Qadin.NET / Möminlərin vəzifələri barədə (2)

Möminlərin vəzifələri barədə (2)

 

Möminlərin vəzifələri barədə (2)

 

27. Yaxın və ya uzaq olmasından asılı olmayaraq qardaşlarına himayədarlıq edən adam əsl sədaqət timsalıdır.

28. Müsəlmanlar vahid bir cismin hissələri kimidirlər. Birinin başı ağrıyıb zarıyanda bütün canı ağrıyır. Gözü ağrıyanda isə bədəninin başqa üzvləri nalə çəkir.
29. Müsəlmanlar vahid bir binanı təşkil edən daşlar kimidirlər: biri digərinə qüdrət bəxş edir və beləliklə biri digərinə himayədar olmalıdır.
30. Zalım və ya məzlum olmasına baxmayaraq bacı və qardaşınıza kömək edin.Tərəfdarlarıdan biri soruşdu: "Əgər qardaş zülmkar olarsa, bu işi  necə etmək olar?" Kəramətli peyğəmbər buyurdu: "Bir zülmkara yardım göstərmək, onu zülmdən çəkindirmək deməkdir".
31. Müsəlmanlar dini qardaşlar hesab olunurlar. Buna görə də rəva deyil ki, onlar bir-birinə zülm edib kömək etməkdən çəkinsinlər, ya da kin saxlasınlar. Ədalət oturacağı ürəkdir. Buna görə də ədalətin zahir olduğu yer, ürək müsəlmanın kinini saxlamamalıdır. Bir müsəlmana məxsus olan şeylər, o cümlədən onun qanı, ,sərvəti və şöhrəti başqasına haramdır. 
32. Xilqət böyük Allahın ailəsi kimidir, çünki onun həyatı və qüdrəti Allahdandır. Buna görə də Allah yanında ən əziz adam o şəxsdir ki, Allahın ailəsinə yaxşılıq etsin. 
33. Özünə aid olmayan işə qarışmayan şəxs hamıdan yüksəkdə dayanır. 
34. Vəfalı insan o şəxsə deyirlər ki, etibarlı olsun, sözünün üstündə dursun və böhtan atmasın.

 

Möminlərin vəzifələri barədə (2)

 

35. Heç bir kəsi  mütləq mənada mömin adlandırmaq olmaz. Yalnız özünə rəva bildiyini, din qardaşına və qohumuna rəva bilən şəxs həqiqi mömindir.

36. Hər hansı bir müsəlman haqqında pis danışmaq Allahın fərmanından boyun qaçırmaqdır. Onunla dalaşmaq kafirlikdir.
37. Müsəlman dinsiz adlandıran hər kəsin üzərinə dinsizlik qayıdar.
38. Başqalarının adını ləkələmək dindarlara yaraşmaz. Özgələrinin haqqında pis danışmaq dindarlar üçün bədnamlıq hesab olunur. 
39. Tək yaşamaq pis adamlarla oturub-durmaqdan yaxşıdır. Yaxşı adamlarla oturub-durmaq isə tənhalıqdan yaxşıdır. Alimlərlə söhbət etmək susmaqdan yaxşıdır. Pis sözlə dili bulamaqdansa, susmaq yaxşıdır. 
40. Allahın dinini yaymaq yolunda bədxahların iftiralarından (böhtanlarından) qorxmayın.
41. Bəşərin xəbislikləri sizin özünüzdə də vardır. Onları təkrar dilinizə gətirməyin.
42. "Mənim Behiştdə rəhbəriniz olmağımı istəyirsinizsə, gərək 6 əməldən çəkinəsiniz:
       1. Danışanda ancaq düz söz deyəsiniz.
       2. Əhdinizə vəfa edəsiniz. 
       3. Əmanətə xəyanət etməyəsiniz.
       4. Sözünüzdə və işinizdə təmiz olmalısınız.
       5. Birinci vurmaq üçün əl qaldırmayın.
       6. Haram və murdar olana əl vurmayın.
24 avqust 2013
GO BACK