Ramazan Bayramı(ərəbcədə Ш№ЩЉШЇ Ш§Щ„ЩЃШ·Ш± Ayd-ül Fitr)-İslam aləmində fərz olaraq oruc tutma ayı olan, Ramazan ayından sonra üç gün qeyd edilən bayramdır. Hicri təqvimi ay təqvimi olduğu üçün, bu bayram hər il əvvəlki ildən 10-12 gün tez keçirilir. Təxminən 33 ildən bir Ramazan Bayramı eyni günə rast gəlir. İlk dəfə hicrətin ikinci ilində keçirilməyə başlandığı barədə məlumat verilir. Ramazan Bayramı Şəvval ayının ilk üç günündə keçirilir, Ramazan ayının son günü isə Ərəfə günü sayılır. Həmin gün, günbatan vaxtı qüsül etmək, o gecəni əhya saxlayıb (yəni oyaq qalıb) namaz qılıb, dua etmək, istiğfar edərək Allahdan bağışlanma diləmək, imkanı olanlar üçün İmam Hüseyn (ə)ı ziyarət etməyin böyük savabı vardır.
Müsəlman aləmi üçün Ramazan Bayramının (eləcə də Qurban bayramının) böyük önəmi vardır. Belə ki, bu günlər birlik və bərabərlik duyğularının daha da gücləndiyi, yoxsulların ehtiyaclarının müəyyən hissəsi ödəndiyi günlər olduğu üçün sevinc qaynağıdır.
Daha bir mənəvi dəyəri isə, bir ay boyu tutulan orucun sadəcə vücudların deyil, insanların qəlblərinin də təmizlənməsinə, çoxlarının daxili aləmlərindəki çatışmazlıqları görərək nəfsi ilə mübarizəyə qalxmasına və bunların sayəsində də Yaradana daha da yaxınlaşmalarına səbəb olmasıdır. Ramazan ayının sonunda hər kəs özünü, Allahın lütf edərək bəndələrinə bəxş etdiyi bu aydan necə istifadə etdim deyə hesaba çəkməlidir. Əgər, Ramazanda mənəvi fayda görülməmişsə və Ramazan bitər- bitməz yenidən Allahın haram buyurduğu əməllərə qayıdırqsa- Allahın kiminsə ac qalmasına ehtiyacı yoxdur, çünki məqsəd mənəvi dirçəlişdir. Necə ki, Ramazan ayı boyunca gündən-günə daxilimizn saflaşmasını hiss edirik,ildən-ilə, gündən-günə də mükəmməlliyə doğru can atmalıyıq.Bacardığımız qədər Allahın əmrlərinə uymağı və haram buyurduqlarından qaçmalıyıq və bu bacarığımızı hər an böyütməyə çalışmalıyıq. Ramazan bayramı sanki bir ay boyunca nəfslə olan mücadilənin bayramıdır, nəfslər üzərində olan kiçik də olsa belə qələbələrin, birlikdə, sevinclə qeyd olunmasıdır.
Bəzi mənbələrə görə bayram namazından sonra, evdə daha dörd rükət namaz qılmaq müstəhəbdir. Daha sonra yaxınların qəbri ziyarət edilir, xəstələrə və qohumlara baş çəkilir, imkansız ailələrə bayram nemətlərindən pay aparılaraq onların da bayram sevincinə daha bir sevinc qatılır.
Ramazan bayramıını gözəlliklərindən biri də fitrədir. Fitrə- təməl ehtiyaclarını ödədikdən sonra bəlli bir mala sahib olan hər bir, dəli olamayan, yaşı həddi- büluğa çatmış müsəlmanın ramazan ayı sonunda yoxsullara fərz olaraq verdiyi sədəqəyə deyilir. Bu səbəbdən də, bayramdan bir gün öncə verilməsi daha məsləhətdir ki, imkansız ailələr də bayram bazarlığı ilə ailələrini sevindirə bilsinlər. Heç olmazsa günorta namazına kimi verilməlidir. Dinimizdə niyyətin önəmi burda da geçərlidir- sədəqənin, Allah rizası üçün fitrə niyyətinə verilməsi qəlbdən keçirilməsi yetərlidir. Fitrə verərkən, "Bu fitrədir" deməyə gərək yoxdur. Fitrə ədəblə, qarşıdakıının qəlbini sındırmadan , minnət qoyulmadan verilməlidir.
Kimlər üçün fitrə verilməlidir?
Bayramdan öncə ailədə doğulan uşağın, bayram gecəsinin gün batan vaxtı ailənin çörəyini yeyən sayılan şəxslərin(başqa şəhərdə olsa belə), ailənin rizası ilə həmin axşam ailənin çörəyini yeyən qonağın fitrəsi də ev sahibinə vacib olar.
Fitrənin miqdarı nə qədər olmalıdır?
Fitrə, öz şəhərində normal gündəlik qidalardan sayılan(un, buğda. arpa, düyü, xurma və.s) ərzaqlardan birindən təqribən üç kiloqram verilməlidir. Bu ərzaqların dəyəri qədər pul da verilə bilər.
Bayram namazı
Fitir namazını həm camaatla, həm də fərdi qılmaq olar. Fitir namazını, günəşin yüksəlməsindən sonra iftar edib qılmaq müstəhəbdir.
Namazın qılınma qaydası
Fitir namazı iki rükətdir. Birinci rükətdə, "Fatihə"dən sonra 5 təkbir(Allahu Əkbər) deyilməli, hər təkbirdən sonra 1 qunut tutulmalıdır. 5-ci qunutdan sonra isə 1 təkbir deyib ruku və səcdəni yerinə yetirib ayağa qalxmalı.
İkinci rükətdə "Fatidə"dən sonra 4 təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub 5-ci təkbirdən sonra ruku, sonra iki səcdəni yerinə yetirib namazı bitirmək lazımdır.
Allahın bizlərə lütf edərək bəxş etdiyi Ramazan ayından səmərəli istifadə edən hər müsəlmanın, gələn Ramazana kimi əldə etdiyi saflığını itirməyib, əksinə daha da saflaşmasını arzu edirəm. Mənəvi saflığı əldə edə bilməyənlərə isə, itirdikləri barədə dərindən düşünərək, Allahın məğfirət gücünə inanmalarını və növbəti Ramazanı gözləməyərək, Yaradana yaxınlaşmaq yolunda günü bu gündən addım atmağı arzu edirəm. Gəlin İslamın təslim dini olduğunu hər zaman xatırlayaq, Allaha təslim olmağı qəlbən diləyərək, Ramazan bayramında insani- kamil olma yolunda Rəbbimizə dualar edək. Hz.İbrahimin qırdığı bütləri unudaraq, kainatın son Peyğəmbərinin ümməti üçün narahat olduğu gizli şirkə, qəlblərimizə yerləşdirdiyimiz yeni bütlərin hökmranlığına son qoyaq! Ramazan bayramında bağışlamalı olduqlarımızı xatırlayaraq bağışlayaq və daxilimizi yükdən azad edək! Qəlbimizlə dilimizi bir edərək insanlarla gülərüzlü, şirin sözlü olaq, İslamı sevdirək!Ən əsası isə- Allah rizası üçün yaşamağı öyrənək!
Ramazan bayramınız mübarək!