 6) deməkdir. Bu səbəbdən təbliğ nə Allah ilə qulu arasına girmək, nə də insanlara inanc mövzusunda təzyiq etmək deyil. Təbliğdən qaçınmaq ya da müxtəlif səbəblərlə ayrı - seçkilik etmək, insanları dinsizliyə, din düşmənliyinə, dəccala, bu səbəbdən də cəhənnəmə itələməkdir.
Bütün Peyğəmbərlər, İmamlar, səhabələr müşriklərin lağ etmələrinə, təzyiqlərinə, təhqirlərinə və böhtanlarına baxmayaraq, hətta yurdlarını tərk edərək diyarba - diyar gəzərək təbliğlərini yerinə yetirirdilər. Dəli, cadugər, mənfəətçi, hətta pozğun kimi sözlərlə təhqir etməyə çalışanlara baxmayaraq yollarından dönmürdülər. "Dəli olmadan, Vəli olunmaz!" - deyib bir Allah dostu. Nə xoş o kəslərin halına ki, bu yolda dəli adı qazanıblar - Allahın dəli vəlisi... Bizlər də onların izində eyni vəzifəni qınayıcının qınamasından qorxmadan yüklənməliyik. Ki, Onun diləməsiylə razılığını qazanıb, gerçək qurtuluşa çataq. Allahın Nurunu tamamlayacaq şəxsin yolunun gözləmək, müsəlman toplumunun çox hissəsinnin yanlış düşüncə sahibi olması səbəbiylə səhf yola sapması ilə nəticələnib. O Mehdinin, gəlişinə zəmin hazırlayan ümmət olmaqdansa, dünyada baş verən haqsızlıqlara göz yumaraq, "Onsuz da Hz. Mehdi gəlib hər şeyi yoluna qoyacaq." düşüncəsinə qapılaraq, ətrafı unutmuş ümmət olmuşdur bu günkü "müsəlman". Dəyərli müəllimimin ifadə etdiyi kimi (Allah ondan sonsuz razı olsun) : arabanın içində olanlar var və arabanın önündə olanlar var. Arabanın içində oturaraq başqalarının onu irəli aparmasını gözləməkmi, yoxsa arabanın önündə olub onu irəli çəkənlərdən olmaqmı daha gözəldir? İslam - birlik dinidir, birlikdə yaşandıqda daha gözəl olur. " Səff 14/ Ey iman gətirənlər, Allahın yardımcılarıi olun!" - Quranın bir çox ayəsində deyildiyi kimi, hər şeyə qadir Allah istəsəydi hər kəsi hidayətə ərdirərdi. Amma, bu da Rəbbimizin Rəhməti və Hikmətidir ki, bəndələrini belə bir öhdəçiliklə yükləməklə, onlara dərəcələrini daha da artırmaq və dini gözəl şəkildə yaşamaq şansı verir. Niyə bundan istifadə edənlərdən olmayaq? Dinin təbliği Allahın əmrlərini çatdırmaqla yanaşı, başqalarının və özünün yaşadığı, Allahla aralarında keçən gözəllikləri də təsvir etməklə də edilir. Məsələn, huşu ilə qılınan namazın, sevgi ilə tutulan orucun özündə hiss etdiyi mənəvi və fiziki faydasını, və ya Allahın lütf etdiyi fiziki gözəllikləri və.s. Bu məqamda bəzilərinin verdiyi reaksiya: "Allahla bəndə arasında olanlar aşkar edilməz!" olur. Bu düşüncə sahiblərinə veriləcək sual budur: "Allahla bəndə arasındakılar aşkar edilməzsə, bu günümüzə qədər əsrlərdən bəri gəlib çıxan gözəl hədislər, rəvayətlər var ki, onları dinləyərkən insanın içini xoş qibtə hissi bürüyür ki, "Rəbbim mən də Sənə yaxın olmaq istəyirəm!" diləyi yaradır - o zaman niyə xoşhallanırıq bunları eşidərkən? Niyə Allahın Rəhmətinə getmiş bu insanları qınamırıq?" Elədirsə - bəndə ilə Allah arasında olan namaz ibadətini də gizlədək, gizlində qılaq, heçkimə bildirməyək ki, namaz qılırıq,oruc tuturuq... Sinələrdəkini bilən Allahdır, əgər Allahla arasındakını danışan şəxs bunu nəfsi ilə edirsə - onsuz da onun qarşılığnı Rəbbi verəcək. Amma əgər bu şəxs bunu sırf Allahın rizası üçün etmişsə - o zaman, qınayanlar suizənnə qapılaraq necə ağır günah sahibi olduqlarından bixəbərdirlər. Gözəl olmazmı ki,belə hadisələrlə rastlaşanda hüsnizənnə girərək, gözəl tərəfini düşünək?..
Bir önəmli məqam da var ki, Allaha sevgi ilə, qəlbi ilə yönələn kəsin, Allahın gözəlliklərini anlatmaması mümkün deyil! Necə ki, daddığıız ləzzətli bir tikəni az qala əlimizlə sevdiklərimizə də dadızdırırıqsa, eləcə də bu insanlar, yaşadıqları dinin ləzzətini Allah rizası üçün sevdikləri yaradılmışların da yaşamalarını istəyirlər. Füsillət 33/ Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və (səmimi qəlbdən) «mən təslim olanlardanam» deyən kəsdən gözəl danışandır?!- təslim olanın "başını aşağı salıb" tək başına dini yaşaması mümkünsüzdür. Bunu anlamaq üçünsə, səmimi qəlblə "Mən də təslim olanlardanam!" deməsi lazımdır...
Sizdən, xeyirə çağıran, yaxşılığı (bilinəni) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir dəstə olsun. Qurtuluşa çatanlar bunlardır. (Ali imran Surəsi, 104)