Hz. Cüleybib Ənsardan idi. O, subay idi. Peyğəmbərimiz onu evləndirmək istəyir. Ənsardan birinin qızına elçi düşür. Səhabə "Anasıyla söhbət edim" deyir. Xanımının yanına gedərək, Rəsulullahın onların qızlarını istədiyini söyləyir. Qadın "Məmnuniyyətlə!" deyir. Qızını Rəsulullahın özü üçün istədiyini zənn edir. Sonradan qızı Hz. Cüleybib (ra) üçün istədiyini öyrəndikdə "Yox" deyib verməyəcəyini söyləyir. Bütün bunları eşidən qız "Allahın Rəsulunumu rədd edirsiniz? Məni Cüleybibə verin. Çünki Rəsulullah heç bir zaman mənim pisliymi istəməz" deyərək Rəsulullaha olan bağlılığını göstərir. Bundan sonra səhabə Peyğəmbərimizin yanına gəlir. Qızlarını Cüleybibə verəcəklərini söyləyir. Hazırlıqlar tamamlanır, toy edilir.
Toydan çox az bir zaman sonra Peyğəmbərimiz qəzaya çıxmaq üçün hazırlıqlar edir. Cüleybib yeni evli də olsa, cihad ordusundan geri qala bilməzdi. Hz. Cüleybib Rəsulullahın dəvətinə dərhal razılıq edir. Bu döyüşdə qəhrəmancasına döyüşür. Sonunda şəhadət mərtəbəsinə çatır. Qəza bitdiyində Peyğəmbərimiz "Cüleybib haradadır? Onu görə bilmirəm, axtarın" buyurur. Səhabələr axtarırlar. Onu yeddi müşrikin yanında tapırlar. Hz. Cüleybib onları öldürmüş, sonra da şəhid olmuşdu. Gəlib Peyğəmbərimizə xəbər verirlər. Peyğəmbərimiz onun yanına gedir. Üç dəfə "Bu yatan məndəndir, mən də ondanam" buyurur. Sonra da onu öz əlləriylə dəfn edir.
Hz. Cüleybibin (ra) xanımı ərinin yolunu gözləyirdi. Şəhid olduğunu öyrənincə şəhid xanımı olduğu üçün Allaha şükür edir. Hələ Rəsulullah onun üçün "Allahım, onun üzərinə xeyirlər yağdır. Həyatı boyunca çətinlik üzü göstərmə" şəklində dualar edir. Buna görə də hər kəs bu qadına qibtəylə baxar, yardımlarını ondan əsirgəməzdilər.