Ramazan. Bir baharsan. Ömrümüzün beşinci mövsümü, bir inşirah ayı Ramazan. Həmd olsun ömürümüzdən nə qədər Ramazanları keçirib bir yenisinə daha qovuşdurana. Həmd olsun. Şəfqətli buludlarıyla Ramazan üzümüzə rəhmət yağışları səpdi. İçində Leylei Qədri saxlayan bir gözəl mövsümdür Ramazan. Ramazan bir küləkdir, əsdikcə ruhumuzun başlarını səcdəyə əyən. Adında təbəssüm, adında hüzur, adında sadəlik, adında xeyir, yaxşılıq, tövbə, həyəcan, bərəkət, adında eşq olan Ramazan.
Ramazan bir qonaqdır - getdiyi zaman geridə sağlam bir vücud, hüzur və eşq dolu bir ürək, ruzilərdə bərəkət buraxan qonaq. Düşünün: nə çox şey var Ramazanda. Bir ay ki, alınlarımızı işıqlandırır, bənzəri görülməmiş bir sevinclə coşğulu günlərimizi parıldadır.
Uşaqlıq deyincə, hər zaman Ramazan xatirələri gəlir ağlımıza.
İlk sahurlar, həyəcanla gözlədiyimiz iftarlar, etdiyimiz ibadətlər və daha nələr...
Ramazanın hilalı başımıza tac oldu.
Ramazan gəldi və açıldı qapılar.
Ramazan gəldi və sevdalandı könüllər.
Ramazan gəldi və oxudu ən gözəl nəğmələrini quşlar.
Ramazan gəldi, bir gözəl hal gəldi, eşq gəldi.
Ramazan gəldi və unudulmuş təbəssümlər yenidən dirildi torpaqlarından.
Ramazan, sən yenə gəl, olarmı? Biz səni hər zaman gözləyəcəyik, İnşAllah.