Qadınlar hansı özəlliyinə görə seçilir? Yəni qadınla ailə həyatı qurarkən nə nəzərə alınmalıdır?!
Qadınla ailə həyatı qurmaq nə keçici şıltaqlıq nə də ki, ram olmayan ehtirasa qapılmaqdır. Ailə həyatını müəyyənləşdirən şərtlər barəsində belə bir hədis də vardır: "Qadınla dörd şeyə görə evlənirlər:malına görə,əsil-nəcabətinə görə, gözəlliyinə görə və dindarlığına görə".
1.Mal dövlət sahibi varlı qadın
Xeyirxah və təqvadan uzaq serət qadının lovğalığına səbəb olur.Bu da ər üçün böyük şər deməkdir.
2.Əsil-nəcabətli qadın
Əsil-nəcabətli qadın öz- özünə pis işlərdən uzaq olur və bunu öz övladlarına miras qoyur. Ataların dediyi kimi "Ot kökü üstə bitər".
3.Gözəl qadın
Normal zövqə malik kişi ailə həyatı quran zaman çirkinlikdən uzaq olur.Axı qadın paklıq, gözəllik deməkdir.Allah qorxusu olmayan gözəl isə ailəsinə bəlalar gətirər. Allah təala buyurur;"Allaha şərik qoşan qadınlar imana gəlməyincə onlarla evlənməyin".
4.Dindar qadın
Dindar qadın başqalarından daha artıq kamillik dərəcəsinə nail olurlar. Həmçinin ailəsini daha yaxşı başa düşürlər. Ailəsinin sabitliyini səadətliyinə səy edirlər.
Sizcə qadınla ailə həyatı quran zaman nə nəzərə alınmalıdır?Bəs siz qadınlar hansı xüsusiyyətinizə görə seçilmisiz?