Əbu Müslüm Həvlani bir məclisdə danışanları dinləyir. Demək olar ki, hamı xanımından şikayət edir. Ancaq Əbu Müslüm heç şikayət etmir. Deyirlər ki:
"-Övliya kimi bir xanıma rast gəlmisən səsin çıxmır elə deyilmi?"
Çiyinlərini çəkərək cavab verir Əbu Müslüm:
"-Bizimki övliya deyil, sözün tam mənası ilə dəlidir dəli!..."
Danışığına davam edir:
"-Mən xasiyyətini bildiyim üçün yola gedirəm ona görə dava dalaşımız olmur!..."
Hamı maraqlanır:
"-Dəli bir adamla necə yola getmək olar?"
Əbu Müslüm belə izah edir yola getməyinin sirrini:
"-Allah Təala Adəm Əleyhissalamı torpaqdan yaradanda bədəninə əvvəl ağıl qoydu. Sonra qəzəbi yaratdı. Ona da Adəmin bədəninə girməsini əmr etdi."
Qəzəb dedi:
"-Mən Adəmin bədəninə girmirəm. Çünki, orda ağıl var! Ağılla ikimiz birlikdə heç vaxt, qala bilmərik!..."
Rəbbimiz buyurdu:
"-Ey qəzəb! Sən Adəmin bədəninə girməyə yönəl. Ağıl sənin gəldiyini görən kimi tez çıxıb gedər, öz yerini sənə qoyar. Bununla da sən Adəmi dəli edərsən."
Əbu Müslüm burda deyir ki;
"Elə biz də xanımla bu məsələdə şərtləşdik. Dedik ki, madam ki, insana qəzəb gəlincə ağıl gedir insan dəli olursa, dəliyə qarşı isə bir övliya lazımdır.
Mən qəzəblənsəm tez bunu biləcəksən, səbr göstərib tərs cavab verməyəcək, övliya rolunu oynayacaqsan.
Əgər sən qəzəblənsən və dəli vəziyyətinə düşsən, bu dəfə də mən övliya roluna düşərək səbr edəcəyəm"
-Ey dostlar, siz də dəliliyə qarşı övliya rolunu oynayın, qəzəblənincə qarşı tərəf övliya roluna girsin, səbr və dözüm göstərsin. Görəcəksiniz tez vaxtda mübahisələr sona çatacaq, tərəflər bir-birinə qarşı sevgi ilə baxacaq. Rəbbimizdə bizə həyatımız boyunca səbr etməyi buyurmuşdur.