Rəbbimizin gözəl adları yaratdığı varlıqlarda, ən çox da insanda təcəlli edir. Məsələn, Allahın Rəhman, Rəhm, Rauf kimi şəfqət və mərhəmət ifadə edən adlarının təcəllilərini dərhal hər anada görə bilmək mümkündür.
В“"Bütün anaların şəfqəti, rəhmət-i İlahiyyənin bir parıltısıdırВ”" deyir Bədiüzzaman. Hər ananın ürəyi uşağına qarşı şəfqət və mərhəmətlə coşur.
Mərhəmətlilərin ən mərhəmətlisi Allah hər körpəsini son dərəcə qorunan, şikəst qalmayacağı, ağrı hiss etməyəcəyi bir yerə - ana bətninə ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir. O İlahi rəhmətin təcəllisiylə ana da daha doğulmadan uşağını şəfqətlə qucaqlayır, göz bəbəyi kimi qoruyur. Doğulduqdan sonra da şəfqət qanadlarını üzərinə gərir. O munis qadın övladına yönəlmiş bir təhlükə vəziyyətində isə sanki aslana dönür. Ən şiddətli fədakarlığı göstərir, bəzən özünü fəda edir.
"Mərhəmət etməyənə mərhəmət olunmaz" buyuran Peyğəmbərimiz (s.v.s) mərhəmət duyğusunun ən çox uşaq sevgisində və onlara göstərilən şəfqətdə görüldüyünü ifadə edir. Belə ki, "Ya Rəsulullah, siz uşaqları öpərsinizmi? Biz onları öpmərik" deyən Bədəviyə, "Allah sənin ürəyindən mərhəmət duyğusunu götürmüşsə, mən nə edə bilərəm?" buyurur.
Sevgi və paylaşmaq ən yaxınımızdan başlayar. Ən yaxınımız uşaqlarımızdır; paylaşmaq sevgi, hörmət və mərhəmətlə olmalıdır. Rəsulullah(s.v.s), ətrafındakı kəslərin cəhalət, pis niyyət, pis əxlaq ya da zalımlıq səbəbiylə sərgilədiyi pis davranışlarına qarşı onları doğruya istiqamətləndirmə və islah etmə yolunu seçər. Bu mövzuda bizlər üçün ən gözəl nümunə Peyğəmbərimizdir (s.v.s). Belə ki, kiçik Məhzurə çöldə yoldaşlarıyla oynayarkən müəzzini təqlidi edərək lağla azan oxuyur. Oradan keçən Hz. Peyğəmbər (s.v.s) uşağın yanına gedir, "Haydı, bir azan da mənə oxu!"В” deyir. Qız nə etdiyinin fərqinə varır, peşman olur və utanır. Amma səylə azan oxuyur. Bir neçə səhvi nəzərə alınmasa gözəl bir azan oxuyur, Hz. Peyğəmbər səhvlərini düzəldir. Kürəyini tumarlayıb: "В“Mübarək olsun!"В” deyir. Məhzurə çaşır, danlanmağı gözləyərkən şəfqət və lütf görür, Peyğəmbər duası da alır.
O, Rəsul olaraq göndərildiyi cəmiyyətdə qız uşaq doğulduğunda cahiliyyə kişilərinin üzləri qaranlıq bir gecənin parçalarına çevrilərkən, hətta qız uşaqları diri-diri torpağa basdırılarkən qızını Məkkə küçələrində çiyinində daşıyan mərhəmət Peyğəmbəridir. Ona dair hər hekayədə bizlər üçün əhəmiyyətli dərslər vardır. Qadın, kişi, ana, ata hər müsəlman üçün nümunəvi şəxsiyyətdir Peyğəmbərimiz (s..v.s). O, yolumuzda işıqdır. Allah Onun ürəkləri imana yaxınlaşdıran və Quran əxlaqına yaxınlaşdıran sevgisini, incə düşüncəsini və şəfqətini ürəklərimizə salsın, o В“İlahi rəhmətin parıltısıВ” ilə ruhlarımızı işıqlandırsın. В…
"... Ona inananlar, dəstək olub müdafiə edənlər, kömək edənlər və onunla birlikdə endirilən nuru izləyənlər, qurtuluşa çatanlar bunlardır". (Ə'raf Surəsi, 157)
Fuad Türkər