Qadin.NET / Qədr gecəsinin fəziləti rəvayətləri

Qədr gecəsinin fəziləti rəvayətləri

 

Qədr gecəsinin fəziləti rəvayətləri

       Həmin rəvayətlərdən bəzisi ilahi arif Seyid İbn Tavusun (r) mübarək "İqbal" kitabında nəq etdiyi rəvayətlərdir.Buyurur:"Əbülfəzl İbn Məhəmməd Hərəvinin "Yəvaqit" kitabında Qədr gecəsinin fəziləti barəsində rəvayətlərə rast gəldim". O, sonra gəlib bu yerə çataraq deyir: "Həzrəti Peyğəmbərin (s) belə buyurması nəq edilmişdir: "Musa dedi: "İlahi, mən sənə yaxın olmaq istəyirəm". Allah-Taala buyurdu: "Mənə yaxınlıq Qədr gecəsində oyaq qalan şəxs üçündür". Musa dedi: "İlahi, sənin rəhmətini istəyirəm". Allah-Taala buyurdu: "Mənim rəhmətim Qədr gecəsində yoxsullara rəhm edən şəxs üçündür". Musa dedi: "Allahım, mən Siratdan keçmək istəyirəm". Allah-Taala buyurdu: "Bu Qədr gecəsində bir sədəqə verən şəxs üçündür". Musa dedi: "Cənnət ağacları və onların meyvələrindən istəyirəm". Allah-Taala buyurdu: "Bu Qədr gecəsində məni pak ad və sifətlərlə zikr edən şəxs üçündür". Musa dedi: "Allahım, qurtuluş istəyirəm". Allah-Taala buyurdu: "Oddan qurtulmaq istəyirsən? "Musa dedi: "Bəli". Allah-Taala buyurdu: "Bu Qədr gecəsində istixfar edən şəxs üçündür". Musa dedi: "Allahım, Sənin razılığını istəyirəm". Allah-Taala buyurdu: "Mənim razılığım Qədr gecəsində iki rikət namaz qılan şəxs üçündür".

Qədr gecəsinin fəziləti rəvayətləri

 Yenə həmin kitabdan Həzrəti Peyğəmbərin (s) belə buyurması nəql edlib: "Qədr gecəsində göyün qapıları açılar, buna görə də hansı bəndə həmin gündə namaz qılsa, Allah-Taala hər səcdəsinə (mükafat olaraq), Cənnətdə onun üçün elə bir ağac yazar ki, əgər minikdə olan şəxs onun kölgəsində yüz il yol getsə, onun kölgəsinin altından çıxıb, qurtara bilməz. Həmçinin, onun hər rükətinə (rükusuna) Cənnətdə dürr, yaqut, zəbərcəd və mirvaridən bir ev, hər ayəyə Cənntə taclarından bir tac, hər zikrə bir nəfis quş, hər oturmağa bir Cənnət dərəcəsi, Hər təşəhhüdə bir Cənnət hücrəsi, hər salama bir Cənnət libası yazar. Sübh çağı-dan yeri söküləndə Allah ona Cənnətin istiqanlı qadınlarından, xoş qılıq və pak kənizlərdən yaşlanmayan qılmanlardan, nəcib quşlardan, ətirli reyhanlardan, axar çaylardan, qənaət bəxş neymətlərdən, töhvə, hədiyyə, xələt və kəramətlərdən nəfs nə çəksə və göz nədər ləzzət alsa, verər. Sizlər orda əbədisiniz".

     Yenə həmin kitabda Həzrəti Baqirdən (ə) nəql edilib: "Kim qədr gecəsini oyaq qalsa, onun günahları-hətta, göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər miqdarında olsa belə, bağışlanar". Bu sürənin fəziləti barəsindəki hədislər həddən artıq çoxdur.

Qədr gecəsinin fəziləti rəvayətləri

Mübarək "Qədr" surəsinin fəziləti barədə rəvayətlər çoxdur. Onlardan biridə dəyərli "Üsuli-Kafi" kitabında Həzrəti Baqirdən (ə) nəql edilən rəvayətlərdir: "Kim "İnna ənzəlnahu fi ləylətul-qədr" sürəsini ucadan oxusa, qılıncını Allah yolunda öz qınından çıxarmış şəxs kimidir. Kim onu gizlindən oxusa, Allah yolunda öz qanına qəltan olmuş şəxs kimidir. Kim onu on dəfə oxusa, onun günahlarından min günah məhv edilər". "Xəvassul-Quran" kitabından Həzrəti Peyğəmbərin (s) belə buyurması nəql edilib: "Kim bu sürəni oxusa, ona mübarək ayı oruc tutan və Qədr gecəsinin görən şəxsin mükafatı verilər. Həmin şəxsə Allah yolunda vuruşmuş şəxsin savabı verilər".

  Sonda isə sizlərə Qədr sürəsinin avazla oxunuşunu təqdim edirəm.

    Allah tutduğunuz orucları, qıldığınız namazları və duaları qəbul etsin. Amin!

28 iyul 2013
GO BACK