Şibli Həzrətlərinin Hacca getmiş bir nəfərə, Haccın (batini) yönünə iştirak edərək söylədiyi bu sözlər çox ibrətli bir xəbərdarlıq və irşad mahiyyəti daşıyır:
"Hacca niyyət etdiyində, bu günə qədər etdiyin günahlara (üsyanlara) tövbə edib sirəti-müstəqimə (doğru yola) yönəlmədinsə, həqiqətdə niyyət etmiş sayılmazsan.
Ehram üçün paltarını çıxararkən hər günahdan (üsyandan) da soyunmadınsa həqiqətdə paltarını çıxarmış sayılmazsan. Həcc üçün qüsl dərkən bu təmizlik səndəki mənəvi kirləri və qəlb kirini (xəstəliyini) də təmizləmədisə həqiqətdə təmizlənmiş sayıla bilməzsən.
Hərəmi-Şərifə (Məkkəyə) girərkən hər haramı və haqdan uzaqlaşdıran hər sözə və davranışa tərk etməyə söz vermədinsə həqiqətdə hərəmə (Məkkəyə) girmiş sayılmazsan.
Qurban kəsərkən dünya malına olan nəfsani istəklərini və iradəni Haqqın rizasında yox etmədinsə həqiqətdə qurban kəsmiş sayılmazsan.
Şeytana daş atarkən içindəki cəhaləti və vəsvəsələri (şübhələri) də atmamısansa və səndə elm və irfan hasil olmamışsa həqiqətdə şeytanı daşlamamısan.
Kəbəni ziyarət edərkən səndə ilahi feyzlər artdımı? Könlün və hüzurun sevinclə doldumu? Çünki hədisi-şərifdə buyurulur:
"Hacılar və ümrə edənlər Allahın ziyarətçiləridir. Ziyarət edilənin (özünü) ziyarət edənə bəxşiş verməsi onun haqqıdır, " buyurulur: Sən bu bəxşişi hiss etmədinsə həqiqi ziyarətçi sayıla bilməzsən
Xülasə, Şibli Həzrətlərinin diqqət çəkmək istədiyi:
"Həcc və ümrəni: Allah rizası üçün tam yerinə yetirin."
(Əl-Bəqərə-196) Allahın əmrinə riayət etməkdir.
Həccdə diqqət edilən əməllər!...
1. Həccə ixlasla niyyət edib buna qarşı əks davranışlardan çəkinmək.
2. Ehram üçün paltarlarını çıxararkən dünya malına olan hərislik paltarını da çıxartmaq.
3. Maddi və mənəvi cəhətdən təmizlənmək.
4. Haram və şübhəli olan şeyləri tərk edərkən Məkkəyə (Hərəmə) ədəblə girmək və dini ehramlara təzim göstərmək.
5. Öz iradəni Haqqın rizasına qurban etmək.
6. Şeytanı və nəfsini daşlamaq.
7. Həmişə zikr və dua etmək.
8. Qəlbin ilahidən gələn əfv və mükafatı duyması (dadması).
Əziz dostlar Allah hamıya bu gözəl ziyarəti nəsib eləsin Amin İnşAllah. Amma çalışaq ki, bu ziyarətə gedərkən bu əməlləri unutmayaq. Bəzi insanlar vardır ki, sadəcə Hacı adını qazanmaq üçün çalışır. Dövrümüzdə belə insanlar çoxdur. Bəlkə siz də belə insanlarla üzləşmisiniz. Dediyim kimi çalışaq bu əməlləri unutmayaq!!!