Qadin.NET / Əhli-Beyt anlayışı

Əhli-Beyt anlayışı

Əüzü-billəhi minəş şəytanir racim
Bismilləhir Rahmənir Rahim
Nəfsimin şərrindən Allaha sığınıram.

“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Onlara itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız. Onlar: Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytimdir.
Xəbərdar və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənədək bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu: “İlahi! Görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”
Daha sonra əlavə etdi: “[Ey camaat]! Mən sizin üçün özünüzdən daha önəmli deyiləmmi?”
Onlar cavab verdilər: “Bəli.” Peyğəmbər (s) buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”
Sonra buyurdu: “İlahi! Özün onlara şahid ol!
Bu zaman biz dedik: "Onun əhli-beyti kimdir? Arvadlarıdırmı?” Dedi: - “Xeyr, həqiqətən Allaha and olsun ki, əgər bir qadın öz əri ilə bir müddət ömür sürdükdən sonra onu boşayarsa, həmin qadın öz atasının evinə qayıdar. Onun əhli-beyti onun kökü və özündən sonra sədəqə verilməsi haram olan qohum əqrəbasıdır”
Bu cümlələri Peyğəmbər (s.v.s) “Qədir-Xum” xütbəsində buyurmuşdur (Səhih Müslim "Fəzail" kitabı, "Fəqzaimi Əli" babı. Cild 5. Səh 268. "Darüşşəb" mətbəəsi.)
Peyğəmbərimiz (s.v.s)in bu iki əmanəti bütün İslam aləminin tutunmalı olduğu bir hidayət yoludur. Bunların da başında Allah sevgisinin qəlbə yerləşməsi durur, çünki O Yaradandır, Allahı seviriksə istər istəməz Peyğmbərini də sevəcəyik, çünki O Həbibullahdır. Peyğəmbərin  ailəsinə olan  sevmgimiz isə, Peyğəmbərə sevgimizdən irəli gəlir. Necə ki,  Kainatın Nəbisi buyurmuşdur: "Allahı sizə bəxş etdiyi nemətlərindən dolayı sevin, məni də Allahı sevdiyiniz üçün sevin, Əhli-Beytimi də məni sevdiyiniz üçün sevin."
Yəni: Allah, Peyğəmbər və Əhli Beyt sevgisi birlik təşkil edən zəncirdir, bunların birinin olmaması-imanın tamlığının olmaması deməkdir.
Bəs "Əhli Beyt"ə kimlər daxildir? Bu sual ətrafında uzun illər mübahisələr getmişdir və hələ də davam edir. Amma, mənim məqsədim mübahisələrə dəstək vermək deyil, məlum fərqli fikirləri sizə təqdim etməkdir, ağıllı kəslərə biliyin faydası var.
Təthir ayəsi (Əhzab 33)
Müslim "Səhih" kitabında öz sənədilə Səfiyyə-bint-Şeybədən rəvayət edərək deyir: "Aişə dedi: "Peyğəmbər (s) qara tükdən olan əbasını geyinərək evdən xaric oldu, bu zaman Həsən-ibn-Əli (ə) gəldi və Peyğəmbər (s) onu əbanın altına saldı. Sonra Hüseyn (ə) gələrək əbanın altına daxil oldu. Bu minvalla Fatimə (s) və Əli (ə) da əbaya daxil oldular. Bu zaman Peyğəmbər (s) bu ayəni oxudu: “Allah siz Əhli-Beytdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!” (33.Əhzab surəsi, 33) ( "Səhihi-Müslim", "Fəzail" kitabı, "Fəzailil-Həsən və Hüseyn" babı, cild-5, səh-287: "Daruş-Şə'b" mətbəəsi.)
Bu hədisin "Kəsa" hədisi adlanan geniş variantı da mövcuddur.
Həmçinin "Səhih-Müslim"də ayənin nə səbəbdən nazil olduğu barədə deyilir: "Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağıraraq dedi: "Ey mənim Allahım, bunlardır mənim Əhli-Beytim!" 
 Allah (c.c) Öz iradəsi ilə "pənc ali əba"nı məsum qılmışdır.
Allah Rəsulunun, Hz. Əli əleyhisselamın qapısına gələrək , Əlini evində olanların, Əhli-Beyti olduqlarını bildirdiği hədislərdən örnəklər çoxdur:
Tabəri Ənesin belə dediğini rəvayət etmişdir: "Allah Rəsulu altı ay boyunca, hər namaza getdiğində Hz. Fatımənin evinin önündə duraraq: "Namaza ey Əhli-Beyt, namaza; "Allah sadəcə, sizdən ey Əhli-Beyt, kirliliği yox etmək və sizi tərtəmiz qılmaq istəyir." deyərdi." 
Əhli-beytə 9 İmamın da daxil olmasına dair hədislər vardır. İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibn Xəttabdan belə nəql edir: "Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Quran və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir: Mən - ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? - deyə soruşdum. Həzrət buyurdu: "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."
Peyğəmbərin (s.v.s) zövcələrinin də Əhli-beytə daxil olmasını bəzi hədisləri dəlil gətirərək deyənlər var: Buxari Ənəs bin Malikə istinadən peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsi hadisəsini rəvayət edib. Həmin hədisdə peyğəmbərin (s) Aişənin otağına gəlib: "Ey Əhli-beyt! Allahın rəhməti və salamı sizə olsun!" – dediyi və Aişənin ona: "Sənə də Allahın rəhməti və salamı olsun! Əhlin necədir? Allah mübarək etsin!" – deyə cavab verdiyi, sonra peyğımbərin (s.v.s) bütün zövcələrinin otaqlarını gəzərək onlara eyni sözlərlə müracəit etdiyi və Aişənin verdiyi cavabı təkrar etmələri qeyd olunur.
Fikir ayrılığı yaradan səbəblərdən biri də Quranda "Əhli-beyt" ifadəsinin Hz. Nuh, Hz. İbrahim və Hz. Lut üçün də işlənməsidir. Bununla bağlı çox alimlərin fikirləri ilə tanış oldum və qısa şəkildə belə deyə bilərik  ki, (Allahın izniylə, inşaAllah!) Ərəb dilində "Əhli Beyt" sözü- "ailə, ev əhli" mənasını verir. Hud surəsinin 45 və 46-cı ayələrində Hz. Nuh Allaha müraciət edərək, oğlum mənim ailəmdəndir deyir. Allah isə, onun etdikləri nalayiq əməldir və o Sənin ailəndən deyil-buyurur. Burdan belə aydın olur ki, əhli-beyt olmaq üçün sırf ailə bağları nəzərə alınmamalıdır, elə olsaydı Hz. Nuhun oğlu da onun əhli-beytindən sayılardı. 
Hucurat 10-da Allah (c.c) buyurur ki, möminlər qardaşdır. Beləliklə, Yaradanın hər işində bir hikmət olduğuna iman edərək, burda da Rəbbimizə təvəkkül edək. O, hər şeyin doğrusunu biləndir, möminlər qardaşdırsa və "Əhli-Beyt" sözünün həm ailə bağlarına aid edilməsini, eyni zamanda da mənəvi dəyərinin olmasını unutmayaq. Əhli-beytin məsumluğu, onların fikir, düşüncə, hədəf və əməllərinin sırf Allahın razılığı üçün çalışmalarından də irəli gəlir. Onların hər hansı günah sahibi olmaları, Yaradanın onları pak-pakizə etməsi səbəbi ilə mümkünsüzdür (Allah hər şeyə qadirdir!). Nəzərə alsaq ki, Əhli-Beyt ümmətin hidayət olunması yolunda əvəzsiz məqama sahibdir və Allah (c.c) Onları və Qurani-Kərimi, Peyğəmbəri vasitəsilə bizlərə əmanət qoymuşdur-biz də Qurana uyaraq Əhli-Beytin addımlarından getməliyik. Əhli-Beyt sevgisini məclislərdə diz-sinə vurub ağlamaqla, dini məzhəblərə parçalayaraq, hansı qrupun daha üstün olmasına dəlillər axtarıb mübahisələr yaratmaqla yox, Onlara layiq ümmət olmağa çalışaraq sübut edək. Onların nəfsin pisliklərindən təmizlənmiş olduqlarını diqqətə alsaq-bu məsumların nə qədər bağışlayan olduqlarını təsəvvür edə bilərik. Onlar düşmənlərini də bağışlaya bilərdilər-Allahın Rəhmi və Məğfirət gücü təsəvvür edə bilməyəcəyimiz qədər böyükdür. Amma, bizlər, hələ də 14 əsr öncə kimin günahkar olmasının mübahisini edirik-şeytanı və dostlarını sevindiririk. Görün onlar necə bağışlayan olublar:
“ƏgУ™r Р°tР°mın qР°tili mУ™nУ™ РµtimР°d Рµdib Р°tР°mı öldürdüyü qılıncını mУ™nУ™ У™mР°nУ™t vРµrsУ™, mütlУ™q Рѕ qılıncı РѕnР° qР°ytР°rР°rР°m.”(“ƏvР°lil-LУ™Р°li”, c. 3 sУ™h. 251) Imam Seccad (ə)
Peyğəmbərimiz(s.v.s) bir dəfə müşriklər tərəfindən daşlanarkən, "Dua et ki, Allah onlara lənət etsin"" sözlərinə belə cavab vermişdi: "Onları bağışla Allahım,onlar bilmirlər!"
Niyə də biz, Əhli-Beyti sevirik deyənlər, Onlardan nümunə götürməyək? Niyə də nəfsimizi təmizləmək yolunda Onları özümüzə nümunə görməyək? Niyə də "Onlar məsumdurlar, seçilmişdirlər-biz onlar kimi ola bilmərik!"  düşüncəsini beyinlərdən silərək, əksinə, Allah (c.c) Onları bizə əmanət qoymuşsa, biz də  həyatımızın hər anını Onlar kimi olmağa çalışmayaq? İnsanlara İslamı öncə davranışımızla sevdirək, böyük-kiçik hörməti saxlayaq, dilimizdən təhqiri silək, qarşıdakını alçatmaq, özümüzü ondan üstün görmək cəhdlərimizi tərk edək, bildiklərimizi zorla beyinlərə yeritməyək-Onları sevmək, Onların yolundan getmək budur. O məsumları Yaradan Öz İradəsi ilə təmizləmişdir, biz, adi insanlar isə bizə verilən cüzi iradəmiz vasitəsilə nəfsimizi təmizləməyə çalışaq! 
Bu mövzi kifayət qədər genişdir, imkan daxilində qısa şəkildə mövcud fikirləri təqdim etməyə çalışdım. Önəmli olan Allahı qəlbimizlə sevməkdir-O, istədiyi bəndələrini doğru yola yönəldəcək inşaAllah. Şeytanın vəsvəsəsindən Rəbbimə sığınaraq,  Allah rızası üçün İslamın adına layiq davranış biçimlərinə sahib olaq.
"İslam, Əhli-Beyt,  Hz.Nuhun gəmisidir-gəmiyə minən qurtular."
"O ikisindən (Qur'an və Əhlibeytdən) önə geçməyin; yoxsa həlak olarsız; onlardan geri qalmayın, yoxsa həlak olarsız; onlara (Əhli-Beytə) bir şey öyrətməyə də cəhd etməyin; onlar sizdən daha bilgilidirlər."  (Mühəmməd(s.v.s)
19 sentyabr 2013
GO BACK